Modern.az

Darçın bitkilər üçün də XEYİRLİDİR

Darçın bitkilər üçün də XEYİRLİDİR

9 Dekabr 2017, 15:38

Bu günə qədər darçının bir çox faydasını eşitmişik, amma darçının  bitkilərə də yararlı olduğunu bilirdiniz?

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, dibçəkdə və həyətdə bitki yetişdirənlər üçün darçın istifadə etmələrini gərəkdirəcək beş səbəb var.

 

Həşəratları uzaqlaşdırır

 

Bitkilərinizə qarışqalar daraşırsa, onları darçınla uzaqlaşdıra bilərsiniz. Tək etməniz lazım olan, həşəratlar və qarışqalar zərər verdiyi bitkinin torpağının ətrafına çəmbər şəklində darçın tökməkdir. Bundan sonra həşəratlar bitkinin yanına belə yaxınlaşmayacaqlar.

 

Göbələk xəstəliyini  əngəlləyir

 

Bitkilərdə də göbələk xəstəliyinə rast gəlinir. Göbələk xəstəliyi olan bölgələrə darçın tökmək lazımdır. Göbələk bitkiyə torpaqdan keçibsə, torpağa da darçın tökmək lazımdır.

 

Bitkiləri sağaldır

 

Bəzən ən sevdiyimiz çiçəklərin yarpaqlarında çürüklərin  yarandığını görürük. Çürükləri yox etmək üçün darçını həmin  bölgələrə tökün. Bitki qısa zamanda əvvəlki vəziyyətinə qayıdacaq.

 

Bitkinin kökünün böyüməsini sürətləndirir.

 

Əgər yeni bir dibçəyə başqa bir bitki əkəcəksinizsə, kimyəvi maddə istifadə etməyinizə ehtiyac yoxdur. Əkəcəyiniz kökü darçına basdırın və elə əkin. Belələliklə, həm cibinizə qənaət edəcəksiniz, həm də tez bir zamanda kökün inkişaf edib böyüdüyünü görəcəksiniz. Bitki inkişaf edərkən göbələk təhlükəsi də aradan qalxacaq.

 

Xəstəlikləri öldürür

 

Bitkilər xəstələndikləri təqdirdə solurlar. Tamamilə əzilmiş halda 2 aspirin, bir yemək qaşığı darçın və yarım litr suyu qarışdırın. 12 saat boyunca gözlədin. Qarışımı daha sonra sprey şişəsinə tökün və bitkinizin üzərinə sıxın. Qısa müddətdə bitki yaxşılacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi