Modern.az

14 BMT sülhməramlısı öldürüldü

14 BMT sülhməramlısı öldürüldü

8 Dekabr 2017, 20:41

Daha 14 nəfər BMT sülhməramlısı öldürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasında naməlum silahlılar BMT Sabitlik Missiyasının (MONUSCO) bazasına hücum edib. İnsident ölkənin Semuliki yaşayış məntəqəsində qeydə alınıb.

 

Hadisə nəticəsində 14 BMT sülhməramlısı və 5 Konqo hərbçisi həlak olub, 53 sülhməramlı yaralanıb.

 

Məlumata görə, hücum üsyançı “Birləşmiş demokratik qüvvələr” (ADF) qruplaşması tərəfindən törədilib. Amma ölən və yaralanan sülhməramlıların vətəndaşlığı və milliyyəti barədə məlumat verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...