Modern.az

Əhalinin banklardakı əmanətləri artıb  

Əhalinin banklardakı əmanətləri artıb   

11 Dekabr 2017, 09:23

Azərbaycanda fəaliyyət göstərən bankların 31 oktyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,311.6 mln. manat, cəmi öhdəlikləri isə 23,216.6 mln. manat təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Bildirilib ki, sektorun balans kapitalı 3,095 mln. manat, əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3.6% (250.7 mln. manat) artaraq 7,250.2 mln. manat olub.

Qeyd edək ki, sentyabrın 9-na olan məlumata görə, əhalinin əmanətlərin 6,999.5 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 556, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,491 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,470 nəfər təşkil etmişdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi