Modern.az

Bakı metrosunda HADİSƏ: 17 yaşlı gənc relslərinin üzərinə yıxıldı

Bakı metrosunda HADİSƏ: 17 yaşlı gənc relslərinin üzərinə yıxıldı

11 Dekabr 2017, 10:03

Bu gün səhər saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb. Belə ki, metronun "İçərişəhər"stansiyasında 17 yaşlı gənc qatar relslərinin üzərinə yıxılıb.

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, hadisə saat 08:41 radələrində Həzi Aslanov - İçərişəhər xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib:

“Müvazinətini itirən 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlu qatar yoluna düşüb. Maşinist qatarı vaxtında saxlaya bilib. Gənc oğlan xəsarət almayıb”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır