Modern.az

“Beynəlxalq qurumlar nədənsə qaçqın-köçkün gənclərimizlə bağlı məsələdə konkret addımlar atmır”

“Beynəlxalq qurumlar nədənsə qaçqın-köçkün gənclərimizlə bağlı məsələdə konkret addımlar atmır”

Ölkə

20 Noyabr 2009, 16:45

“Azərbaycanın hazırda doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş 200 minədək gənc sakini var. Bu gün biz hər yerdə söyləyirik ki, beynəlxalq təçkilatlar gənclərin hüququnu müdafiə edir. Lakin nədənsə, biz həmin təşkilatların işğal olunmuşAzərbaycan torpaqları və bu yerlərin gənc sakinlərinin problemləri barədə dəqiq fikirlərini eşitmirik”.

Modern.az xəbər verir ki, bu sözləri deputat Fuad Muradov həbs olunan bloqçular Emin Milli və Adnan Hacızadənin məsələsinin bəzi quvvələr və təşkilatlar tərəfindən siyasıləşmədirilməsini şərh edərkən söyləyib.

Deputat deyib ki, bəzi diplomatik missiyaların verdikləri bəyanatlar o vaxt əhəmiyyətli olardı ki, onlar 15 ildən artıq bir zamanda köçkün düşmüş, evləri viran olmuş, mülkləri əllərindən çıxmış vətəndaşlarımızın da hüquqlarını eynilə müdafiə edərdilər.

“Azərbaycan İnsan Hüquqları Konveniyasına qoşulmuş ilk ölkələrdəndir. Bizim üçün ən əsas məsələ işğal edilmiş torpaqlarımızdan qaçqın düşmüş vətəndaşların problemləridir. İctimaiyyət  beynəlxalq qurumların torpaqlarımızın işğalı faktına biganə qaldığını gördükdə, onların bütün qərarlarına qeyri-ciddi yanaşmağa başlayır. Həmin təşkilatların mövqeyində ikili standartların mövsudluğu görünür”-deyə F.Muradov söyləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir