Modern.az

Bu il Azərbaycanda 160 min ton üzüm yığılıb  

Bu il Azərbaycanda 160 min ton üzüm yığılıb   

11 Dekabr 2017, 09:41

Bu il ərzində Azərbaycanda 160 min tona qədər üzüm istehsal olunub. Bu barədə Modern.az-a Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov məlumat verib.

 

T.Pənahov qeyd edib ki, üzüm əsasən, Cəlilabadda, Şəmkir, Ağsu, İsmayıllı, Qəbələ və Şamaxıda yetişdirilir:

“Üzümün 30 faizi (45 min ton) süfrə üzümü kimi istifadə olunur. Qalan 70 faizi texniki üzümdür. Texniki üzüm şərab istehsalına yönəldirilir. Qeyd edim ki, 2017-ci il başa çatmadığından açıqladığım rəqəmlər sonuncu deyil”.

 

T.Pənahov bildirib ki, istehsal olunan şərab xarici ölkələrə ixrac edilir:

“Bundan şərab və konyak istehsal edilir. Şərab və konyaklar əsasən, Bribaltika ölkələrinə, Rusiya, Ukrayina, Qazaxıstana ixrac olunur”.

İnstitut direktoru deyib ki, ölkə üzrə süfrə üzümünə olan illik tələbat təqribən 180 min tondur:

“Bunu nəzərə alsaq, respublikada əlavə olaraq ən azı 132-140 min ton süfrə üzümü istehsal olunmalıdır ki, əhalinin təzə üzümə olan təlabatı ödənilsin. Bu isə orta hesabla 14-15  min ha yeni süfrə üzüm sortlarından ibarət bağ deməkdir. Bunun üçün beynəlxalq təcrübə araşdırılmış və bir sıra tədbirlərin icrası məqsədəuyğun sayılmışdır. Bunlara süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, yeni üzüm plantasiyalarının salınması üçün uzunmüddətli güzəştli kreditlərin verilməsi (aşağı faizli), yerli məhsullardan istehsal edilən alkoqollu içkilərə tətbiq edilən vergilərin azaldılması, yeni üzümlüklərin salınması ilə əlaqadar bir hektara çəkilən xərclərin müəyyən hissəsinin üzüm istehsalçılarına subsidiya şəklində ödənilməsi, üzüm istehsalı, emalı üzrə və bu sahəyə xidmət edən müxtəlif təsərrüfat formaları, kooperativlər, şirkətlər və ixrac yönümlü konsernlərin yaradılmasının dəstəklənməsi və s. aiddir”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi