21 oktyabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"  
Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"  
10.12.2017, 14:58

Əvvəl xuliqanlıq, sonra oğurluq, indi isə adam bıçaqlamağa görə hakim qarşısına çıxarılan 28 yaşlı gənc cinayət əməlinin səbəbini danışıb.

 

Modern.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham edilən 1989-cu il təvəllüdlü Şəhriyar Abdulovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs ifadə verib. O, Zakir Məmmədovu bıçaqlamasının səbəbini danışıb. Şəhriyar Abdulov əvvəlcə bildirib ki, bıçaqladığı şəxslə daha əvvəldən məhəllə sakini kimi münasibəti olub. Hadisə Abşeron rayonunun Goradil qəsəbəsində baş verib.

Ş.Abdulov daha sonra hadisə günü yaşananları belə danışıb: "Axşam evdən çıxıb çayxanaya getdim. Çayxananın qarşısında 10-15 nəfər var idi. İçəri keçmək istəyəndə tanımadığım bir nəfər mənə dedi ki, “İçəri olmaz. Zakir içəridə söhbət edir”. Ona görə də içəri heç kimi buraxmırlar. Sonra da dedi ki, “Artıq adamların hamısı dağılışsın”. Mübahisə etməyə başladıq. Səs-küyə Zakir çıxdı. İçkili idi. Qışqırdı ki, nə olub? Dedim ki, Zakir, qıraqdan gələnlər bizə, öz kəndimizdə yer göstərirlər. Zakir də qayıtdı ki, "Onlar qıraq adam deyil, mənim qardaşlarımdır". Həmin adamları tanımırdım. Mənim üstümə gəldilər. Onları qorxutmaq üçün bıçağı çıxardım ki, görsünlər".

 

Şəhriyar Abdulov ifadəsinin davamında qeyd edib ki, Zakir Məmmədovu bıçaqla vurmaq niyyəti olmayıb: "Bıçaq sol əlimdə idi. Fikirləşdim ki, birdən mənə əl-qol atarlar. Zakiri vurmaq niyyətim yox idi. Sağ əlimi bir neçə il əvvəl laqonda kəsib. 3-cü qrup əliləm. Tam hərəkət etdirə bilmirəm. Bıçağı sağ əldə tutmuşdum. Əgər vurmaq niyyətim olsaydı, işləməyən əlimdə tutmazdım. Mübahisə yarananda bıçağı sol əlimdən sağ əlimə keçirmişdim. Mübahisə başlayanda, onlar üstümə gələndə necə oldusa bıçaq Zakirə dəydi".

 

Ş.Abdulov ifadəsində həmçinin onu da göstərib ki, bıçaqladığı Zakir Məmmədov həmin gün kənddə ağsaqqallara hörmətsizlik edib. Onun bu hərəkətlərinə etiraz edən kənd sakini Fazil Məmmədovu isə döydürmək istəyib.

"Zakir həmin gün kənddə Rafael adlı ağsaqqalı maşının qapı arasında qoyub, sıxıb. Aralarında nəsə söhbət olub. Kənd sakini Fazil Məmmədov da bunu görüb və etiraz edib. Zakir Farizi yanına çağırıb, ona deyib ki, "Mənimlə söhbət edəndə papağı çıxarmaq lazımdır". Bu söhbət zamanı Zakir içkili olub. Axşam da Fazili axtarmaq üçün kəndə adamlar göndərib", - deyə təqsirləndirilən Şəhriyar söyləyib.

 

Dövlət ittihamçısı Şəhriyar Abdulova sual verib və çayxanaya getməsinin səbəbini soruşub. Şəhriyar deyib ki, məqsədi tanışları ilə domino, nərd oynamaq, istirahət etmək olub.

Prokuror Şəhriyara növbəti sualında qeyd edib: "Siz çayxanaya getməzdən əvvəl orada kriminal aləmə yaxınlığı ilə tanınan şəxslərin söhbət etmələri barədə məlumatlı olubsunuzmu?"

Şəhriyar cavabında belə bir məsələdən xəbərsiz olduğunu, kafeyə sadəcə çay içməyə getdiyini söyləyib.

Ş.Abdulov üzərində bıçaq gəzdirməsinin səbəbini isə belə izah edib: "Kənd yeridir. 4 ayaqlı itlərdən çölə çıxmaq olmur. Bir əlim də işləmir. Qaçmaq, harasa qalxmaq imkanım yoxdur. Ona görə də bıçaq götürürəm".

Məhkəmədə o da məlum olub ki, bıçaqlanan Zakir Məmmədov istintaqa ilk ifadəsində yıxılaraq xəsarət aldığını bildirib.

Şəhriyar isə deyib ki, əgər özü könüllü olaraq polisə təslim olmasaydı, bıçaqladığı Zakir Məmmədov yenə də bu cür ifadə verəcəkdi: "Mən özüm təslim oldum. Polislər də bilirdi ki, mən vurmuşam. Özüm də gedib təslim oldum".

Cinayət əməlini törətdiyini etiraf edən Şəhriyar ona qarşı irəli sürülən ittihamla razılaşmır: "Heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə adam vurmamışam. Səbəb olmasaydı, Zakir o hərəkətləri etməsəydi, onu vurmazdım. Maddə düzgün verilməyib".

Hadisənin baş vermə səbəbi kimi təfərrüatlardan biri də belədir ki, bıçaqlanan Zakir Məmmədov kənd kafesində oturarkən ağsaqqallar gələn zaman ayağa durmayaraq onlara hörmətsizlik edib. Elə mübahisələr də bundan başlayıb. Amma Şəhriyar Abdulov bu səbəbi rədd edib.

Məhkəmədə Şəhriyar Abdulovun adını çəkdiyi Fazil Məmmədov da ifadə verib. F.Məmmədov deyib ki, Şəhriyar Abdulovun günahı yoxdur. Hadisəyə səbəb Zakir Məmmədovun hərəkətləridir: "Zakir ağsaqqallara, kənd sakinlərinə qarşı hörmətsizlik edirdi. Mən də işə gedəndə yolda mənə söz atdı. Mübahisə elədik, içkili idi deyə mən çıxıb getdim. Sonra zəng edib məsələni aydınlaşdırmaq istədim. Amma mənimlə kobud danışdı”.

Zərərçəkmiş Zakir Məmmədov məhkəmə proseslərində iştirak etməyib.  

Qeyd edək ki, Ş.Abdulov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2010-cu ildə xuliqanlığa görə həbs edilib və 3 il cəza çəkib. Daha sonra isə oğurluğa görə pul cəriməsi ödəməli olub.

Ş.Abdulov Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Şəhriyar Abdulova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bıçaqlanan şəxs əvvəllər adam oğurluğuna görə məhkumluq həyatı yaşayıb.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Messi ağır zədə aldı - FOTO
21.10.2018, 00:23

Messi ağır zədə aldı - FOTO

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü
21.10.2018, 00:16

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü

“Liverpul”dan növbəti qələbə
21.10.2018, 00:01

“Liverpul”dan növbəti qələbə

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video
20.10.2018, 23:43

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video

Hərbi helikopter qəzaya uğradı
20.10.2018, 23:24

Hərbi helikopter qəzaya uğradı

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir
20.10.2018, 23:09

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb
20.10.2018, 22:53

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi
20.10.2018, 22:29

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov
20.10.2018, 22:08

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı
20.10.2018, 21:54

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər
20.10.2018, 21:38

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
20.10.2018, 21:19

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi
20.10.2018, 21:07

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı
20.10.2018, 20:50

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı

Lenovo yeni modelini təqdim etdi
20.10.2018, 20:34

Lenovo yeni modelini təqdim etdi

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR
20.10.2018, 20:19

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma
20.10.2018, 20:01

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma

Seçki günü partlayış: 15 ölü, 115 yaralı
20.10.2018, 17:50

Seçki günü partlayış: 15 ölü, 115 yaralı

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü
20.10.2018, 17:37

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü

Bərdədə 600 kq at əti aşkar olunub
20.10.2018, 17:24

Bərdədə 600 kq at əti aşkar olunub

Merkuri planetinə kosmik missiya göndərilib
20.10.2018, 17:17

Merkuri planetinə kosmik missiya göndərilib

"Azərenerji"də yeni təyinatlar olub
20.10.2018, 17:03

"Azərenerji"də yeni təyinatlar olub

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018, 16:55

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR
20.10.2018, 16:38

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ
20.10.2018, 16:23

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ

Kayseridə Xocalı abidəsi açılıb
20.10.2018, 16:00

Kayseridə Xocalı abidəsi açılıb

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı
20.10.2018, 15:51

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib
20.10.2018, 15:38

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib

Bu şəxsə də prezident təqaüdü veriləcək
20.10.2018, 15:18

Bu şəxsə də prezident təqaüdü veriləcək

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018, 15:14

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”
20.10.2018, 15:07

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb
20.10.2018, 15:01

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib
20.10.2018, 14:48

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

İranda nazir istefa verdi
20.10.2018, 14:36

İranda nazir istefa verdi

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb
20.10.2018, 14:20

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ
20.10.2018, 14:18

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi
20.10.2018, 14:12

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
20.10.2018, 13:49

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”
20.10.2018, 13:40

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”

Kişilərin sipəri  
20.10.2018, 13:32

Kişilərin sipəri  

Sabah Bakıda 25 dərəcə isti olacaq
20.10.2018, 13:23

Sabah Bakıda 25 dərəcə isti olacaq

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI
20.10.2018, 13:16

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”
20.10.2018, 12:52

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”

Azərbaycanda 9 min adda siqaret müsadirə olundu
20.10.2018, 12:47

Azərbaycanda 9 min adda siqaret müsadirə olundu

Sabah hava necə keçəcək? - PROQNOZ
20.10.2018, 12:39

Sabah hava necə keçəcək? - PROQNOZ

Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? - Yol Polisindən AÇIQLAMA  
20.10.2018, 12:23

Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? - Yol Polisindən AÇIQLAMA  

Ağstafada 18 yaşlı gəlin itkin düşdü
20.10.2018, 12:07

Ağstafada 18 yaşlı gəlin itkin düşdü

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub
20.10.2018, 11:50

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”
20.10.2018, 11:36

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır
20.10.2018, 11:33

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır

ARXİV