Modern.az

Ölkədə yeni virus aşkarlandı - Video

Ölkədə yeni virus aşkarlandı - Video

Aktual

7 Dekabr 2017, 22:57

"Ölkəmizdə oktyabrın 1-dən, yəni qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından 63 şübhəli yaxma nümunəsi daxil olub". Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bunu stansiyanın direktor müavini Rita İsmayılova bildirib.

 

Onun sözlərinə görə, nümunələrin müayinəsi nəticəsində xüsusi təhlükəli kəskin respirator xəstəliklərinin törədiciləri aşkar edilməyib. Sadəcə qripəbənzər respirator xəstəliklərin növü olan 2 paraqrip və 1 adenovirus aşkar olunub.

 

Rita İsmayılova qeyd edib ki, 51 yaxma nümunəsi 17 yaşına qədər insanlardan götürülüb. Bu viruslara yoluxmamaq üçün isə bir necə nüansa fikir vermək kifayət edir.

 

Direktor müavini həmçinin qeyd edib ki, bu viruslar daha çox bu mövsümlərdə peyda olur və vaxtında müalicə olunmadıqda fəsadlar verə bilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər