15 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir” - LAYİHƏ  
Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir” - LAYİHƏ   +
08.12.2017, 13:36

“Kənd sakini dedi ki, nə qədər ki, müəllimsən, bu evi sənə hədiyyə edirəm” 


Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Modern.az
 saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.

 

Budəfəki müsahibimiz Lerik rayonu Lərmərud kənd orta məktəbinin fiziki tərbiyə müəllimi Seymur İbrahimovdu.


Seymur müəllim Bakıda yaşayıb və Bakıda oxuyub. Bu il müəllimlərin işə qəbul imtahanında müvafiq balı toplayaraq, adıçəkilən dağ kəndinə yollanıb. Gəlin, əvvəlcə özü ilə tanış olaq: 


Mən İbrahimov Seymur 1995-ci ildə Bakı şəhərində anadan olmuşam, 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Həmin il də imtahanda iştirak edib,  müəllim adını qazanmışam.

Ucqar kəndin gənc müəllimi ilə tanış olduq. İndi də öyrənək ki, niyə məhz bu kəndi seçib? Topladığı bala görəmi, yoxsa, könüllü olaraq bu dağların arasına gəlib:

-Düzdür, o qədər də çox bal yığmamışam, amma çox bal da yığsaydım, yenə də ucqar kənd məktəbini seçərdim. Çünki ucqar kənd məktəbindəki şagirdlərin müəllimə daha çox ehtiyacı var. Kəndə ilk gəldiyim gün məni direktorum Şahvəli müəllim qarşıladı. O mənimlə elə rəftar edirdi ki, sanki rəhbərim yox, mənə doğma olan insandı. Sağ olsunlar, kənd camaatının da hamısı qonaqpərvərdilər. Onlar da məni yaxşı qarşıladılar


Hörmətli oxucu, bir təklifim var: bundan sonra mən sizə mane olmayım. Elə ucqar kəndin gənc müəllimi ilə baş-başa qalıb söhbətləşin. O, sizə hər şeyi danışacaq. Amma biz də çox uzağa getməyəcəyik. Buradayıq və lazım olan vaxtı söhbətə müdaxilə edəcəyik. Amma hələlik, siz ikiniz baş-başa qalın: oxucu, ucqar dağ kəndinin Bakıdan gedən gənc müəllimi.

Uca dağlar başında


- Lərmərud dağ kəndidir. Kənd camaatının dediyinə görə, dəniz səviyyəsindən 800 m yüksəklikdədir. Dörd bir tərəfi meşə ilə əhatə olunub. Hava şəraitindən danışsam, onu deyə bilərəm ki, payızı yola salmamış, artıq qış qapımızı döyüb.

Dağlar qoynundakı “hədiyyəlik” ev… 

-Bakıdan gələndən sonra ev tapmaqda mənə direktor Şahvəli müəllim kömək etdi. Kənd sakini Əlisəfa müəllimin evini mənə məsləhət gördü. Əlisəfa müəllim də dediyinə görə, əvvəllər müəllim işləyib və gənc müəllimlərə əlindən gələn yardımı edir. Əlisəfa müəllimdən kirayə pulunu soruşduqda, o, mənə dedi ki, “bu evi müəllim işlədiyin müddətdə sənə hədiyyə edirəm”. Evin şəraiti qənaətbəxşdir.



Fərəh yağıntısı… Unudulmuz gün


-İlk dərs günündə  yeni işə qəbul olan gənc müəllimlərin  andiçməsi keçirildi. Müəllim andını yerinə yetirdikdən sonra məni qarşılayacaq ilk sinifimə girdim. İlk dərs keçdiyim sinif beşincilər oldu. Sinifə daxil olanda çox həyəcanlı idim: o an gəlib çatdı… Sinifə girdim və “salam, uşaqlar!” dedim… Onlar da cavabında “salam, müəllim!” dedilər.  Bəzi müəllimlərə bu adi salamlaşma kimi gələ bilər, amma mənim üçün bu, hər şey demək idi. Həmin an necə deyərlər, “dünyalar mənim olmuşdu”.  Çünki mən illərdi arzuladığım müəllimlik həyatına qovuşmuşdum.

Buranın məktəbi


-Məktəbi görməzdən qabaq fikirləşirdim ki, görəsən, ucqar dağ kəndində necə bir təhsil ocağı olacaq ki, mən orda dərs keçəcəm?! Məktəbi gördükdən sonra düşündüklərimin əksi ilə qarşılaşdım. Məktəb binası yeni tikilib. Təmiri də  qənaətbəxşdir; digər ucqar məktəblərin vəziyyəti ilə müqayisədə olduqca yaxşıdır.

Burada söhbətə müdaxilə etməli olacağam. Deməli, müəllimlə, yaşadığı ev, işlədiyi məktəblə tanışlıqdan sonra birbaşa onun tədris etdiyi predmetdən söhbət açırıq. Bir məlumatı da deyək ki, Seymur İbrahimov həm də cüdo üzrə məşqçi kimi çalışıb. Ara-sıra həmin məşqləri uşaqlara da öyrədir. Amma əsas diqqəti təbii ki, metodiki fiziki tərbiyəyədir. Ürəyi doludur; bu barədə nə sual versən, həmən ətraflı danışmağa hazırdı. Dediyinə görə, məktəbin idman zalında heç bir avadanlıq olmayıb. Hamısını özü təşkil edib. Amma narazı qaldığı səbəblər də var:

-Məktəbdə idman zalı var, amma  avadanlıqlar yoxdur. Avadanlıqlar yoxdursa, bu o demək deyil ki, mən dərs keçməyəcəm. Özüm toplar, şahmat dəstləri və s. idman avadanlıqları təşkil etmişəm. Bizə avadanlıqlar olmadan da necə dərs keçəcəyimizi akademiyada öyrədiblər. Amma avadanlıqlar olsaydı, lap əla olardı.

Amma biz yenə də dərsimizi keçirik. Deyək ki, dərsə başlayarkən, isinmə hərəkətləri etmək lazımdır. Məlumdur ki, bunun üçün avadanlığa ehtiyac yoxdur. Əgər dərsimiz yuxarı ətraf əzələlərinin inkişaf edirilməsidirsə, bizə turnik lazımdır. Yox, əgər turnik də yoxdursa, bunu başqa hərəkətlərlə də əvəz etmək olar. Məsələn, qolların-bükülüb açılması hərəkətini etməklə bunu əvəzləyə bilərik. Hər nə qədər əvəzləmə etmək olarsa da , yenə də avadanlıq zəruridir.

Amma çox heyf ki…


-Amma təəssüf ki, fiziki tərbiyə fənninə çox insanlar, hətta təəssüflə deyərdim ki, çox müəllimlər biganə yanaşır. Lakin bu, belə deyil! Deyərdim ki, uşaqların fiziki tərbiyə fənninə ehtiyacı çoxdur. Bəzən, görürsən ki, uşaqlar dərsdən evə gəlir, lakin dərs oxuya bilmir və ya ardıcıl 3-4 dərsə girdikdən sonra yorulurlar. Niyə? Çünkü uşaq gün ərzində yığdığı kalorini itirmir və beləcə, fikirlərini dərsə yönəldə bilmirlər. Uşaqların o kalorini xərcləməyi üçün fiziki tərbiyə fənninə ehtiyac var. Bu səbəbdən, deyərdim ki, digər fənn müəllimləri biz fiziki tərbiyə müəllimlərinə ona görə təşəkkür etməlidilər ki, uşaqları idman elətdirərək, özündə topladığı artıq enerjini və beyinlərindəki yorğunluqları aradan qaldırırıq və bunun sayəsində həmin fənn müəllimlərinin dərslərini mənimsəyirlər. Ən əsası da bizə sağlam nəsil lazımdır. Bunun üçün fiziki tərbiyə dərsinin tədrisi zəruridir.


Yeni metodlarla dərs


-Mən çalışıram ki, dərsimi proqram əsasında quram. Amma bəzən, bu alınmır, görürsən ki, uşaqlar həddən artıq yorulublar və bu yorğunluqları aradan qaldırmaq üçün proqram hər zaman köməyə gəlmir. Bunun üçün uşaqlara estafet oyunlar təşkil edirəm. Estafet oyunlar həm uşaqları əyləndirir, həm də fiziki göstəricilərini artırır. Mən özüm estafet oyununun keçirilməsində fərqli metod yaratmışam.
Deməli, estafet oyunları ilə yanaşı, həm də, uşaqlara idmanın nəzəriyyəsindən də suallar verirəm. Bu metod sayəsində uşaqların həm fiziki göstəriciləri, həm də idman haqqında dünyagörüşləri artır.

Burada mütləq bir haşiyəyə çıxmalıyıq. Deməli, gənc müəllimin çalışdığı Lərmərud ucqar dağ kəndidir. Xüsusən də qış aylarında oradan harasa getmək xeyli çətindir. Bunu yalnız “Niva” və “UAZ” markalı maşınlarla etmək olar. Bu səbəbdən də yerli əhali bazarlığı ən yaxşı halda ayda bir dəfə edə bilir. Şəxsən o mənzərənin şahidi olduğum üçün Bakıdan gedən gənc müəllimdən məhz bu barədə soruşuram. Çünki bilirəm ki, oraların yolları,  qar yağandan sonrakı vəziyyəti, istiliklə bağlı mücadilələri necədir…

-Biz öz azuqəmizi 3 aydan bir alırıq. Məlum məsələdi, dağ yeridi, bura ancaq “Niva” tipli maşınlar qalxır və gediş-gəliş haqqı olduqca bahadır. Buna görə də məcbur qalıb, 3 aydan bir bazarlıq edirik. Odunları isə qonşu kənddən Ədalət əmi gətirir və buna görə biz Ədalət əmiyə 130 manat pul ödəyirik . Mən buna qarşıyam, meşələri qırmaqdansa, qaz çəksinlər kəndə. Onu da vurğulayım ki, bizim kəndə qaz 2017-ci ildə çəkilməli idi, amma  nədənsə təxirə saldılar. Qaz stansiyası bizim kəndin üstündədi; haradasa 3 km yuxarıda.  Amma bura qaz çəkmirlər. Maraqlıdır, meşəni qırmaq yaxşıdır, yoxsa, yeraltı sərvətdən istifadə etmək?!

Bulaq suyu, dağ havasından yoğrulanlar - Oraların insanları…


-Mən həmişə demişəm: bu kəndin insanları fiziki cəhətdən çox güclüdülər. Özüm fiziki tərbiyyə müəllimi olduğum üçün birinci insanların fiziki durumu gözümə dəyir. Deməli, bir gün zaldayam, qapı açıldı və içəri yaşı 60-dan çox olan məktəbin təsərrüfat işçisi Nəbi dayı daxil oldu . Nəbi dayı salamsız-kəlamsız hücum çəkdi kanata - idman kəndirinə. Kanatdan yapışıb düz axıra kimi qalxdı. Gözlərimə inanmadım. Mən müəllimlik həyatımdan əvvəl məşqçi işləmişəm. Heç bir yetirməm Nəbi dayı kimi kanata qalxmamışdı.
 

Yeri gəlmişkən…


-Yeri gəlmişkən onu da deyim ki, mən məktəbə gələndə zal tamam boş idi. Mən gəldikdən sonra zala 40 ədəd tatami (idman döşəyi) gətirmişəm. Bu döşəyləri mənə verdiyinə görə Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi, cənab Natiq İsaqova borcluyam. 

Bərbad yollar


-Burada yollar bərbaddır. Bəlkə də kənd camaatı üçün bu yol ipək yoludur, amma mən asfaltda böyüyən bir adam kimi deyə bilərəm ki, yol bərbaddır. Deyirlər, insan torpaqdan əmələ gəlib. Daha bu yazıq insan torpaqdan əmələ gəlibsə, o demək deyil ki torpaqdan da ayrılmasın?! Yayda torpaq, payız və qış aylarında isə palçıq! Bir insan nə qədər palçıq görər?! Deyiblər, yol mədəniyyətdir, əgər yol mədəniyyətdirsə, kənd camaatına da bu mədəniyyətdən bir pay verilməlidir!

Amma məktəbdə  istilik məsələsi daimidir. Sağ olsun, Şahvəli müəllim məktəbi heç vaxt odunsuz qoymayıb.

Amma…

-Amma yol nə qədər problemli də olsa,  dərsə davamiyyət əladır. Demək olar ki, hamı dərsə gəlir. Məsələn, elə bu gün təqribən 20 sm qar yağmışdı. Yenə də uşaqlar gəlib, ən axırıncı saata kimi sinifdə otururlar. Məktəbdə qızlar oğlanlardan çoxdur və hamısı da dərsə vaxtında gəlirlər, hamısı dərsə  ciddi yanaşırlar.

“Tolişə zivon”


-Məktəbdə dil problemi yaşanmır. Rəhbərliyin qəti tapşırığı var ki, hamı Azərbaycan dilində danışmalıdır. Amma kənddə hamı “tolişə zıvon” (gülür).

Ümumiyyətlə, bu kənd çox ziyalı şəxsiyyətlər yetişdirib. Mən hələ rastlaşmamışam, nə də eşitməmişəm ki, qızları məktəbdən əvvəl ərə versinlər. Ya da buna bənzər naqis məsələlərin şahidi olmamışam. 

Yavaş-yavaş söhbətin sonuna gəlirik. Sonda Seymur müəllim aldığı maaşdan və onun təminatını ödəyib-ödəməməsindən, bir də özünün gələcək planlarından  danışır:

 

-Mən əgər o vakansiyada verilən saatla razılaşıb gəlmişəmsə, gileylənnəyə haqqım yoxdur. 348 manat maaş alıram. Maaşlarda bir gün də olsun, gecikmə olmayıb.

Kənd yerində o qədər də pul xərclənmir. Hələlik, tələbatlara  imkan çatır, amma necə deyərlər, gələcək üçün yığmağa pul qalmır. İnşallah, müəllimə daha çox dəyər verərlər və  bizlərin də maaşın artırarlar.

Hər şeyi zaman göstərəcək. Mən hara üçün lazımamsa, bu dəqiqədə ordayam. Və gələcəkdə hara üçün lazım olacağamsa, elə orada da olacağam.

Müsahibəni bitiririk. Amma ucqar dağ kəndinin kiçik evindəki gənc müəllimləri gələcəkdə yenə də xatırlamağı düşünürük. Hansı ki, onlar üç aydan bir bazarlıq edir və qızınmaq üçün oduna xeyli pul verirlər…

Gələcəkdə biz xatırlamasaq da belə, bu dağlar onları heç zaman unutmayacaq!


E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Füzuli Hacıyev
08.12.2017, 15:04

SEymur m. Salam, əvvəl bir az darıxdırıcı olsada inanın ki, bu günlər Sizin xatərənizdə ən xoş ,şirin günlər kimi qalacaq.(Məni kimdən soruşsaznız Sizə deyər)

Seymur Bakuvi
25.12.2017, 00:39

Teshekkurler modernaz :)

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə   
15.10.2018, 17:23

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə  

Manatın kursu dəyişir? - MƏZƏNNƏ
15.10.2018, 17:09

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Daşqınlar 13 fransızın həyatına son qoydu
15.10.2018, 17:04

Daşqınlar 13 fransızın həyatına son qoydu

Badamdardakı sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı
15.10.2018, 17:02

Badamdardakı sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! 
15.10.2018, 16:56

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! 

Cəlaləddin Qasımovun iki filmi beynəlxalq mükafat aldı
15.10.2018, 16:50

Cəlaləddin Qasımovun iki filmi beynəlxalq mükafat aldı

Badamdardakı sürüşmə evin hasarını uçurdu
15.10.2018, 16:36

Badamdardakı sürüşmə evin hasarını uçurdu

“Ölkə başçısı yenə səfərdədir, yenə xalqla görüşür”
15.10.2018, 16:33

“Ölkə başçısı yenə səfərdədir, yenə xalqla görüşür”

Prezident Lerikə gedib
15.10.2018, 16:20

Prezident Lerikə gedib

Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi
15.10.2018, 16:12

Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi

İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi ilə tanış olub
15.10.2018, 16:05

İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi ilə tanış olub

Almaniyada naməlum şəxslər insanları girov götürüb
15.10.2018, 15:58

Almaniyada naməlum şəxslər insanları girov götürüb

Novruz Aslan: “Ən böyük problem ruhdan düşməyimizdir” - MÜSAHİBƏ
15.10.2018, 15:57

Novruz Aslan: “Ən böyük problem ruhdan düşməyimizdir” - MÜSAHİBƏ

Pensiyalar artıb – RƏSMİ
15.10.2018, 15:55

Pensiyalar artıb – RƏSMİ

İsveçrə azərbaycanlılarının rəhbəri: “Dəyişiklikləri görmək üçün vaxta ehtiyacımız var” - MÜSAHİBƏ
15.10.2018, 15:51

İsveçrə azərbaycanlılarının rəhbəri: “Dəyişiklikləri görmək üçün vaxta ehtiyacımız var” - MÜSAHİBƏ

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək
15.10.2018, 15:47

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olundu
15.10.2018, 15:44

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olundu

Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – səs VERİN!
15.10.2018, 15:38

Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – səs VERİN!

“Astaranın içməli su təchizatı sistemləri” layihəsinin icrası başa çatdırılıb
15.10.2018, 15:30

“Astaranın içməli su təchizatı sistemləri” layihəsinin icrası başa çatdırılıb

Lerikdə yük maşını dərəyə aşdı - Ölən var 
15.10.2018, 15:22

Lerikdə yük maşını dərəyə aşdı - Ölən var 

Azərbaycan ədəbiyyatı Frankfurt sərgisində təqdim edilib
15.10.2018, 15:15

Azərbaycan ədəbiyyatı Frankfurt sərgisində təqdim edilib

Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: “Heç kimə güzəşt olmayacaq”
15.10.2018, 15:13

Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: “Heç kimə güzəşt olmayacaq”

İlham Əliyev Astaraya getdi 
15.10.2018, 15:05

İlham Əliyev Astaraya getdi 

Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı
15.10.2018, 14:54

Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı

Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu
15.10.2018, 14:48

Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu

Bu yolda hərəkət bərpa ediləcək
15.10.2018, 14:41

Bu yolda hərəkət bərpa ediləcək

Yol polisi reyd keçirdi, gərgin anlar yaşandı - FOTOLAR
15.10.2018, 14:40

Yol polisi reyd keçirdi, gərgin anlar yaşandı - FOTOLAR

Eldar Quliyev Yunanıstana gedir
15.10.2018, 14:36

Eldar Quliyev Yunanıstana gedir

 “Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar
15.10.2018, 14:34

 “Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar

UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır
15.10.2018, 14:27

UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır

Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında
15.10.2018, 14:20

Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında

Diaspor sədrinin cənazəsi Azərbaycana gətirilir 
15.10.2018, 14:14

Diaspor sədrinin cənazəsi Azərbaycana gətirilir 

Həsən bəy Ağayevin nəticəsi NARAZIDIR: “Babamın adını yada salmırlar”
15.10.2018, 14:08

Həsən bəy Ağayevin nəticəsi NARAZIDIR: “Babamın adını yada salmırlar”

Avtobusda və taksidə siqaret çəkənlər cərimələnəcək
15.10.2018, 13:42

Avtobusda və taksidə siqaret çəkənlər cərimələnəcək

Hər bir azərbaycanlının Prezidenti
15.10.2018, 13:32

Hər bir azərbaycanlının Prezidenti

Ömürlük məhkumlarla bağlı qanun dəyişir   
15.10.2018, 13:25

Ömürlük məhkumlarla bağlı qanun dəyişir  

Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü oldu - FOTO
15.10.2018, 13:20

Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü oldu - FOTO

On beş il: sabit və təhlükəsiz Azərbaycan
15.10.2018, 13:15

On beş il: sabit və təhlükəsiz Azərbaycan

Nazirlik: Sürüşmə zonasında gərginlik davam edir
15.10.2018, 13:12

Nazirlik: Sürüşmə zonasında gərginlik davam edir

Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı   
15.10.2018, 13:09

Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı  

Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ
15.10.2018, 13:05

Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ

Ermənistan prezidenti Azərbaycan ərazisində
15.10.2018, 12:58

Ermənistan prezidenti Azərbaycan ərazisində

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı   
15.10.2018, 12:52

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı  

Təqsirləndirilən şəxs Elmira Axundovadan üzr istədi
15.10.2018, 12:38

Təqsirləndirilən şəxs Elmira Axundovadan üzr istədi

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO
15.10.2018, 12:38

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI
15.10.2018, 12:30

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI

Britaniya kraliçası növbəti dəfə nənə olacaq
15.10.2018, 12:27

Britaniya kraliçası növbəti dəfə nənə olacaq

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb
15.10.2018, 12:24

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ
15.10.2018, 12:22

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ

UNEC stendi mükafata layiq görüldü - FOTO
15.10.2018, 12:12

UNEC stendi mükafata layiq görüldü - FOTO

ARXİV