Modern.az

Hazırlığına bir ay əvvəl başlanılan bayram -Unudulmaz Müslüm Maqomayev...

Hazırlığına bir ay əvvəl başlanılan bayram -Unudulmaz Müslüm Maqomayev...

Ədəbi̇yyat

8 Dekabr 2017, 21:11

Yeni ilin rəsmi qarşılanması ənənəsi SSRİ-də 1935-ci ildən qoyulub. 1947-ci ildən isə bu bayram daha təntənəli qeyd olunmağa başlanıb. Belə ki, 1947-ci ildən yanvar ayının 1-i istirahət günü elan edildikdən sonra SSRİ vətəndaşları bayram gecəsi keçirmək imkanı əldə ediblər. Bu tarixdən bayramın kütləvi və təmtəraqlı keçirilməsinin digər səbəbi isə həmin ərəfədə kart sisteminin birdəfəlik ləğvi olub. Müharibədən çıxmış ölkədə kart sisteminin ləğvi, piştaxtalarda ərzaq məhsullarının peyda olması bayram keçirmək marağını bir az da artırıb.

 

Daha sonralar, zaman-zaman Yeni il bayramı sovetlər birliyində ən çox sevilən bayrama çevrilib.

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

İlk dəfə televiziya vasitəsilə Yeni il münasibəti ilə xalqa təbrik və müraciət ənənəsi 1970-ci ilin sonuncu günü Leonid İliç Brejnev tərəfindən qoyulub.

 

Sovet dövründə Yeni il bayramı ənənələrindən yadda qalanlardan biri ölkənin birinci kanalının Ostankinodan hazırladığı “Qoluboy oqonyok” verilişi olub.

 

Xüsusilə,bu verilişdə Müslüm Maqomayevin çıxışı azərbaycanlılarda qürur hissi oyadıb. Unudulmaz Müslüm Maqomayev öz ifası ilə milyonların ruhunu oxşayıb.

 

Daha bir ənənə Yeni il gecəsi Eldar Ryazanovun “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin nümayişi idi. Ən maraqlı fakt isə odur ki, bu film 1975-ci ildən başlayaraq hər il göstərilsə də, həmişə böyük həvəs və maraqla izlənilib.

 

Demək olar ki, bütün sovet ailələrində təxminən eyni menyuda ənənəvi bayram süfrələri açılıb. “Paytaxt” və “Şuba” salatı, Şampan şərabı, narıngi, “Assorti” şokoladı, “Buratino” limonadı, “Napoleon” tortu süfrələrin əsas bəzəyinə çevrilib.

 

Bayrama hazırlıq bayramdan bir ay əvvəl başlanılıb. Təbii ki, o vaxtlar istədiyin ərzaq məhsulunu bu günkü kimi istənilən vaxt mağazalardan tapmaq mümkün deyildi. Bayramı qara kürü, qızıl balıqla qarşılamaq istəyənlərin işi isə daha çətin olub.

 

Dövrün yadda qalan bayram ənənələrindən biri uşaqların valideynlərini və müəllimlərini üzərində Yeni il rəmzləri əks olunan açıqçalarla təbrik etmələri idi. Bu adi təbrik böyüklər tərəfindən yüksək qiymətləndirilib.

 

Sovet dövrü olsa da, hər halda həmin dövrdə Yeni il bayramı şən, insanların bir-birlərinə təbriki səmimi, bayram ənənələri isə maraqlı olub.

 

Siz də xatırladınızmı???

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi