Modern.az

Sumqayıtda minik maşını “Kamaz“a çırpıldı: 3 ölü

Sumqayıtda minik maşını “Kamaz“a çırpıldı: 3 ölü

8 Dekabr 2017, 00:46

Sumqayıtda 3 nəfərin ölümünə səbəb olan avtomobil qəzası baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

 

Nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi