Modern.az

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

7 Dekabr 2017, 23:43

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 63,92 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,67 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 63,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 6-da 59,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 6-da 62,13 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır