Modern.az

Kəmaləddin Heydərov Fazil Məmmədovdan DANIŞDI: “Kim nə istəyir, qoy yazsın”

Kəmaləddin Heydərov Fazil Məmmədovdan DANIŞDI: “Kim nə istəyir, qoy yazsın”

8 Dekabr 2017, 15:32

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Azərbaycanın vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə azad edilib.
 

Modern.az xəbər verir ki, mətbuatda F.Məmmədovun vəzifəsindən azad olunması səbəbini digər məsələlərlə yanaşı, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla da bağlayanlar var.

 

Belə ki, bəzi KİV-lərdə F.Məmmədovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla münasibətlərinin gərgin olduğu, lakin sonda məğlub olan sayca altı nazir olduğu yazilir.

 

Kəmaləddin Heydərov unikal.org saytına özəl açıqlamasında yazılanlara belə münasibət bildirib:

 

“Haqqımda yazılanlar cəfəngiyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur. Sağ olun!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...