Modern.az

Milli Onkologiya Mərkəzində əməliyyat olunan deputat danışdı: “...İnsan həyatıdır da...”.

Milli Onkologiya Mərkəzində əməliyyat olunan deputat danışdı: “...İnsan həyatıdır da...”.

Parlament

10 Dekabr 2017, 12:59

Bir neçə gün öncə qəfldən halı pisləşərək xəstəxanaya yerləşdirilən Milli Məclisin deputatı Yevda Abramov artıq əməliyyat olunub. Əməliyyatdan bu günə qədər səhhəti ilə bağlı heç bir açıqlama verməyən millət vəkili Modern.az saytına danışıb.

 

“Şükürlər olsun ki, səhhətim normaldır. Hər şey yaxşıdır. Mənimlə maraqlanan hər kəsə minnətdaram. İnsan həyatıdır. Hər kəs xəstələnə bilər. Əsas odur, hər şey qaydasında olsun”.

 

 Deputat səhiyyə sistemindən razılığını dilə gətirib. “Səhiyyə işçiləri çox sağ olsunlar ki, mənim qeydimə qalırlar, maraqlanırlar. Onların zəhməti danılmazdır. Ümumiyyətlə, Azərbaycan təbabətinə inanıram və səhiyyəmizə minnətdaram”. Qeyd edək ki, bir neçə gün bundan qabaq Yevda Abramovun səhhətində onkoloji xəstəlik aşkar olunub və Milli Onkologiya Mərkəzində əməliyyat olunub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır