11 dekabr 2018, Çərşənbə
Ana Səhifə - REPORTAJ - Düşmənə qan udduran baş leytenant - Aprel şəhidi Cavid Dədəkişiyevin həyat HEKAYƏTİ - FOTOLAR  
Düşmənə qan udduran baş leytenant - Aprel şəhidi Cavid Dədəkişiyevin həyat HEKAYƏTİ - FOTOLAR   +
11.12.2017, 08:50

Vətəni qibləgah edən şəhidlər


... Uzun incə bir yoldayam... 
Gediyorum gündüz-gecə...

Nə qədər gedirəmsə, ünvanlar bitmir...  Yol o zaman asan olur ki, getdiyin evdə, yol tutduğun ünvanda səni barəsində yazacaq insan özü qarşılasın. Aprel şəhidlərimizin həyatını yazmağa başladığım gündən, qapıları ehtiyatla döyür, müsahiblərimi ehtiyatla danışdırıram. Fikirləşirəm ki, hər hansı bir sözüm, söhbətim ilə qırıq könüllərini incidə bilərəm... Qəhrəmanlarımı tanımadığımdan, onların barsində yazanda obrazlarını gözümün önündə canlandırmağa çalışıram. Görmədiyin insanı gözündə yaratmaq çox çətindir...


Modern.az saytı Aprel şəhidləri ilə bağlı yazılar silsiləsindən növbətisini təqdim edir...


İmişlinin Qaralar kəndinə gedəndə də belə oldu. Qarşıma gözəl görkəmli, qəddi-qamətli, üzündə gülüş bir gənc oğlan çıxdı. Dedi ki, adı Səməddir. Dədəkişiyevlər ailəsinin sonbeşiyidir. Atası Gülbaba Dədəkişiyev və anası Zülfiyyə xanımla da tanış oldum. Bir qədər söhbət edəndən sonra, məlum oldu ki, məni gülə-gülə qarşılayan Səməd elə rəhmətlik Cavid Dədəkişiyevin özünə çox bənzəyən kiçik qardaşıdır.


Cavid Dədəkişiyevin  eynisi, bənzəri olan 22 yaşlı Səməd Eldarlı (o ata babasının adını soyad kimi götürüb) qardaşı haqqında nə danışsa, onun sağlığındakı kimi, gülə-gülə söhbət edirdi:


- Qardaşım da həmişə gülürdü. Nə bilim vallah, bizim evdə əvvəllər hamı belə  gülürdü, sevinirdi. Elə xoşbəxt idik ki...  Qardaşım 1995-ci ildə şəhid Namıq Abışov adına Qaralar kənd orta məktəbinə gedən ildə, mən dünyaya gəlmişəm. Tanrının yazısı və qismətidir ki, bir almanın iki üzü kimi bir-birimizə bənzəyirdik. 2006-ci ildə o sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə vermişdi. Qəbul olunub-olunmadığı barədə xəbəri öyrənmək üçün Bakıya getmişdi. Mənim üçün isə Bakı nağıl, əlçatmaz bir yer idi. Fikirləşirdim ki, görəsən qardaşım Bakıya tək necə gedib-gələ bilir...  
Bir yay günü idi. Mən də dəmiryolunun ətrafındakı ərazidə qoyunlarımızı otarırdım. 11 yaşım var idi onda. Həmin gün də çıxmışdım ağacın başına... Gəlib-gedənə baxırdım. İstəyirdim ki, qardaşım gələndə tez görüm. Biliridm ki, qardaşım həmin gün Bakıdan qayıtmalıdır. Bir də gördüm ki, Cavid gəlir... Sevincək onu çağırdım: 
- Ayəəəə... noooldu?.. Dedi ki, ağacdan düşüm, deyəcək. Səbrim çatmadı. Dedim “qaqa, sən Allah tez de”. Cavid söylədi ki, qəbul olunub. Həyəcanımdan gündə 5 dəfə çıxıb-düşdüyüm ağacın başında qaldım. Neylədimsə, düşə bilmədim...


- Qardaşım haqqında o qədər gözəl xatirələrim var ki,- deyə Səməd Cavidli günlərini elə üzündəki işıqlı təbəssümlə danışmaqda davam edir:


- Bir dəfə qış aylarıymış. Cavid də 10-cü sinifdə oxuyurmuş. Sinfə girib görür ki, kimsə yoxdur. Heç kim dərsə gəlməyib. Gedir müəllimlər otağına. Müəllimlər də yığılıb isti sobanın ətrafına. Cavid üzünü dərs keçəcək müəllimə tutub deyir ki, niyə sinfə gəlmir?. Müəllim cavab verir ki, “ay oğul, səndən başqa kimsə yoxdur, çıx get evə, sabah hamınız gələrsiniz, dərsi keçərəm”. Cavid, müəllimlər otağında səs-küy salaraq deyir ki, “xeyr, mən heç yerə getməyəcəyəm. Dərsə gəlmişəm, siz də mənə dərs keçməlisiniz. Məgər mən şagird deyiləm?”. Həmin gün Cavid 6 saatlıq dərs müddətində bütün sinif müəllimlərini təkcə ona dərs keçməyə vadar edir... Mənim qardaşım belə oğlan idi. Ümumiyyətlə, onu xatırlayanda, içimdə qəribə bir hisslər olur. Bəlkə də yoxluğuna inanmaq istəmirəm, qəbul etmirəm bu yoxluğu...

Qardaşımla birlikdə karate məktəbinə gedirdik. Bir dəfə də  oyunun yazılmayan şərtlərinə görə, onunla tatamiyə çıxan bir gənc oğlana uduzmalı imiş. O isə bilə-bilə məğlub olmağı özünə sığışdırmadığından, həmin günü yarışı yarıda dayandırıb, karateni birdəfəlik tərk etdi, dedi ki, o ancaq düzgün oyunları oynayır.



2011-ci ildə qardaşım Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirdi. Hamımız sevinirdik. Bəzi vaxt evə gələndə, biz əsasən döşəmədə uzanıb televizora baxar,  kompüter oyunları oynayardıq. Biz üç qardaşıq - Cavid, Vasif və mən. Bizim üçün  bu döşmədə uzanmaq ən gözəl istirahət idi. Hərdən diqqətimiz oyuna və kinoya asılan vaxtda, anam deyərdi ki, ay Cavid bəs səni nə vaxt evləndirək? Bir də görürdüm Cavid  nəyisə bəhanə edib ya mənim üstümə qışıqırır ya da vurur. Mən də qaş-qabağımı sallayıb, o biri evə keçəndə, gəlib könlümü alıb deyirdi ki, “kötük” (mənə kötük deyirdi), özüm sənə qışqırdım ki, onların fikrini yayındırım. Müharibə qurtarmamış hara evlənirəm...


Səməd qardaşı ilə bağlı elə hey danışmaq istəyir:


- 2013-cü ildə məni əsgər çağırdılar. Getdim, Hərbi kommisarlıqdan xahiş etdim ki, məni qardaşımdan uzaq bir hərbi hissəyə yazsınlar. Yoxsa ki, hamı elə bilərdi ki, qardaşıma görə mənə hörmət edirlər. Mən əsgəri xidmətimi kişi kimi çəkmək fikrindəydim.  Əsgərliyimi çəkib gəldim, sonra Ukrayna Daxili İşlər Nazirliyinin  Ali Polis Akademiyasına daxil oldum. İndi 1-ci kurs tələbəsiyəm.  Cavidlə görüşə bilməsək də, bir-birimizlə mütəmadi telefon əlaqəmiz var idi. 2016-cı il martın 30-da zəng vurdum. Səsi gümrah gəlirdi. Kefi yaxşı idi. Dedi ki, hər şey əladır. Ümumiyyətlə o öz peşəsini çox sevirdi. O gecə də mənə və ailəmizə heç nə demədi... 


Aprelin 1-də isə günortadan sonra Cavidin telefonuna zəng çatmadı.


Baş leytenant Cavid Dədəkişiyevin atası Gülbaba kişi deyir ki, Cavid onun gedib-gələn nəfəsi idi. Oğlunun çatdığı yüksək mərtəbə ilə öyünürdü. Çünki gəncliyində özü də hərbçi olmaq istəmişdi. Ağır ailə vəziyyətinə görə bu peşəyə yiyələnə bilməmişdi. Özünün arzuladığı yolu ilk övladı davam etdirirdi:


- Cavid hərbi xidmət pilləsində hər gün ucalırdı. Elə bilirdim ki, Ordumuzun generalı olacaq nə vaxtsa. Çünki mənim tərbiyə etdiyim övlad çox vətənpərvər, qeyrətli bir vətəndaş idi. Leytenant rütbəsi alandan sonra onu Naftalandakı N saylı hərbi hissəyə göndərdilər. Tağım komandiri idi. Ev gələndə bir dəfə dedi ki, hərbi hissənin uşaqları vaxtlı-vaxtında çimib-təmizlənə bilmirlər. Əsgərləri bit-birə basıb. Gigiyena qaydalarına əməl olunmur. Ona Əfqanıstanda iki il əsgərlikdə olduğum şəraitdən danışıb, əsgərlər üçün necə şərait yarada biləcəyi barədə məsləhətlər verdim. Bir aydan sonra  evə gələndə dedi ki, “ata, artıq əsgərlər və zabitlər arasında -hərbi hissədə gigiyena qaydalarına qızıl qayda kimi əməl olunur”. Hətta hərbi hissənin su və hamam problemini də həll etmişdi. İndi əsgərlər özləri də çalışırlar ki, təmizliyə riayət etsinlər. Əsəglərin dincəlib istirahət etməsi üçün, onlıara öz cibinin pulu ilə dincəlmə otaqları hazırladıb, hər cür şərait yaratmışdı. Tabeçiliyində olan əsgərlərə ad günü keçirər, kasıbların qayğısına qalardı.


Onun əsgərlərə və hərbi hissədəki zabit heyətinə bəslədiyi münasibət artıq dillərdə dastan idi.
Daha sonra Tərtərdəki N saylı hərbi hissədə baş leytenant kimi işini davam etdirdi. O harada olurdusa, kollektivdə  mehribançılıq, amiranəlik və dostluq hökm sürürdü. Və bütün bu münasibətlərin yaranmasına zor, qol gücünə deyil, sadcə özünün qarşısındakı insana olan münasibəti ilə nail olurdu. Oğlum çox müdrik insan idi. Deyirdi ki, qarşındakı insana necə münasibət göstərsən, eyni münasibəti də görəcəksən. Mən oğul böyüdürdüm ki, xeyrini görüm... Sən demə taleyin belə ağır yazısı da var imiş qismətimizdə...

Həmin aprel gecəsi baş qərargahdan tapşırıq alan baş leytenant, oğlum Cavid Dədəkişiyev öz qrupu ilə sağ və sol cinahdan düşmənin üzərinə - Talış kəndi istiqamətində irəliləyərək, döyüşün ilk saatlarında mövqeləri ələ keçirməyə nail olublar. Və düşmən ciddi tələfatlar verib. Həmin döyüşlərdə iştirak edən zabit dostları və yoldaşları baş leytenant Əmrah Quliyev və Amil Hüseynov oğlumun  qəhrəmanlığının şahidi olublar. Onlar deyirdilər ki, həmin gecə Cavid bir şirə-pələngə dönmüşdü. Nərildəyərək döyüşə atılırdı. Hamıdan öndə gedirdi. Son ana qədər mərdliklə vuruşaraq, düşmənə arxa çevirməyib, zabit Qabil Orucəliyevlə birlikdə qəhrəmancasına həlak olublar. Düşmən onları snayper və ya avtomatla deyil, ağır artilleriya atəşləri ilə susdura bilib. Bilmirəm sonra nə olub, nə baş veribsə, onunla döyüşə girən heyət onların yaralısını və ya ölüsünü döyüş meydanından çıxara bilməyib... 
Oğlumun  həlak olması xəbərini internetdə yayılan xəbərlərdən eşitsək də, ürəyimndə onun sağ qalması üçün gizli bir inam var idi. Deyirdim o mənım yetişdirdiyim Cavid idisə, ölməməliydi...
Aprelin 2-dən 9-na qədər hər gün Talış istiqamətinə gedib, sonra kor-peşman evə qayıtdım. Evdkilərə demişdim ki, Cavidi tapmasam, qayıdan deyiləm... Evimizə gəlib-gedənlərə heç bir cavab verə bilmirdim. Hamı məndən xəbər gözləyirdi. Aprelin 9-u günü yenə səhər o başdan getdim Tapqaraqoyunlu tərəfə.  Balamı sıravi kənd camaatından soruşdum, içərilərində tanıyanı da oldu, barəsində hamı xoş sözlər dedi. Həmin günlər hamının gözü yaşlı idi. Qəddi-qamətim bükülmüş halda, oğlumu axtardığımı görən insanlar hamısı Tanrıya dualar edirdilər ki, Cavid və digər əsgərlərimiz, zabitlərimiz evlərinə yarımcanlı olsalar da, geri dönsünlər.  Talış kəndi istiqamətində keşik çəkən zabitlər və gözətçilər məni o yüksəkliyə buraxmadılar. Elə bilirdim ki, oğlum hardasa məni eşidir, sağdır, çağırsam səsimə səs verəcək...  
Əllərimi başımın arasına alıb, fikirli-fikirli oturmuşdum, bir polkovnik mənə yaxınlaşıb, dedi: “Nə qədər ağır olsa da, sizə bildirməliyəm ki, oğlunuzdan 9 gündür ki, özümüz də xəbər tuta bilmirik. Onunla döyüşə girən əsgər və zabitlər də hələ ki heç nə deyə bilmirlər. Bircə o bəllidir ki, Cavidgil çox irəliyə gedibmiş... Hələ ki sağ olub-olmamasından da xəbərimiz yoxdur...”.

Eşitdiyi bu ağır xəbərə görə, yenə də ümidini üzmür Gülbaba kişi. Fikirləşir ki, onun siması gülüşlə dolu olan oğlu, heç zaman ata-anasını, elini-obasını tək qoya bilməz. Axı Cavid həm də nənəsinin, babasının, əmilərinin, bibi və xalalarının qəhrəmanı və güvənc yeri idi. O qohumların hamısı Cavidin toyunu görmək istəyirdilər. Qohumların hamısına son dəfə demişdi ki, 30 yaşını tamam edəndə evlənəcək... 

- Aprelin 10-u Cavidin və onunla eyni döyüş mövqeyində həlak olan Qabil Orucəliyevin nəşini qaytardılar. Əslində etiraz etmək, qışqırmaq Tanrıya  hayqırmaq istəyirdim. Bir atanın sevdiyi oğlu haqqında belə ağır xəbəri eşitmək, ona toy çaldırmaq istədiyin həyətində tabutda qarşılamaq bilirsiniz nə qədər ağırdır... Ancaq oğlumla son dəfə görüşməyə, onu yola salmağa gələn insanlar mənə təpər verdi, yıxılmadım, onlara görə ayaqda dayana bildim.
Oğlumu çox böyük ehtiramla dəfn etdilər. Elin-obanın, yaxın rayonların da insanları Cavidlə son görüşə gəlmişdilər. Cavidi çiyinlərdə apardılar. Cavidimi yüksəklərə ucaltdılar... Ancaq sən demə hansısa zaman kəsiyinə qədər imiş...



Vətən torpağının azadlığı uğrunda şirin və gözəl canından keçən Cavid Dədəkişiyevin anası Zülfiyyə xanımı neylədimsə, danışdıra bilmədim. Evlərində olduğum 4 saat ərzində sinəsinə dağ çəkilmiş ana oğlu haqqında keçmişdə olduğu kimi danışmaq istəmirdi:


- Mənim sözüm yoxdur... Nə deyim? Deyim ki, hər dəfə evə gələrkən həyətimi, evimi-eşiyimi gülüşlə dolduran, məhləmizin, elimizin-obamızın bəzəyi olan oğlum yoxdur daha? Necə deyim? Axı inanmaq istəmirəm... 
Nə yazacaqsan?! Mənim dərdimi yazmağa gəlmisən?! Mənim dərdimi özümdən başqa kimsə yaza bilməz. Mənim xınam o gördüyün xınalardan deyil... 
Mənim oğlumun toy xınası yaxılmayacaq... Mənim oğlumun o gülüşləri yoxdur daha bu həyətdə... Kimdir günahkar? Kimdən alım onu? Neyləyim? Hara gedim... Oğlumu istəyirəm... Cavidim ağıllı idi, ərköyün idi. Nənə-baba ərköyünü idi. Savadlı idi, mehriban idi, ürəyiyumşaq idi. Gəncləşdikçə müdrikləşirdi.  Çox zarafatcıl idi. Vətənpərvər idi. Qohumlarla mehriban idi.  Deyirdi ki, “mən dövlətin evlisiyəm. Mənim ailəm Vətəndir, mənim övladlarım əsgərlərimdir”. Kaş balam çox yaşayaydı. Ömrü belə qısa olmayaydı. Darvazadan içəri girməsi ilə evim bahar ətrinə bürünürdü... Gözüm darvazada qalıb... Hər övladın öz yeri var. Vasif də Cavidi dəfn edəndən sonra buralarda qala bilmədi, çıxıb getdi...

Zülfiyyə xanım canının acısını belə izhar etdi. Sonra daha danışmadı. Dinmədi. Əslində oğul itirmiş ananın bu fəryadını dinləmək də cəsarət istəyirdi. Və Zülfiyyə xanım danışdıqca, elə mən də onun kimi yanıb-qovrulurdum,  anaya təsəlli edəcək bir söz tapa bilmirdim ki... Çünki ən əvvəl Cavidin yaraşıqlı şəkilləri önündə mat qalmışdım. Bizdə bəzən deyirlər ki, o cür yaraşıqlı, o boyda-buxunda oğulu torpaq necə götürdü? Torpağın isə üzü soyuqdur. Aprel döyüşlərində həlak olan, yaralanan bütün şəhid və qazilərimizə Tanrıdan bir zahiri və daxili gözəllik payı verilibmiş. Kimin şəklinə baxıramsa, könlüm qubar bağlayır.


Zülfiyyə xanım ah çəkərək, süfrədəki soyumuş çayı təzələmək üçün digər otağa keçdi. Biz isə Cavidin şəkilləriniə baxırıq. O şəkillərin içərisində baş leytenant, Ordumuzun qəhrəman oğlu Cavidin Talış kəndini azad etdikdən sonra çəkdirdiyi şəkillər var. O şəkillərdə 25 il bundan əvvəl ermənilərin dağıdıb-xarabaya çevirdikləru uçulmuş yurd yerləri görünür. Həmin aprel gecəsində Cavid əmin idi ki, torpaqlarımız azad edilib, qələbə bizimlədir. Erməniləri it kimi torpaqlarımızdan qovub çıxaracaqlar... Bir də Cavid Dədəkişiyevin üçrəngli bayrağımıza bükülmüş  tabutdakı şəkli... Anasının otaqda olmamasından istifadə edən Səməd həmin ağır günləri belə xatırladı:



- Azərbaycanda iş tapmadığımdan mən də Pyatiqorskda işləyirdim.  Qardaşımın itkin düşməsi, onun haqqında bir dəqiq  xəbər olmadığı haqqında məlumatları  internetdən - dostlarımın səhifəsindən oxudum. Pyatiqorsk şəhərindən İmişliyə -  Qaralar kəndin 24 saata gəlib çıxdım... Sən demə kədərə gələn yollar çox uzun olurmuş... Yol boyu fikirləşirdim ki, kaş qardaşıma heç nə olmaya, kaş yolda ağır qəza baş verə, əgər qardaşıma bir xəta toxunubsa, mən onu görməyəm... Həyətimizə gəlib çatdım. Baxdım ki, həyət dolur-boşalır. Anamı arxayın salmaq üçün içəriyə sakit daxil oldum. Qohum-əqrabaya da tapşırdım ki, anamın yanında başqa söz danışmasınlar. Hətta həmin günlər anamla zarafat edib, gülürdüm də... Belə edirdim ki, qardaşımın yoxluğu barədə fikri ürəyinə gətirməsin... Qapıda keşik çəkirdim, evə gələn adamlara deyirdim ki, içəriyə gözü yaşlı girməsinlər... Anamı da itirəcəyimdən qorxurdum... Qardaşım Vasifə də deyirdim ki, get anaya təsəlli ver, elə et ki, şübhələnməsin...  
Qardaşımın tabutu gələndən sonra, anamın üzünə baxmağa utanırdım... Elə bilirdim ki, nədəsə günahkaram...

Şəhid atası Gülbaba kişi:

- Oğlumu dəfn edəndən bu günə qədər, onun keçdiyi döyüş yolu, qəhrəmanlıqları haqqında kəlmələri şahidlərin dilindən toplayıram. Bilirəm ki, onun qrupu mühasirə vəziyyətində olan sayca qat-qat üstün olan düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmanlıqla vuruşub. Döyüş yoldaşlarının əksəriyyəti onu Azərbaycan xalqının qəhrəmanı sayır. Azərbaycanın qəhrəmanlıq tarixinə yazılan Aprel döyüşlərinin Vətənimizə, şanımıza şərəf gətirdiyini Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında qeyd edir. Azərbaycan prezidentini belə yüksək və uca səslə danışmağa sövq etdirən, bizim oğullarımızın qəhrəmanlığıdır. Onun dəyər verdiyi qəhrəmanlarımıza niyə belə laqeyd münasibt var? Onların adlarına küçə, məktəb verilmir.  “Hərbi xidmtdə fərqlənməyə görə” medalı onların qəhrəmanlıqlarının qarşısında çox azdır. Onlar hərbi xidmətdə fərqlənməyiblər, onlar canlarından keçiblər. Canından keçən oğulun qiyməti belə olmamalıdır. Axı onlar qəhrəmandırlar. Cavidin döyüşdə böyük şücaətləri olub. Çünki düşmənlə üzbəüz mövqedə son gülləsinə qədər döyüşüb.  Gülləbatmaz  adlı postu Cavid  Dədəkişiyev təkbaşına götürüb. Düşməndə olan 1 hərbi bazanı məhv edib.  Mən bir qəhrəman oğul itirmiş atayam. Çox istəyirəm ki, oğlumun qanı yerdə qalmasın.  Caviddən kiçik olan oğlanlarım da bu Vətənə sədaqətlə xidmət göstəriblər. 

Mən bilirəm ki, Ali Baş Komandan şəhid ailələrinə olan belə münasinbətdən xəbərdar olsa, bizi qapılarda qoyan, oğlanlarıma iş verməyən cavabdehlər cəzalanarlar...  Səməd yenə ölkəni tərk edib, iş dalınca getsə, damın altında həyat yoldaşımla tək qalacağıq... Kimsəsiz qalacağıq... Cavid şəhid olandan sonra, anası da, mən də xəstəlik tapmışıq... Heç bilmirik ki, neyləyək... Cavid şəhid olandan sonra  bütün növrağımız pozuldu...


Ürəyimdə bir dəniz boyda kədər və təlatümlərlə bir zaman Cavidin də gülə-gülə açıb içəri girdiyi darvazadan çölə çıxıram. Gözlərimin önünə ucaboylu, üzündə və gözlərində Günəş olan Cavid gəlir... Cavid anasını qucaqlayır, qol-boyun olurlar. Anası Zülfiyyə xanım məni yola salanda dedi ki, Cavidin bu darvazadan son dəfə çıxdığını unuda bilmir...



Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR
11.12.2018, 15:22

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ
11.12.2018, 15:16

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  
11.12.2018, 15:00

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi
11.12.2018, 14:49

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?
11.12.2018, 14:44

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular
11.12.2018, 14:37

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

Liderləri Tanrı seçir...   
11.12.2018, 14:28

Liderləri Tanrı seçir...  

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir
11.12.2018, 14:24

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib
11.12.2018, 14:03

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ   
11.12.2018, 13:41

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ  

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi
11.12.2018, 13:36

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR   
11.12.2018, 13:35

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR  

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ   
11.12.2018, 13:23

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ  

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi
11.12.2018, 13:17

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi

Sərnişinlər qapıları tutdu, metroda sıxlıq yaşandı
11.12.2018, 13:14

Sərnişinlər qapıları tutdu, metroda sıxlıq yaşandı

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı  
11.12.2018, 13:10

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı  

Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR
11.12.2018, 12:59

Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR

İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir” - YENİLƏNİB
11.12.2018, 12:53

İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir” - YENİLƏNİB

Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...
11.12.2018, 12:50

Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI
11.12.2018, 12:41

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib
11.12.2018, 12:31

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib

Goradil və Fatmayidə işıq olmayacaq
11.12.2018, 12:30

Goradil və Fatmayidə işıq olmayacaq

Orta aylıq əməkhaqqı 540 manata çatıb   
11.12.2018, 12:18

Orta aylıq əməkhaqqı 540 manata çatıb  

Elmira Axundovanın Heydər Əliyev haqqındakı kitabına təqdimat keçirildi - FOTOLAR
11.12.2018, 11:59

Elmira Axundovanın Heydər Əliyev haqqındakı kitabına təqdimat keçirildi - FOTOLAR

Brüsseldə Brexit-lə bağlı yekun danışıqlar başlayacaq
11.12.2018, 11:58

Brüsseldə Brexit-lə bağlı yekun danışıqlar başlayacaq

Bakı Meriyasından Atatürk parkındakı söküntü ilə bağlı AÇIQLAMA   
11.12.2018, 11:47

Bakı Meriyasından Atatürk parkındakı söküntü ilə bağlı AÇIQLAMA  

ADA Universitetində 5-ci BMT modeli konfransı keçirilib
11.12.2018, 11:39

ADA Universitetində 5-ci BMT modeli konfransı keçirilib

Azərbaycanda gündəlik neft hasilatının həcmi AÇIQLANDI  
11.12.2018, 11:30

Azərbaycanda gündəlik neft hasilatının həcmi AÇIQLANDI  

“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb ÖLDÜRDÜ
11.12.2018, 11:25

“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb ÖLDÜRDÜ

Ermənistanda yanğın: 3 ölü
11.12.2018, 11:25

Ermənistanda yanğın: 3 ölü

Türkiyə Qara dənizdə yeni hərbi baza tikəcək
11.12.2018, 11:20

Türkiyə Qara dənizdə yeni hərbi baza tikəcək

Qadınları fahişəliyə cəlb edən saxlanıldı  
11.12.2018, 11:08

Qadınları fahişəliyə cəlb edən saxlanıldı  

Heydər Əliyev Binəqədidə ANILDI
11.12.2018, 11:01

Heydər Əliyev Binəqədidə ANILDI

Qurban Qurbanovdan ŞOK ADDIM: AFFA-nın təzminatından imtina etdi
11.12.2018, 10:45

Qurban Qurbanovdan ŞOK ADDIM: AFFA-nın təzminatından imtina etdi

Daha bir ölkədən Rusiyaya SANKSİYA
11.12.2018, 10:43

Daha bir ölkədən Rusiyaya SANKSİYA

Ziyafət Əsgərov: “Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər”
11.12.2018, 10:41

Ziyafət Əsgərov: “Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər”

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb  
11.12.2018, 10:38

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb  

Kiyevdə Heydər Əliyevin anım mərasimi keçirildi
11.12.2018, 10:36

Kiyevdə Heydər Əliyevin anım mərasimi keçirildi

Tehranın yerləşdiyi ərazi çökür
11.12.2018, 10:35

Tehranın yerləşdiyi ərazi çökür

Ədəbi darğalar və ədəbi qarğalar
11.12.2018, 10:34

Ədəbi darğalar və ədəbi qarğalar

11 ayda 498 vaqon dezinfeksiya olundu
11.12.2018, 10:31

11 ayda 498 vaqon dezinfeksiya olundu

19 yaşlı gənc itkin düşdü - FOTO   
11.12.2018, 10:21

19 yaşlı gənc itkin düşdü - FOTO  

Siqaretə görə cərimələr qüvvəyə mindi: 40-50 manat...
11.12.2018, 10:21

Siqaretə görə cərimələr qüvvəyə mindi: 40-50 manat...

Sabah Fəxri xiyabana doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11.12.2018, 10:17

Sabah Fəxri xiyabana doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Deputatlarımız Hindistan, Türkiyə və Gürcüstana gedir
11.12.2018, 10:00

Deputatlarımız Hindistan, Türkiyə və Gürcüstana gedir

Universitet rektorları 5 illiyə təyin olunacaq - FƏRMAN
11.12.2018, 09:42

Universitet rektorları 5 illiyə təyin olunacaq - FƏRMAN

Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü
11.12.2018, 09:37

Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü

Xətainin bir hissəsi qazsız qalacaq
11.12.2018, 09:18

Xətainin bir hissəsi qazsız qalacaq

Cəbhədə təxribat - Müdafiə Nazirliyi məlumat yaydı
11.12.2018, 09:17

Cəbhədə təxribat - Müdafiə Nazirliyi məlumat yaydı

Deputat: “Kimsə mənim adıma bircə səhm tapsa, söz verirəm ki, ona bağışlayacam” - MÜSAHİBƏ
11.12.2018, 08:38

Deputat: “Kimsə mənim adıma bircə səhm tapsa, söz verirəm ki, ona bağışlayacam” - MÜSAHİBƏ

ARXİV