19 yanvar 2018, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş -  Azərbaycanda yeni yemək NÖVLƏRİ
Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş -  Azərbaycanda yeni yemək NÖVLƏRİ
10.12.2017, 16:01

Azərbaycan dünyanın ən zəngin, ən dadlı mətbəxinə malikdir. Milli mətbəximiz təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Min illərlə tarixi olan mətbəximizdə yeni xörək növləri yaranmaqdadır.

Bu barədə Modern.az-a danışan Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov bildirib ki, yeni yaranan yemək növləri çoxdur:

 

“Ləvəngi qutabı baş kulinarın adına patentləşdirilib”

“Yeni yemək növləri çox yaranır. Amma o dəqiqə hamısını yaymırıq Yaratdıqca, öz adıma patentləşdirirəm. Artıq ləvəngi qutabı Tahir Əmiraslanovun adına patentləşdirilib. 72 otdan ibarət Mirzəyi ədviyyatı Şah Qacarın ailəsinin sirri idi. Otların adı məlum olsa da, ölçüləri bəlli deyildi. Onları çox çətinliklə müəyyən etdik. Bir-iki il əvvəl ikiqat dolma hazırlandı, Sumqayıtda üzüm yarpağının üstündən kələm də bükdülər. Bu kimi yeniliklər baş verir. Belə xörəklər həddindən çoxdur, amma o yeməklər yaşayır, mətbəximizə daxil olur ki, çoxluq tərəfindən qəbul olunur və milli mətbəxin stilinə, ruhuna uyğundur. Ləvənig də bizə məxsusdur, qutab da. Ləvənginin tərkibi soğan, qoz və lavaşana, duz və istiotdan ibarətdir. Biz bunları çörəklə yeyirdik. Qutabın da üstü çörəkdir. Düşündüm ki, bu ləvəngi ki, çörəklə yeyilir, onu yuxanın arasına da qoymaq olar. Adi göyərti, ət qutabını hazırladığımız kimi hazırladıq və çox gözəl alındı. Bundan başqa, yeni bir yemək növü də hazırlamışam. Amma o hələ patentləşdirilmədiyindən adını açıqlamaq istəmirik”.

 

“Xörəklərin hazırlanma texnologiyası dəyişir”

 

Baş kulinarın sözlərinə görə, yeni xörək növləri həm də beynəlxalq yarışlarda yaranır:

“Xörəklərin modern formaları yaranır, onların bişirilmə, süfrəyə təqdim edilməsi dəyişir. Leninqradda keçirilən tədbirdə mən xaşın hazırlanmasının yeni texnologiyasını təqdim elədim. Biz həmişə xaşı 8 saata bişirirdik. Amma indi əvvəl saat yarıma, sonra bir saata, daha sonra isə 45 dəqiqəyə hazırlaya bildik. İndi isə xaşı 12 dəqiqəyə hazır edə bilirik. Bunlar inkişafda olan sahədir. Amma yalandan özümüzdən nələrsə ortaya ataq ki, yeni yemək növü yaratmışıq, bu, doğru olmaz”.

 

12 dəqiqəyə hazır olan xaş...

 

T.Əmiraslanov xaşın 12 dəqiqəyə hazırlanmasının bəzi detallarını da açıqlayıb:

 

“Müasir texnologiya imkan verir ki, biz bu xörəyi tez bir zamanda hazır edək. Amma bir çox şeylər sirdir. Texnologiyadır, su təzyiq altında daha tez qaynayır. Bunu fizikadan bilirlər, amma xörəyə tətbiq edən yox idi. Xaşı ev şəraitində 12 dəqiqəyə hazırlamaq təbii ki, mümkün deyil. Çünki bunun üçün xüsusi aparatlar lazımdır.Yüksək təzyiq altında hazırlanmasına baxmayaraq, yeməyin keyfiyyətinə, dadına hər hansı xələl gəlmir. Əksinə, xaş 8 saat qaynayanda tərkibində yaxşı heç nə qalmırdı. 45, 12 dəqiqə qaynayırsa, daha çox vitamin qalır yeməkdə. Biz bunların hamısını nəzərə alırıq. Mən ixtisasca aşpaz deyilən, mühəndis-texnoloqam. Aşpazlıq dərəcəsini sonradan almışam. Mən birinci növbədə qida mühəndisiyəm, qidanın içinə girirəm. Ona görə də xörəklərin hazırlanmasına xüsusi yanaşıram. Biz yeməyin vitaminlərini, inqridiyentlərini saxlamaq şərtilə bişiririk”.

 

“Tahir Əmiraslanov nənələrinin bişirdiklərini ortaya çıxartsın”

 

Baş aşpazın sözlərinə görə, Azərbaycanda 4 mindən çox xörək növü var:

“Bunların hamısına nə vaxt yiyə çıxdıq ki, indi yeni nəsə icad edək. Bizim əsas işimiz xalqın icad etdiklərini qoruyub saxlamaqdır, nəninki bizim ambisiyalarımız ki, desinlər “Tahir Əmiraslanov yeni xörək növü yaradıb”. Bundan sonra Tahir Əmiraslanov nənələrinin bişirdiklərini ortaya çıxartsın ki, onlar itməsin. Qədim kitablarımızda olan xörəklərimizin bir çoxunu “Xanədan” restoranında bərpa etmişik. Niyə dolma kabab sıradan çıxmalı idi? Biz onu yenidən süfrələrimizə qaytardıq. Məncə, bu daha vacibdir, nəninki Tahir Əmiraslanovun yaratdıqları. Tahir Əmiraslanov minlərdən biridir, amma millətin böyük bir tarixi ənənələri, bacarıqları var. Necə ki, əlində olan qızılı, brilyantı qoruma, get küçədən mis axtar satmağa... Elə şey olarmı?”

 

Məsələn, çinlilər yarım ovuc düyü ilə doyurlar, biz bir sini düyü ilə doymuruq. Onlar çubuqla bir-iki düyünü götürüb tam çeynəyirlər. Qida gedib mədəyə çatana qədər parçalanır, ağız suyu ilə tam islanmış olur. Biz loxmanı az qala bütöv uduruq, quru-quru. Ona görə də mədə onun yalnız üst hissəsini həzm edir. Yeməyin üstündən su içən kimi də qida bağırsağa ötürülür və zülallar orada çürüyür. Bu, orqanizmə diskomfort yaradan durumdur, belə durumda insanın beyni də yaxşı işləmir. İbn Sina yazırdı ki, suyu çeynəyin, qidanı isə için, yəni o, suya dönənə qədər. 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı
19.01.2018, 18:53

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı

Yerevanda bahalaşmaya qarşı etiraz aksiyası keçirilir
19.01.2018, 18:35

Yerevanda bahalaşmaya qarşı etiraz aksiyası keçirilir

Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb
19.01.2018, 18:23

Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb

Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrıldı
19.01.2018, 18:12

Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrıldı

Prezidentdən Formula 1-lə bağlı SƏRƏNCAM: viza prosedurları sadələşdirilir
19.01.2018, 17:59

Prezidentdən Formula 1-lə bağlı SƏRƏNCAM: viza prosedurları sadələşdirilir

Şəhid olan əsgər Neftçalada dəfn ediləcək
19.01.2018, 17:43

Şəhid olan əsgər Neftçalada dəfn ediləcək

Azərbaycan Rusiyadan hərbi texnika aldı - VİDEO
19.01.2018, 17:41

Azərbaycan Rusiyadan hərbi texnika aldı - VİDEO

“20 yanvar imperiyanın qırılma nöqtəsinə çevrildi”   
19.01.2018, 17:29

“20 yanvar imperiyanın qırılma nöqtəsinə çevrildi”  

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
19.01.2018, 17:19

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Deputatlar AŞPA-ya gedir
19.01.2018, 17:11

Deputatlar AŞPA-ya gedir

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək
19.01.2018, 17:01

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

İzmirdə Xocalı soyqırımı parkı açılacaq   
19.01.2018, 16:48

İzmirdə Xocalı soyqırımı parkı açılacaq   

20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb - FOTOLAR
19.01.2018, 16:48

20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb - FOTOLAR

Azərbaycanda vərəmlə bağlı muzey yaradılacaq 
19.01.2018, 16:44

Azərbaycanda vərəmlə bağlı muzey yaradılacaq 

Bakıda güzəştli mənzillər 2019-cu ildə TƏHVİL VERİLƏCƏK
19.01.2018, 16:44

Bakıda güzəştli mənzillər 2019-cu ildə TƏHVİL VERİLƏCƏK

Azərbaycan əsgəri ŞƏHİD OLUB
19.01.2018, 16:32

Azərbaycan əsgəri ŞƏHİD OLUB

Suriya kürdləri Türkiyəyə ilə müharibəyə hazırlaşır
19.01.2018, 16:12

Suriya kürdləri Türkiyəyə ilə müharibəyə hazırlaşır

Parlamentin yaz sessiyasının ilk komitə iclası bu tarixdə olacaq
19.01.2018, 16:07

Parlamentin yaz sessiyasının ilk komitə iclası bu tarixdə olacaq

AXCP mətbuatla işləməyə lüzum görmür   
19.01.2018, 16:06

AXCP mətbuatla işləməyə lüzum görmür  

Dünya Azərbaycanlıları Moskvada toplaşacaq
19.01.2018, 16:00

Dünya Azərbaycanlıları Moskvada toplaşacaq

Deputat Cavanşir Paşazadə: “Onlar pislik etmək üçün yer axtarırlar” - MÜSAHİBƏ  
19.01.2018, 15:54

Deputat Cavanşir Paşazadə: “Onlar pislik etmək üçün yer axtarırlar” - MÜSAHİBƏ  

Sabah bu kinoteatrda nümayişdə olan filmlər  dayandırılacaq
19.01.2018, 15:52

Sabah bu kinoteatrda nümayişdə olan filmlər  dayandırılacaq

Tacikistanda maliyyə naziri işdən azad edildi
19.01.2018, 15:42

Tacikistanda maliyyə naziri işdən azad edildi

O, Ermənistanın prezidenti olarsa... - YAP-dan REAKSİYA
19.01.2018, 15:20

O, Ermənistanın prezidenti olarsa... - YAP-dan REAKSİYA

Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - icazə verildi
19.01.2018, 15:12

Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - icazə verildi

Rusların 78%-i Putinə etibar edir
19.01.2018, 14:56

Rusların 78%-i Putinə etibar edir

Quba məzarlığı ilə bağlı işlər tamamlanacaq – AÇIQLAMA
19.01.2018, 14:55

Quba məzarlığı ilə bağlı işlər tamamlanacaq – AÇIQLAMA

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR
19.01.2018, 14:53

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE
19.01.2018, 14:21

Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı
19.01.2018, 14:19

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Dönüş  nöqtəsi
19.01.2018, 14:18

Dönüş  nöqtəsi

YAP gəlirlərini və xərclərini açıqladı
19.01.2018, 14:13

YAP gəlirlərini və xərclərini açıqladı

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib
19.01.2018, 14:12

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

Azərbaycanda hansı şirkətlər sosial layihələrə dəstək verir, XEYRİYYƏÇİLİK EDİR?   
19.01.2018, 13:58

Azərbaycanda hansı şirkətlər sosial layihələrə dəstək verir, XEYRİYYƏÇİLİK EDİR?  

Tibb dünyasında xərçənglə bağlı YENİLİK
19.01.2018, 13:48

Tibb dünyasında xərçənglə bağlı YENİLİK

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(40.9%)
SOCAR(18.1%)
Azersun Holding(13.6%)
Azercell(4.54%)
Bakcell(18.1%)
Nar mobile(0%)
Gilan Holdinq(0%)
Nurgun Group(0%)
Paşa Holding(4.54%)
Akkord(0%)