Modern.az

Reyhan Camalova ixtira etdiyi cihazın iş prinsipini göstərdi - Video

Reyhan Camalova ixtira etdiyi cihazın iş prinsipini göstərdi - Video

8 Dekabr 2017, 00:09

Gənc azərbaycanlı Reyhan Camalovanın yağış suyundan enerji əldə edən qurğusu bəşəriyyət üçün önəmli kəşflərdən biri hesab olunur. Modern.az xəbər verir ki, ixtirası ilə Azərbaycanı qürurlandıran Reyhan cihazının iş prinsipini əyani olaraq "Xəzər TV"yə bölüşüb.

 

Əvvəlcə yağış suyu xüsusi çənə toplanır. Daha sonra pərlər vasitəsilə fırladılaraq enerji alınır. Bununla da kiçik lampalar işıqlandırılır. İlkin model vasitəsilə qısa müddət ərzində lampaları işıqlandırmaq mümkündür.

 

Qurğunun prototipi hazırda 22 vatt enerji istehsal edir. Reyhan Camalova deyir ki, hazırda bu enerjini çoxaltmağın üzərində işləyir. Beynəlxalq forumda layihə xarici investorların diqqətini cəlb edib.

 

Qurğunun tam işə düşməsi üçün müəyyən qədər vəsait tələb edilir. Test rejimində yoxlanacaq cihazın ölçüləri də böyük olacaq

 

Reyhan Camalova yeni qurğunun sinif yoldaşı Zəhra Qasımzadə ilə birgə hazırlayıb.

 

Alternativ enerji mənbələrinin dünyada aktuallaşdığı indiki dönəmdə "Reynerci” qurğusunun tam gücü ilə işə salınması olduqca real görünür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi