Modern.az

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic etdi

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic etdi

10 Dekabr 2017, 22:14

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic edib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yüzlərlə reys təxirə salınıb.

 

Məlumata görə, Frankfurt-Mayn hava limanında gün ərzində reyslərin gecikməsi və təxirə salınması qeydə alınıb. Sərnişinlərə hava limanına gəlməmişdən əvvəl uçuşlar barədə ətraflı məlumat almaqları tövsiyə olunub.

 

Günün ilk yarısında 267 aviareys təxirə salınıb, 100-ə yaxın reysdə isə gecikmələr olub.

 

"DPA" agentliyinin məlumatına əsasən, Köln/Bonna hava limanında 10 reys təxirə salınıb. Düsseldorfun hava limanında isə uçuşlar dayandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir