21 oktyabr 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - Güclü siyasətçilərin zəif iradəsi – TÜSTÜ BURULĞANINDA YARANAN SİYASƏT
Güclü siyasətçilərin zəif iradəsi – TÜSTÜ BURULĞANINDA YARANAN SİYASƏT
07.12.2017, 21:59

Siqaret çəkməklə bağlı belə bir deyim var: “Yeniyetmə vaxtı siqaret çəkməklə kişi olduğumuzu sübut etmək istədik, böyüdükdən sonra isə siqareti atmağa cəhd edərək, kişi olduğumuzu nümayiş etdirmək arzusunda olduq...”.

 

Əslində bu ifadənin ikinci hissəsindəki fikir həqiqətən də çox vaxt arzu olaraq qalır. Hətta güclü siyasətçilər belə bu məsələdə nə qədər zəif iradəyə malik olduqlarını sübut ediblər.

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

Vladimir İliç çox erkən yaşlarından, 17 yaşından papiros çəkməyə başlayıb. Uşaqlıqdan səhhətində tez-tez problemlər yaranan Leninə həkimlər bu vərdişdən əl çəkməyi tövsiyə etsələr də, dünya proletarlarının rəhbəri həkimlərin məsləhətinə qulaq asmayıb. Ancaq bir müddətdən sonra sağlamlığında yaranan problemlər rəhbəri ciddi narahat edəndə, Lenin siqaretə birdəfəlik yox deməyi qərara alıb. Hətta 1920-ci ilin mayın 1-də keçirilən tarixə düşmüş məşhur iməcilikdə qısa fasilə zamanı fəhlələr siqaret cəkəndə Lenin onların qarşısında tütünün ziyanları ilə bağlı qısa, ancaq gurultulu bir nitq də söyləyib. Amma buna baxmayaraq, elə sonralar da pivə həvəskarı olan Lenin bu içkinin ləzzətini dadanda məhdud sayda papirosunu tüstülədib. Digər vaxtlarda isə Vladimir İliçin tütün təbi gələndə pişiyini oynatmaqla özünü sakitləşdirib. 

 

İosif Stalin isə nə az, nə çox düz 50 il sevimli qəlyanından əl çəkməyib. O daha çox “Herseqovina Flor” tütününə üstünlük verib. Filmlərdə və şəkillərdə Stalin həmişə qəlyanla əks olunub. Ancaq o papiros da çəkib. Həkimlər Stalinə qəlyan çəkməyi qadağan edəndə o başı ilə razılığını, yəni daha çəkməyəcəyini bildirsə də, heç də bu yasağa məhəl qoymayıb. Bağındakı otaqda Stalin papiros çəkərkən pəncərənin nəfəsliyini açıb və külü oradan həyətə atıb. O, bunu ona görə edib ki, külqabı təmiz qalsın və həkimlər elə bilsin ki, Stalin onların dediklərinə əməl edir. Digər bir tərəfdən Stalinin mühafizəçilərinə də rəhbərin qəlyan, yaxud papiros çəkib-çəkməməyi ilə bağlı tapşırıq verilib ki, bu haqda həkimlərə məlumat versinlər.

 

Günlərin birində mühafizəçilərdən biri pəncərənin alt hissəsinə vurulmuş taxtaya işarə edərək Stalinə göstərib ki, orda kül var. Stalin başını yelləyərək mühafizəçisinə deyib: “Bağışlayın, günahkaram. Amma bu günah məxfi qalmalıdır”.

 

Stalinin olduğu bütün otaqlarda, iş, yataq, yemək otaqlarında, hətta hamamda belə onun əyləşdiyi kürsünün yanına qoyulmuş stolun üstündən heç vaxt qəlyan, müxtəlif papiros qutuları, siqar, tütün, kibrit əskik olmayıb.

 

Stalin siqardan tütün kimi istifadə edib. O siqarı üç yerə bölüb qəlyanına doldurub.

 

Ölümünə təxminən üç ay qalmış həkimlərin ciddi təkidindən sonra Stalin sevimli qəlyanından əl çəksə də, onun həyatını xilas etmək olmayıb.

 

20-ci əsrin görkəmli siyasi xadimlərindən biri olan Çörçil ümumiyyətlə özünü siqarsız təsəvvür edə bilməyib. Məşhur siyasətçi gün ərzində 8-12 siqar çəkib. O, yaşadığı iqamətgahda 3-4 min ədəd ehtiyat siqar saxlayıb. Çörçil siqara olan sonsuz bağlılığını belə ifadə edib: “Yəqin ki, istər şəkillərdə, istərsə də həyatda məni siqarsız görsəniz tanımayacaqsınız...”.

 

Çörçilə hədiyyə vermək istəyənlər onun siqar şakərini bildiklərindən məhz ona siqar və siqar aksessuarları bağışlayıblar. Müasirlərinin dediklərinə görə, bu hədiyyələrdən böyük bir muzey yaratmaq olarmış. Çörşil gümüşdən olan kulqabısını hətta xarici ölkələrə gedərkən də özü ilə aparıb. Siyasətçi ömrünün sonuna qədər siqara “xəyanət” etməyib.

 

Çox erkən yaşlarından siqara həvəs göstərən Fidel Kastroya ilk siqarını 15 yaşında atası bağışlayıb. Elə həmin tarixdən başlayaraq Kastro nə az, nə çox, düz 45 il sevimli əyləncəsindən əl çəkməyib. O, Kuba siqarlarının xarici dövlətlərə ixrac olunması ilə fəxr edib: “Kuba öz siqarı ilə dünyada məhşurlaşıb...”.

 

Jurnalistlərə verdiyi müsahibələrin birində Fidel Kastro siqarla bağlı fikirlərini də bölüşüb: “Mən hər yerdə, iclaslarda, çıxış edərkən, radio və televiziyada olarkən, hətta xarici qonaqları qəbul edəndə belə siqardan əl çəkmirdim. Sonralar ölkədə siqaret çəkməyə qarşı mübarizə kampaniyası başlayanda siqarı atdım. Həm də səhhətim siqarla “dostluq” etməyə imkan vermirdi...”.

 

Özünəməxsus yaşam tərzi olan Brejnev isə sözün əsl mənasında həyatını siqaretsiz təsəvvür edə bilməyib. Hələ müharibə illərindən bu vərdişin aludəçisi olan Leonid İliç ən çox “Novost” siqaretinə üstünlük verib.

 

Həkimlərin siqaret qadağasını Brejnev faciə kimi qəbul edib. Bu qadağadan sonra Baş katibin ətrafına da qadağalar qoyulub ki, Brejnev heç bir yolla siqaret əldə edə bilməsin. Leonid İliçin yeganə çıxış yolu imkan düşəndə, təbii ki, evdə yox, Kremldə olarkən kimdənsə siqaret istəmək olub. Baş katibin kürəkəni Çurbanov xatirələrində bu haqda yazıb: “Rəsmi tədbirlərin birində fasilə zamanı Brejnev məndən siqaret istədi. Mən o vaxt “Kent” çəkirdim. Qutudan bir siqaret çıxarıb verdim və alışqanla yandırdım. Leonid İliç tüstünü acgözlüklə sinəsinə çəkirdi. Siqareti çəkib qurtardıqdan sonra mənə dedi ki, belə siqaret çəkməyim. Yəqin ki, “Kent” xoşuna gəlməmişdi. O, tünd siqaretləri xoşlayırdı. Bu hadisədən sonra mən cibimdə iki qutu siqaret saxlayırdım. Bir qutu “Kent” özüm üçün, bir qutu “Paytaxt” qayınatam üçün”.

 

Uzun illər Brejnevin tərcüməçisi işləmiş Viktor Suxodrevin Baş katibin tütün ehtirası ilə xatirələri də maraqlıdır: “Brejnevi bu vərdişdən ayırmaq mümkünsüz bir iş idi. Həkimlər ona siqaret çəkməməyi məsləhət görəndə o qəqara almışdı ki, çəkdiyi siqaretlərin sayını azaltsın. Bunun üçün Dövlət Təhlükəsislik Komitəsinin əməkdaşları Brejnevə xüsusi siqaretqabı düzəltmişdilər. Belə ki, bu qab yalnız 45 dəqiqədən bir açılırdı. Qabdan siqaret götürüldükdən sonra o bloka düşürdü və yenidən açılması yalnız 45 dəqiqədən sonra mümkün olurdu. Sonralar Brejnevi siqaretdən tam məhrum edəndə, Baş katibin ən yaxın ətrafındakılar ona bir dənə olsun belə siqaret “qıymayanda” Leonid İliç yeni üsula əl atdı. O siqaret çəkən mühafizəçilərindən, köməkçilərindən xahiş edirdi ki, siqareti onun yanında çəksinlər və tüstüsünü ona tərəf buraxsınlar. Ən qəribə fakt odur ki, Brejnev Siyasi Büronun iclasında da mühafizəçisini öz yanında otuzdururdu və göstəriş verirdi ki, siqaret çəksin. Bir dəfə xarici ölkə liderləri ilə görüş keçirilirdi. Görüşün arasında Brejnev qəfil özünü narahat hiss etməyə başladı. Ətrafına boylandı. Xarici qonaqlar siqaret çəkmirdilər, bunu Brejnev əvvəlcədən müəyyənləşdirmişdi. SSRİ tərəfindən görüşdə Qromıko iştirak edirdi ki, o da siqaret çəkən deyildi. Baş katibin köməkçisi də, həmçinin, siqaretdən uzaq adam idi. Görüşdə iştirak edənlərin arasında siqaret çəkən yalnız mən idim. Leonid İliç üzünü mənə tutdu:

 

- Vitya, sən ki siqaret çəkənsən. Yandır birini, xahiş edirəm.

 

Mən siqaret yandırdım. Tüstüsünü kənara buraxırdım. Hər halda qonaqların yanında, rəsmi görüşdə siqaret çəkmək mənim üçün bir o qədər də rahat və xoş deyildi. Bu dəfə Brejnev səsinin tonunu bir az qaldırdı:

 

- Vitya tüstünü mənə tərəf...

 

Bu səhnə heç vaxt yadımdan çıxmır. Tərcüməçi oturub başda, çəkdiyi siqaretin tüstüsünü piləyir SSRİ kimi nəhəng bir dövlətin başçısının sifətinə...”.

 

Əhalisinin ən çox siqaret çəkdiyi ölkələr sırasında Şimali Koreya liderlərdən biridir. Yəqin ki, bu statistikada ölkə başcısı Kim Çen Inin rolu da böyükdür. Kim Çen Inin siqaretə aludəçiliyi ilə bağlı inanılmaz faktlar açıqlanıb. Belə ki, o, siqar, siqaret, siqaretçəkmə ilə bağlı aksessuarlar, siqaret tütünləri, siqaret kağızı və s. üçün 5 il ərzində 43 miyon dollar vəsait xərcləyib. Ağılasığmaz fakt olsa da, hər halda inandırıcıdır, çünki Kim Çen In həmişə təəccübləndirməyi bacarıb.

 

Bax, beləliklə də, bəzi məşhur siyasətçilərin siyasətləri tüstü burulğanlarının arasında yaranıb...


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Krım kollecində baş verən atışmanın görüntüləri yayıldı – VİDEO
21.10.2018, 22:27

Krım kollecində baş verən atışmanın görüntüləri yayıldı – VİDEO

Fərid Şahbazlının müsahibəsi Qazaxıstan və Ukrayna mediasında
21.10.2018, 22:14

Fərid Şahbazlının müsahibəsi Qazaxıstan və Ukrayna mediasında

İki siyasətçi  namizədliyini geri götürdü
21.10.2018, 21:53

İki siyasətçi  namizədliyini geri götürdü

Jurnalistin itkin düşdüyü Konsulluq binasına şübhəli yük gətirildi - FOTO
21.10.2018, 21:34

Jurnalistin itkin düşdüyü Konsulluq binasına şübhəli yük gətirildi - FOTO

Arıçılıq məhsulları festivalı yekunlaşdı
21.10.2018, 21:14

Arıçılıq məhsulları festivalı yekunlaşdı

Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində çap ediləcək
21.10.2018, 21:07

Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində çap ediləcək

Türkiyə rekordu yeniləndi
21.10.2018, 20:54

Türkiyə rekordu yeniləndi

“iPad Pro”ya rəqib “Galaxy Book2”
21.10.2018, 20:33

“iPad Pro”ya rəqib “Galaxy Book2”

Gənc qadın jurnalistin meyiti tapıldı
21.10.2018, 20:18

Gənc qadın jurnalistin meyiti tapıldı

Qatar qəzasında ölənlərin sayı 22 nəfərə çatdı: 171 yaralı
21.10.2018, 20:01

Qatar qəzasında ölənlərin sayı 22 nəfərə çatdı: 171 yaralı

Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb
21.10.2018, 18:50

Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb

Çində gəmi batdı: 11 nəfər itkin düşüb
21.10.2018, 17:43

Çində gəmi batdı: 11 nəfər itkin düşüb

Əfqanıstanda partlayış: 11 nəfər öldü
21.10.2018, 17:01

Əfqanıstanda partlayış: 11 nəfər öldü

İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul etdi
21.10.2018, 16:31

İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul etdi

Uşaqlarımız repititor yanına gedirsə, orta məktəb nə üçündür?!
21.10.2018, 16:01

Uşaqlarımız repititor yanına gedirsə, orta məktəb nə üçündür?!

Sürüşmə zonası ilə bağlı yeni XƏBƏR: Uçqun-töküntu prosesi davam edir
21.10.2018, 15:40

Sürüşmə zonası ilə bağlı yeni XƏBƏR: Uçqun-töküntu prosesi davam edir

Tayvanda sərnişin qatarı relsdən çıxıb: ən azı 17 nəfər ölüb 
21.10.2018, 15:13

Tayvanda sərnişin qatarı relsdən çıxıb: ən azı 17 nəfər ölüb 

Astarada qəza: maşın yandı, üç nəfər xəsarət aldı
21.10.2018, 14:49

Astarada qəza: maşın yandı, üç nəfər xəsarət aldı

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək
21.10.2018, 14:26

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək

Kürdə suyun səviyyəsində artım var
21.10.2018, 14:07

Kürdə suyun səviyyəsində artım var

Rusiyadan Trampın sözlərinə REAKSİYA: Çox təhlükəlidir
21.10.2018, 13:57

Rusiyadan Trampın sözlərinə REAKSİYA: Çox təhlükəlidir

5 aylıq embrion skeletinin saxlanıldığı muzey - FOTOLAR
21.10.2018, 13:34

5 aylıq embrion skeletinin saxlanıldığı muzey - FOTOLAR

Badamdarda sürüşmə zonasında gərginlik davam edir
21.10.2018, 12:56

Badamdarda sürüşmə zonasında gərginlik davam edir

İsrail Qəzza zolağı ilə sərhədi açdı
21.10.2018, 12:19

İsrail Qəzza zolağı ilə sərhədi açdı

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi
21.10.2018, 12:06

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi

Messi qolu qırıldığı üçün
21.10.2018, 11:53

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib
21.10.2018, 11:12

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR
21.10.2018, 10:44

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR

Daha bir dəb içimizdə dolaşır
21.10.2018, 10:33

Daha bir dəb içimizdə dolaşır

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO
21.10.2018, 10:19

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB
21.10.2018, 10:17

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib
21.10.2018, 10:09

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib

Ermənilər atəşkəsi 27 dəfə pozdu
21.10.2018, 09:51

Ermənilər atəşkəsi 27 dəfə pozdu

Gəncədə ev yandı
21.10.2018, 09:40

Gəncədə ev yandı

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK
21.10.2018, 09:34

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi
21.10.2018, 09:15

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb
21.10.2018, 08:58

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

Messi ağır zədə aldı - FOTO
21.10.2018, 00:23

Messi ağır zədə aldı - FOTO

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü
21.10.2018, 00:16

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü

“Liverpul”dan növbəti qələbə
21.10.2018, 00:01

“Liverpul”dan növbəti qələbə

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video
20.10.2018, 23:43

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video

Hərbi helikopter qəzaya uğradı
20.10.2018, 23:24

Hərbi helikopter qəzaya uğradı

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir
20.10.2018, 23:09

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb
20.10.2018, 22:53

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi
20.10.2018, 22:29

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov
20.10.2018, 22:08

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı
20.10.2018, 21:54

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər
20.10.2018, 21:38

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
20.10.2018, 21:19

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi
20.10.2018, 21:07

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi

ARXİV