Modern.az

Azərbaycanda daha bir jurnalist vaxtsız vəfat etdi  

Azərbaycanda daha bir jurnalist vaxtsız vəfat etdi   

8 Dekabr 2017, 12:41

Azərbaycan jurnalistlərinə yaxşı tanış olan, fotojurnalistikanın istedadlı təmsilçisi, Exo" qəzetinin əməkdaşı Samir Əliyev vəfat edib.

Modern.az xəbər verir ki, bu haqda onun iş yoldşları məlumat yayıblar. Samir Əliyev "Exo" qəzetində fotoredaktor işləyirdi. Onun ağır xəstəlik nəticəsində - xərçəngdən dünyasını dəyişdiyi bildirilir.

S. Əliyev 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi fakültəsini bitirib. Bir müddət “Zerkalo” qəzeti ilə əməkdaşlıq edib. 2001-ci ildən “Exo” qəzetində həm jurnalist, həm də fotoqraf kimi fəaliyyət göstərib. 

Allah rəhmət eləsin...

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...