Modern.az

CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış: “Var-dövlətinizi açıqlayın”

CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış: “Var-dövlətinizi açıqlayın”

Dünya

10 Dekabr 2017, 14:18

 

"Türkiyədə siyasətlə məşğul olan hər kəs, başda CHP millət vəkilləri, bələdiyyə sədrləri olmaqla AKP, MHP-nin və HDP-li bələdiyyə sədrləri, millət vəkilləri və Prezident daxil hər kəs var-dövlətini açıqlasın. Varmı o cəsarət? Kim haradaymış, hara gəlib? Nə satıb, nə alıb ortaya qoyulsun. Kimin hansı ölkədə nəyi var görək".

 

Modern.az xəbər verir ki, bu sözləri TÜrkiyəin Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir Millət Vəkili Atila Sertel deyib.

 

Dövrün HAS Partiya sədri, bu günün Mədəniyyət və Turizm Naziri Numan Kurtulmuşun İzmir Jurnalistlər Cəmiyyəti Sədrliyi dövründə Cəmiyyəti ziyarət etdiyini və özünə "Qarun qədər zəngin oldular. Çox çaldılar "dediyini açıqlayan Sertel," Numan bəy, siz İqtisadiyyat Naziri Nihat Zeybekçi ilə birlikdə Rza Zarraba İxracat Çempionu titulunu verdiyiniz üçün peşmansınızmı?

Bu gün özünüzü tənqid edirsinizmi? Nə düşündüyünüzü, nə hiss etdiyinizi çıxıb Türkiyə cəmiyyətinə danışmağınız lazım" deyib:

 

"AKP iqtidarı korrupsiyalarını CHP-yə şər ataraq ört-basdır etməyə çalışır. Tükü bitməmiş yetimin haqqını yeyərək haqsız və hüquqsuz varlananlar var. Biz qapı döyərkən başqaları qutu çalırdı. Qutular içində milyon dolarlar aparıblar, amma indi heç bir şey olmamış kimi CHP-yə şər atmağa çalışırlar. Onların dedikləri bizə heç vaxt yapışmaz".

CHP Ataşehir Bələdiyyə sədri İşə Battal İlgezdinin vəzifədən alınmasını tənqid edən və qınayan Sertel, bir bələdiyyə sədrini vəzifədən alacaq tək varlığın "xalq" olduğunu deyib Sertel,sözlərinə belə belə davam etdi:

"Ataşehir Bələdiyyə sədrimizdən sonra indi bir neçə bələdiyyəmizin də vəzifəsindən azad edilməsi müzakirə mövzusuymuş. Bunlar bu ölkəni xaosa, yalnız və yalnız insanları qütbləşdimə istiqamətində bir sistem qurmaq istəyirlər. Öz bələdiyyə sədrlərini hüquqsuz bir şəkildə vəzifədən azad etdilər. Milli iradəyə hörmət harada qaldı?"

Çıxışında ABŞ-da mühakiməsi davam edən Rza Zərraba da toxunan Atila Sertel, Zərraba təqdirnamə təqdim edən Numan Kurtulmuş və Nihad Zeybekçini sərt tənqid edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır