Modern.az

Sabiq nazir qızından qeyri-adi reaksiya - Foto

Sabiq nazir qızından qeyri-adi reaksiya - Foto

9 Dekabr 2017, 23:44

Sabiq vergilər naziri Fazil Məmmədovun qızı Selcan Məmmədova atasının işdən çıxarılması haqda xəbərə sosial şəbəkələrdə son dərəcə qeyri-adi reaksiya verib.

 

Modern.az xəbər ki, S.Məmmədova atası ilə birgə şəkillərdən seçmələr paylaşıb və onlara bu qeydi əlavə edib: "Bu mahnı mənim atam üçündür, hansı ki, həmişə insan olaraq qalıb. Hansı ki, dürüstlük hər şeydən daha əhəmiyyətli idi. Böyük ürəkli insan üçün. Ata üçün, hansı ki, şərəf və ləyaqətlə 23 il hökumətə xidmət etdi".

 

Qeyd edək ki, Fazil Məmmədov vergilər naziri vəzifəsindən 5 dekabrda Azərbaycan prezidentinin sərəncamı ilə azad edilib. Onun yerinə sabiq təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?