19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Cümhuriyyət parlamentinin  sonuncu iclasından REPORTAJ:  Zalda ağlayan və ürəkləri parçalanan deputatlar…
Cümhuriyyət parlamentinin  sonuncu iclasından REPORTAJ:  Zalda ağlayan və ürəkləri parçalanan deputatlar…
07.12.2017, 22:47

Gələn il Azərbaycan Cümhuriyyətinin elan olunmasının100-cü ildönümüdür. Bu böyük tarix dövlət səviyyəsində qeyd olunacaq.

 

Bu gün isə Cümhuriyyət parlamentinin yarandığı gündür. Düz, 99 il əvvəlin 7 dekabr tarixində ADR-in parlamenti fəaliyyətə başladı. 


Modern.az
 Cümhuriyyət parlamentinin sonuncu və ən ağır iclasından olan xəyali reportajı təqdim edir. Qeyd edək ki, buradakıların hamısı real faktlardı və Azərbaycan Cümhuriyyətinin parlament stenoqramlarında öz əksini tapıb.

 

Azərbaycan Parlamentinin təcili fövqəladə axşam iclası. 27 aprel 1920-ci il. Sədr - Məhəmməd Yusif Cəfərov. Katib - Rza bəy Qaraşarlı.

 

Bu insanlar hazırda çox böyük sınaq qarşısındadırlar. Həyatlarının ən ağır gününü yaşayırlar bəlkə də… Çünki çox yaxşı bilirlər ki, ən sonda hansı acı bir qərarı qəbul edəcəklər. Amma o qərara hələ çox var. Qərar yalnız gecə saat 11-də veriləcək. Sədr sözə başlayır:

“Fövqəladə iclas açıq elan edilir. İntixab olunan seçilmiş komissiyanın izahatı müzakirəyə qoyulacaqdır. Mən istəyirəm bizim bu tarixi iclasımızın qapalı və ya açıq olmağı haqqında fikrinizi bilim.

 

Səslər:  Açıq olsun... bağlı olsun... açıq olsun.

 

Sədr:  Bəlkə bir şəxs bu haqda danışmaq istəyir?

 

Sözü Məhəmməd Əmin Rəsulzadə alır:  Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək.

(Şəfi bəy Rüstəmbəyov, "Azərbaycan" qəzetinin redaktoru ağlayır).

 

Sədr: Təklifi rəyə qoyuram. Kim iclasın açıq keçirilməsinin əleyhinədir əl qaldırsın.

 

Səslərin çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alındı. Komissiya tərəfindən onun sədri Məhəmməd Həsən Hacınski izahat verir:

Cənablar: Vəziyyət hamıya məlumdur və bu barədə danışmaq istəmirəm. Bir komissiya təşkil olunub və mən onun sədriyəm. Arkadaşlarla bərabər biz yerli kommunist firqəsi nümayəndələri ilə müzakirəyə girişdik. Burada olan “Azərbaycan communist” firqəsindən bir məktub gəlib. Bu məktubun məzmununu hamı bilir. Lakin onu təkrarən oxuyuram. Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl Ordu əsla Bakıya gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyir ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl Ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: - əgər bu gecə bu məsələ həll olunarsa, onlar bir deklarasiya çıxarırlar ki, Azərbaycan Parlamentinə daxil olan siyasi firqələr musavi (bərabər) və azad fəaliyyət göstərəcəklər. Onlara qarşı və xüsusən, hökuməti üzvlərinə qarşı heç bir xüsusi tədbir görülməyəcək və onlar təqib olunmayacaqlar. Sonra gələn Qırmızı Ordunun məqsədləri millətə yardım etməkdir. Biz tərəfdən də bir neçə təklif verildi. Lakin onlar qəbul etmədilər. Onlar bir şeyi də söylədilər ki, hərgah onların təklifi qəbul olunmasa gələcəkdə məsuliyyət Parlament üzvlərinin üzərinə düşəcək. Onların təklifi onlarla birlikdə müzakirədən sonra, komissiya üzvləri tərəfindən də müzakirə olundu. Biz də qərara gəldik ki, o şərtlər ki, onlar qoyur və deklarasiyanın özü komissiya tərəfindən qəbul edilə bilər. Biz onlara etiraz edən deyildik və bizim də məqsədimiz budur. O ki qaldı dedikləri sözlərin doğru olub olmamasına, bunu onların görəcəyi iş göstərir və bunun məsuliyyəti də həmin təklifi verən firqənin üzərinə düşür. Əgər bu gün onlar millətimizin lazım olduğu qədər hazır olmadıqlarından dolayı, müşkül bir müdafiə vəziyyətində qalarlarsa, biz öz məsuliyyətimizdən heç vaxt boyun qaçırmayacağıq. Zənn edirəm ki, başqa firqələr də millətin müqəddəratını bizlə bərabər həll etməlidirlər və bunu onlar da inkar etməzlər. Boynumuza almalıyıq ki, bu gün sərhəddə lazımi qədər düşmənə qarşı mütəşəkkil müdafiəyə hazır deyilik. Hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq buraxılmışdır. Bununla belə ictimaiyyətin fikri ilə də razılaşmalıyıq ki, Şimaldan heç bir qorxu yoxdur və orada yaşayanlar da Azərbaycan kəndliləri kimi kəndlilərdir və Azərbaycanlı kəndlilərin razılığı və istəyi olmasa, heç kəs Azərbaycana soxula bilməz. Cənablar, bu firqə münaqişələri sonu görünməyən mübahisələrə çevrilib. Lakin deyirlər ki, belə bir fikirlərlə xalqımızın əksəriyyətinin etimadını qazanmaq olar və onların vəzifələri Azərbaycandan keçib Türkiyəni zalım imperialistlərdən azad etməkdir. Əgər məqsəd budursa, Şimaldan gələn qüvvələrin təzyiqi altında hökuməti təslim etməyə nə ehtiyac var? Bir halda ki, türklərin imperializm əsarətindən azad olmasına hamı və o cümlədən biz də sevinirik.

 

Əziz oxucu, bağışlayın ki, sizi xəyalən də olsa getdiyini o ağır gündən – 1920-ci ilin 27 aprelindən ayırıram. Amma bir daha təkrarlayım ki, yuxarıda yazılanların hamısı, doğrudan da, olub, deyilənlərin hamısı, doğrudan da, deyilib. Hətta Şəfi bəy Rüstəmbəylinin ağlamağı da tarixi həqiqətdir. O, ağlayaraq iclas zalını sonradan tərk də edib. İndi qayıdaq yenidən iclasa. Amma burada bir məsələni, xüsusilə, deməliyəm: bəhs etdiyimiz sonuncu iclasın stenoqramı ilk dəfə "Elm" qəzetinin 11 may 1991-ci il sayında yayımlanıb.

 

Sədr: Danışan yoxdur? Məhəmməd Əmin, siz təklifinizi buyurun. Söz Aslan bəy Səfikürdlüdür.

 

Aslan bəy:  Həzarat! Doğrudur, biz indi çox məsuliyyətli bir vaxta, məsuliyyətli dəqiqələrdə yaşayırıq. Millət üçun çalışan hər bir şəxs qarşısına fəqir-füqəranın müdafiəsi məsələsini məqsəd qoymalıdır. Bu yoldan da qorxub dönməməlidir. Ələlxüsus, parlament üzvləri ki, bir ildən artıqdır cəmiyyətin müqəddaratını öz üzərinə götürmüşlər. Burada hər kəs, o cümlədən, indiyədək parlamentin sol firqəsi sayılan sosialist firqəsi daima istiqlaliyyəti müdafiə edib. Böyük Rusiya inqilabının bizə xeyri bundan ibarətdir ki, o, hər bir millətin hökumət təşkilatının və Cümhuriyyət məsələlərinin həllini onların öz ixtiyarına verib. Camaat bu ixtiyarı heç kimə verməyəcək və verməz də. İndi bir məsələ var ki, bu vaxta qədər heç bir iş başında olmayanlar, parlamentdə oturmayıb, hökumət işində iştirak etməyənlər, indi bizə təklif edirlər ki, camaatın müqəddəratının həlli onlara verilsin və deyirlər ki, əgər verməsən, bunu Qızıl Ordu və fəhlələr özləri alacaqlar. İndi biz nə etməliyik? Təbii ki, razı olmalıyıq. Hərgah bizim millət bu istiqlaliyyətdən həqiqi bir ləzzət ala bilməzsə, onda millət özü-özünü indi də olmasa, bir aydan sonra, ya da bir ildən sonra müdafiə edəcək. Bu məsələni millət özü həll etməlidir. Bizim sosialistlərin əqidəsi odur ki, gərək hökumət onların əlində olaydı. Necə ki, deyirlər: “Biz bacarsaydıq, hakimiyyəti özümüz ələ alardıq. Lakin qüvvəmiz olmadığı üçün bunu edə bilmədik”. İndi başqa bir firqə var ki, o da Azərbaycanın fəhlələri tərəfindədir. Onlar da bizim vətəndaşlarımızdır, özlərini azərbaycanlı sayırlar və hökuməti bizdən istəyirlər. Biz isə heç bir şey bilmədən hökuməti veririk öz camaatımıza - yəni fəhlələrə və kəndlilərə ki, onlar da bunu istəyirlər. Məhəmməd Əmin demişkən, öz edamımıza özümüz qol çəkirik. Bu da doğrudur. Amma etiraf etməliyik ki, bu ixtiyarı və hökuməti öz camaatımıza veririk. Azərbaycanın ixtiyarını Azərbaycan fəhlələrinin nümayəndələrinə veririk. Bu nümayəndələr deyirlər ki, bütun məsuliyyəti biz öz üzərimizə götürürük. Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib, qəbul etməli və hakimiyyəti bununla birlikdə millətin ixtiyarını onlara verməliyik. Hökumət ixtiyarı gərək Azərbaycan kommunistlərinə verilsin və istiqlaliyyətin müdafiəsi və bütün məsuliyyət onların firqəsinin öhdəsinə qoyulsun, hərgah, onlar istiqlaliyyəti müdafiə edə bilməzlərsə, onda camaat özü onu müdafiə edər və özü istədiyinə nail olar.

 

Əziz oxucu, gəlin, yenidən 99 il geri qayıdaq: yəni, bu günümüzə qayıdaq. Sonra yenidən parlament zalına “yollanarıq”. Aslan bəyin təsirli nitqindən sonra sədr M. Cəfərov çıxış yolunu fasilə elan etməkdə görür. O, da gəncdir. Cəmi 34 yaşı var. 10 dəqiqəlik istirahət verməklə gərginliyin azalacağını zənn edir. Amma… Nə isə… Gəlin, davam edək:

 

 

Məmməd Əmin Rəsulzadə: Mənə bu barədə söz veriniz.

 

Sədr: Buyurun.

 

Məmməd Əmin Rəsulzadə: Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq.

 

Sədr:  Söz Saniyev Hacıkərimə verilir.

 

H. Saniyev:  Musavat firqəsinin namizədi burada yeni bir şey söyləmədi. O şəxsə ki, etimad göstərilir və o bu vəzifəni layiqincə yerinə yetirirsə, deməli, bu etimad doğrulmuş hesab olunur. Yox, əgər bu vəzifə yerinə yetirilmirsə, onda bu etimad geri götürülür. Biz də, əlbəttə bu cür hərəkət edəcəyik.

 

Sədr: Məsələ səsə qoyulur. Təklif olunur ki, bütün ixtiyarat kommunistlərə verilsin. Hökumət və Parlament onların rəyi əsasında təşkil olunsun. Kim buna tərəfdardırsa, əl qaldırsın. Kim əleyhinədir?

 

M. Ə. Rəsulzadə (yerindən):  Bəs səs verməyənlər?

 

Sədr:  Kim səs vermədi? Demək, əksəriyyət səslə hakimiyyətin kommunistlərə verilməsi qərara alınır. Bir səs əleyhinə, üç bitərəf, üç nəfər səs vermədi.

 

Qardaşov İslam bəy "Əhrar fraksiyası", (yerindən) : Bəs bu Parlamentin taleyi?

 

Sədr:  Onlara verilməsi qəbul olundu. Madam ki, bütün ixtiyarat kommunistlərə verildi, demək parlament də onların ixtiyarına keçir.

Səs - Məsələ belə deyil axı.

Sədr - Bu barədə danışmaq istəyən varmı? Təklif var ki, parlamentin nə cür olmağı barədə müzakirələr açılsın.

 

Ağa Aşurov - Orada proletar hakimiyyəti var və özlərini kəndli və fəhlə hökuməti adlandırırlar. Biz isə burada dövləti, tacir və o şəxslərik ki, hərəsi bir yerdən gəlibdir. Siz onlarla bir yerdə işləyə bilməyəcəksiniz. Onların fikirlərinə görə bu vaxta qədər olan hökuməti Parlamentə qulluqçu idi. Amma indi elə deyil. O adam sənə hökm edir, sən də qəbul edirsən. Məsələ bu növ bitir. Parlamentin qalmasını heç onlar da istəmirlər. Qəbul etsələr belə, yeni bir nəticə verməyəcəkdir.

 

Sədr : Söz Məhəmməd Həsən Hacınskiyə verilir.

 

Hacınski ("Müsavat") :  Mən bir qədər izahat vermək istəyirəm. Bu məsələ bizim müzakirəmizdə olanda onlar bizə belə cavab verdilər ki, inqilabı hökumət ilə Parlament yaşaya bilməz. Məsələ orasındadır ki, Parlament öz ixtiyarını həmin inqilab komitəsinə verir. Beləliklə, məsələ aydındır.

 

Sədr - Söz Muxtar Mahmudova verilir.

 

M. Mahmudov ("Müsavat") :  Həzərat! Bu gün Parlamentin çıxardığı qərar bilirik ki, Şimaldan hücum edən qüvvənin təsiri altında çıxarılan qərardır və təkcə bu məsələyə görə Parlament 2 dəfə yığılır və məsuliyyəti tamamilə öz öhdəsinə götürən firqə ilə danışıq aparır. Danışığın səbəbi qan tökülmə balasının qabağını almaqdır. Şimaldan gələn bu qüvvənin dəf etməyə təəssüf ki, cavan Azərbaycanın qüvvəsi olmadığına görə, Parlament öz işini dayandırıb, hüquqlarını məsuliyyəti öz üzərinə götürən firqəyə verir. Deyirlər ki, təzə firqə bəlkə Parlamenti qovub dağıtsın, lakin Parlament bütün Azərbaycan millətinin nümayəndələrindən olduğu üçün onu kimsə dağıda bilməz. Nə vaxta qədər ki, Parlament öz dağılması haqqında qərar çıxartmayıb, yenə parlamentliyində qalır. Bizə burada "Müsavat" firqəsi adından deyirlər ki, onlar hökumətin kommunistlərə verilməsinin tərəfdarı və nə qədər ki, müstəqillik şüarı mövcuddur, onlarla həmkarlıq etməyə razıdırlar, ancaq o vaxta qədər ki, kağızda yazdıqlarına əməl edəcəklər. Yenə təkrar edirəm - Azərbaycanın müstəqilliyini mühafizə edəcəklər, onlarla bərabər işləyib müttəfiq olacaqlar. Məhəmməd Hacınskinin verdiyi izahatdan belə məlum olur ki, Parlament bu gün kommunist firqəsi tələbnaməsini qəbul edib hökuməti onlara təslim etməyi qərara almışdır. Lakin bu tələbnamə yoxdur. Təslim olmağın bir çox texniki cəhətləri vardır ki, onları sabaha qədər qurtara bilməyəcəyik. Məsələn, hökumətin dəniz avadanlığı, ordusu, nefti və sairəsi var. Tutaq ki, hökumət yıxılır, amma ola bilər ki, sabah silah başında olan əsgər təslim olmasın, müqavimət göstərsin. Gərək bunların hamısını hökumət qayda-qanun çərçivəsində həll etsin və əhali də bilsin ki, bu, Parlamentin və hökumətin qərarıdır. Parlament məsələsinə gəldikdə isə, o gərək öz hüquqlarını layiqincə saxlasın və təmin etsin. Parlamentin dağılması barədə qərar çıxarmaq üçün başqa iclas lazımdır, yoxsa belə hay-küylə iş getməz. Millətin müqəddəratını həll etmək üçün buraya yağışanlar bu səviyyəli olmamalıdırlar. Bir də təkrar edirəm, başqa iclas lazımdır.

 

Sədr: Söz Aslan bəy Qardaşova verilir.

 

A. Qardaşov: Parlamentin necə olmağını təklif edən mən idim. İndi isə təklifimi geri götürüb rica edirəm ki, müzakirəsi olmasın.

 

Sədr: Beləliklə, Parlamentin məsələsi bağlanır. Ona görə də iclası qapalı elan edirəm.

 

Əziz oxucu, bu da 23 aylıq dövlətin 15 aylıq parlamentinin son iclası… Amma hələ son qərar qəbul olunmayıb. Son qərar gecə saat  23:00-da qəbul ediləcək. Ona sədr M. Cəfərov qol çəkəcək. Və beləcə….

 

E. Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qanunsuz ov edənlərə cərimə kəsildi
19.07.2018, 10:11

Qanunsuz ov edənlərə cərimə kəsildi

Dünənin “yol terroru”: 6 qəza, 3 ölü, 6 yaralı...   
19.07.2018, 10:09

Dünənin “yol terroru”: 6 qəza, 3 ölü, 6 yaralı...  

Nazirlik iki rayonda pambıqçılıq müşavirəsi keçirdi
19.07.2018, 10:00

Nazirlik iki rayonda pambıqçılıq müşavirəsi keçirdi

İsrail növbəti millətçi qanun qəbul etdi
19.07.2018, 09:59

İsrail növbəti millətçi qanun qəbul etdi

“Bizmkilər: - “Şərq”in GƏNCLƏRİ: “Rəhbərlik sağ olsun, bütün nazımıza dözür” - FOTOLAR
19.07.2018, 09:56

“Bizmkilər: - “Şərq”in GƏNCLƏRİ: “Rəhbərlik sağ olsun, bütün nazımıza dözür” - FOTOLAR

Tramp 3-cü Dünya Müharibəsinin bu ölkəyə görə başlanacağını dedi
19.07.2018, 09:51

Tramp 3-cü Dünya Müharibəsinin bu ölkəyə görə başlanacağını dedi

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt
19.07.2018, 09:46

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Ermənistan atəşkəsi 90 dəfə pozub
19.07.2018, 09:43

Ermənistan atəşkəsi 90 dəfə pozub

II və III qrupların abituriyentlərinə XƏBƏRDARLIQ   
19.07.2018, 09:22

II və III qrupların abituriyentlərinə XƏBƏRDARLIQ  

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edildi
19.07.2018, 09:17

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edildi

Bu gün AvroLiqada 43 oyun keçiriləcək - TƏQVİM   
19.07.2018, 08:58

Bu gün AvroLiqada 43 oyun keçiriləcək - TƏQVİM  

Çempionlar Liqasında 2-ci mərhələyə keçən bütün KLUBLAR   
19.07.2018, 08:53

Çempionlar Liqasında 2-ci mərhələyə keçən bütün KLUBLAR  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.07.2018, 08:35

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

“Bizi bu qədər düşündürən rəqib olmamışdı” - Qurban Qurbanov
19.07.2018, 00:58

“Bizi bu qədər düşündürən rəqib olmamışdı” - Qurban Qurbanov

“İtaliya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək” - Sercio Mattarella
19.07.2018, 00:51

“İtaliya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək” - Sercio Mattarella

Fədayə Laçının səhhəti pisləşdi
19.07.2018, 00:37

Fədayə Laçının səhhəti pisləşdi

İlham Əliyev: “İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”
19.07.2018, 00:25

İlham Əliyev: “İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi
18.07.2018, 23:48

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.07.2018, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Şimali Kipr sahillərində 19 miqrant batdı
18.07.2018, 23:27

Şimali Kipr sahillərində 19 miqrant batdı

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb
18.07.2018, 23:14

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib
18.07.2018, 22:56

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı
18.07.2018, 22:40

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dənizdə 4 nəfər batmaqdan xilas edilib
18.07.2018, 22:27

Dənizdə 4 nəfər batmaqdan xilas edilib

Kılıçdaroğlunun köməkçisi istefaya getdi
18.07.2018, 22:12

Kılıçdaroğlunun köməkçisi istefaya getdi

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub
18.07.2018, 22:01

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı
18.07.2018, 21:36

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi
18.07.2018, 21:19

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq
18.07.2018, 21:07

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib
18.07.2018, 20:50

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub
18.07.2018, 20:39

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

ARXİV