Modern.az

Bakı meri atəşfəşanlıq təşkil edəcək

Bakı meri atəşfəşanlıq təşkil edəcək

11 Dekabr 2017, 11:13

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil olunacaq.

 

Bu haqda Modern.az Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.

 

O qeyd edib ki, bayram tədbiri dekabr ayının 31-də təşkil ediləcək:

“Hər il olduğu kimi, bu il də şəhər sakinlərini və ölkəmizdə qonaq olacaq insanları təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün 31 dekabr saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edirik”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır