Modern.az

ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

Dünya

10 Dekabr 2017, 16:44

Livanın təhlükəsizlik qüvvələri Beyrutdan şimalda yerləşən Aukar şəhərindəki Amerika səfirliyi qarşısına toplaşmış etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağı tətbiq edib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" məlumat yayıb.

 

Telekanalın məlumatına görə, bir neçə min insan diplomatik nümayəndəlik qarşısında nümayiş keçirməyə cəhd göstərib. Onlar ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına qarşı çıxış ediblər.

 

Nümayişçilər İsrail bayrağını yandırıblar. Hazırda onlar ABŞ və İsrailə qarşı qərarın ləğv olunması tələbi ilə şüarlar səsləndirirlər.

 

Bildirilir ki, polis əməkdaşları və hərbçilər səfirliyə aparan bütün yolları bağlayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir