18 yanvar 2018, Cümə axşamı
Ana Səhifə - PARLAMENT - Milli Məclis bu il vacib qanunlar qəbul etdi… - SİYAHI  
Milli Məclis bu il vacib qanunlar qəbul etdi… - SİYAHI  
08.12.2017, 12:48

2017-ci ilin bitməsinə bir neçə gün qalıb. Geridə qoyduğumuz bu dövr ərzində Milli Məclisdə bir sıra qanunlar qəbul edildi, bəzi sənədlərə əlavə və dəyişikliklər edildi. 

Modern.az saytı 2017-ci ildə Milli Məclisdə qəbul edilmiş yeni qanun layihələrini təqdim edir.

 

Parlamentin 2017-ci ildə qəbul etdiyi yeni qanunlardan biri “Hərbi vəziyyət haqqında” qanundur. Qanun 5 fəsil 27 maddədən ibarətdir. Bu Qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

“Məktəbəqədər təhsil haqqında” qanun da ən vacib sənədlərdən biridir. Qanun 5 fəsil 24 maddədən ibarətdir. Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər. Qanun məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.
Sənəddə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir. Qanuna əsasən, məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib.

Parlamentin bu il qəbul etdiyi ən vacib qanunların siyahısında “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun da var. Qanun 13 maddədən ibarətdir. Sənəd Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Bu qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanunda etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməsinə qadağa qoyulması, eləcə də deputatların həmkarlarının sözünü kəsməsi qadağan edilir.

“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun dab u il parlamentdə qəbul edilən sənədlər sırasındadır. Qanun 3 fəsil, 17 maddədən ibarətdir. Yeni qanun yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi məqsədlərini daşıyır.

2017-ci ildə geniş müzakirə predimenti olan sənədlərdən biri də "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər oldu. Belə ki, qanunun 47 maddəsindən 22-ə 98 adda dəyişiklik  edilib. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.

 

“İşsizlikdən sığorta haqqında” qanun.  4 fəsil, 26 maddədən ibarət qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Parlamentdə 2017-ci ildə “Daşınar əmlakın yüklülüyü haqqında” qanun da qəbul edilib. Daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Qanunda daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.

 

2017-ci ildə geniş müzakirə predmeti olan sənədlərdən biri də Cinayət Məcəlləsinə 300-ə yaxın edilmiş dəyişikliklər oldu. Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Bundan başqa, bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılır. Bu əməllərə görə məsuliyyət həddi 5 dəfə artırılır. Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilir. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan azağır kateqoriyaya keçirilib.

 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
"NAZ-Lifan” istehsalı dayandırıb? - Direktor danışmaq istəmədi   
18.01.2018, 11:56

"NAZ-Lifan” istehsalı dayandırıb? - Direktor danışmaq istəmədi  

Tanınmış yazıçı Nahid Hacızadə vəfat edib   
18.01.2018, 11:47

Tanınmış yazıçı Nahid Hacızadə vəfat edib  

Ermənistan ordusunun hərbçisi yaralandı
18.01.2018, 11:46

Ermənistan ordusunun hərbçisi yaralandı

Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR  
18.01.2018, 11:32

Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR  

Magistr imtahanlarında nə yenilik var? - Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ
18.01.2018, 11:19

Magistr imtahanlarında nə yenilik var? - Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ

Dəhşətli qəza: 52 nəfər diri-diri yanaraq öldü
18.01.2018, 11:16

Dəhşətli qəza: 52 nəfər diri-diri yanaraq öldü

Azərbaycanlı tenor “Don Karlos” operasında baş rolda çıxış edəcək
18.01.2018, 11:09

Azərbaycanlı tenor “Don Karlos” operasında baş rolda çıxış edəcək

Mirzə Fətəli Axundzadə və ERMƏNİLƏR: Hacı Qara düz deyirmiş...   
18.01.2018, 11:08

Mirzə Fətəli Axundzadə və ERMƏNİLƏR: Hacı Qara düz deyirmiş...  

Azərbaycan xaricdən eşşək almaqdan imtina edib   
18.01.2018, 11:04

Azərbaycan xaricdən eşşək almaqdan imtina edib  

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək
18.01.2018, 10:58

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminarlara başladı
18.01.2018, 10:53

Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminarlara başladı

Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək
18.01.2018, 10:52

Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək

Anna Netrebko və Yusif Eyvazov Moskva Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər
18.01.2018, 10:45

Anna Netrebko və Yusif Eyvazov Moskva Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər

2017-ci ilin fəal deputatları: nəticələr açıqlandı - SİYAHI
18.01.2018, 10:04

2017-ci ilin fəal deputatları: nəticələr açıqlandı - SİYAHI

Ermənistan atəşkəsi 126 dəfə pozub
18.01.2018, 09:58

Ermənistan atəşkəsi 126 dəfə pozub

Bakıda “Azpetrol”un maşını aşdı - FOTO
18.01.2018, 09:50

Bakıda “Azpetrol”un maşını aşdı - FOTO

Bakıda iki məhkum xəstəlikdən öldü
18.01.2018, 09:42

Bakıda iki məhkum xəstəlikdən öldü

“Bizimkilər” - 9 ildə 9 iş yeri dəyişən aparıcı televiziyadan radioya keçməyi arzulayır - FOTOLAR   
18.01.2018, 09:35

“Bizimkilər” - 9 ildə 9 iş yeri dəyişən aparıcı televiziyadan radioya keçməyi arzulayır - FOTOLAR  

Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI
18.01.2018, 09:32

Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI

Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir - Deputatdan şok AÇIQLAMA
18.01.2018, 09:26

Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir - Deputatdan şok AÇIQLAMA

YAP-çı deputatın işi antikorrupsiya idarəsində
18.01.2018, 09:18

YAP-çı deputatın işi antikorrupsiya idarəsində

Ötən gün axtarışda olan 27 nəfər saxlanıldı
18.01.2018, 09:08

Ötən gün axtarışda olan 27 nəfər saxlanıldı

Fəxri ad alanların hansı güzəştləri var...
18.01.2018, 09:06

Fəxri ad alanların hansı güzəştləri var...

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.01.2018, 08:57

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ABŞ hərbi qüvvələri Suriyada qalacaq
18.01.2018, 00:59

ABŞ hərbi qüvvələri Suriyada qalacaq

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək
18.01.2018, 00:47

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək

Qızılcadan ölənlərin sayı artır
18.01.2018, 00:31

Qızılcadan ölənlərin sayı artır

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı
18.01.2018, 00:15

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi
17.01.2018, 23:58

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi

Ev almağa gedərkən bütün pulunu itirdi - Video
17.01.2018, 23:43

Ev almağa gedərkən bütün pulunu itirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.01.2018, 23:27

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar
17.01.2018, 23:13

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı
17.01.2018, 23:00

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı

Avtomagistralda 50-dən çox maşın toqquşdu
17.01.2018, 22:43

Avtomagistralda 50-dən çox maşın toqquşdu

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı
17.01.2018, 22:31

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(54.4%)
- Geyimə(3.44%)
- Müalicəyə(5.36%)
- Kommunal xidmət haqlarına(13.4%)
- Təhsilə(2.29%)
- İstirahətə(1.14%)
- Kitaba(1.14%)
- Rüşvətə(4.21%)
- Əyləncəyə(0.76%)
- Digər şeylərə(13.7%)