18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Hacı Məmmədovun bacısı jurnalistləri qınadı: “Nəyinizə lazımdır Hacının qəbri, axtarmayın!”
Hacı Məmmədovun bacısı jurnalistləri qınadı: “Nəyinizə lazımdır Hacının qəbri, axtarmayın!”
11.12.2017, 11:20

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dəfn edilsə də, ailə üzvləri qəbir yerinin gizlin saxlanılmasına qərar verib.

 

Modern.az qəbir yerinin hansı səbəbdən gizlin saxlanmasına aydınlıq gətirməsi üçün mərhumun bacısı Arifə Məmmədova ilə əlaqə saxlayıb.


A.Məmmədova saytımıza qardaşının qəbirinin heç kimə lazım olmadığını deyib. O, üzünü Hacı Məmmədovun məzarını axtarmaqla məşğul olan, bu haqda sosial şəbəkələrdə rəy yazan, məsələni lağlağı obyektinə çevirən jurnalistlərə tutaraq, onları qınayıb:

 “Neyləyirsiz axı Hacının qəbirinin yerini? Tapıb nə edəcəksiniz?”.

 

A.Məmmədova “bəlkə kimsə qəbiri ziyarətə gedəcək, niyə gizlədirsiniz” sualın cavab olaraq, bunun inandırıcı olmadığını bildirib:


“Kimdir onun qəbirini ziyarətə gedən? Kim cürət edib gedəcək ki? Əl çəkin, günlərdir telefonlarım susmur, özüm açmıram. Qəbirin yerini açıqlamaq istəmirəm, ona görə də telefonlara cavab vermirəm”.

 

H.Məmmədovun bacısı “qəbirin dağıdılmasındanmı narahatsız” sualına “bəli, narahatam, ona görə də açıqlamıram. Siz də daha soruşmayın. Onsuz da bilənlər bilir”, -  deyərək telefonu qapadıb.


Qeyd edək ki, dekabrın 3-də H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.

H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

 

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.

 

H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

 

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z. Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda biabırçı cinayət - Yaşlı qadını döydü, qarət etdi - FOTO
18.07.2018, 11:00

Bakıda biabırçı cinayət - Yaşlı qadını döydü, qarət etdi - FOTO

“Gənclərdə dini məzhəblərə meyilliliyin yaranmasına görə təhsilin üzərinə də məsuliyyət düşür” - Deputat
18.07.2018, 10:59

“Gənclərdə dini məzhəblərə meyilliliyin yaranmasına görə təhsilin üzərinə də məsuliyyət düşür” - Deputat

Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var   
18.07.2018, 10:53

Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var  

Azərbaycan və İtaliya prezidentlərinin görüşü olub
18.07.2018, 10:44

Azərbaycan və İtaliya prezidentlərinin görüşü olub

Sərhəddə 17 min “Marlboro” markalı siqaret aşkarlandı
18.07.2018, 10:42

Sərhəddə 17 min “Marlboro” markalı siqaret aşkarlandı

Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi - Dənizə girişi bağlayanlar KİMLƏRDİR?
18.07.2018, 10:37

Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi - Dənizə girişi bağlayanlar KİMLƏRDİR?

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
18.07.2018, 10:37

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub
18.07.2018, 10:33

Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

Qənirə Paşayevaya qarşı TƏXRİBAT: “Bunu edən ən əxlaqsız adamdır”   
18.07.2018, 10:29

Qənirə Paşayevaya qarşı TƏXRİBAT: “Bunu edən ən əxlaqsız adamdır”  

İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub
18.07.2018, 10:11

İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub

Ermənistan atəşkəsi 98 dəfə pozdu   
18.07.2018, 10:06

Ermənistan atəşkəsi 98 dəfə pozdu  

Ətraf mühitin vəziyyətinə dair təlim keçirilir
18.07.2018, 10:01

Ətraf mühitin vəziyyətinə dair təlim keçirilir

Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib
18.07.2018, 09:58

Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

Axtarışda olan 32 nəfər tutuldu   
18.07.2018, 09:55

Axtarışda olan 32 nəfər tutuldu  

Azərbaycanda ilanların sayı çoxalıb
18.07.2018, 09:53

Azərbaycanda ilanların sayı çoxalıb

Polşalı müəllimlər Qərbi Kaspi Universitetində mühazirə deyəcək
18.07.2018, 09:33

Polşalı müəllimlər Qərbi Kaspi Universitetində mühazirə deyəcək

Prezident Sumqayıta açılışa gedir   
18.07.2018, 09:08

Prezident Sumqayıta açılışa gedir  

“Qarabağ” bu gün cavab oyununa çıxır - Çempionlar Liqasında TƏQVİM   
18.07.2018, 08:38

“Qarabağ” bu gün cavab oyununa çıxır - Çempionlar Liqasında TƏQVİM  

Bu gün I və IV qruplarda qəbul imtahanı keçirilir
18.07.2018, 08:32

Bu gün I və IV qruplarda qəbul imtahanı keçirilir

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 08:29

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ABŞ-da silahlı insident
18.07.2018, 01:03

ABŞ-da silahlı insident

Yarım milyon qızılgüldən piramida ucaldıldı
18.07.2018, 00:49

Yarım milyon qızılgüldən piramida ucaldıldı

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video
18.07.2018, 00:36

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu
18.07.2018, 00:20

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu
18.07.2018, 00:04

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir
17.07.2018, 23:48

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

İran nüvə proqramını davam etdirəcək, əgər ...
17.07.2018, 23:26

İran nüvə proqramını davam etdirəcək, əgər ...

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.07.2018, 23:12

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Bakıda zəncirvari qəza - VİDEO
17.07.2018, 22:56

Bakıda zəncirvari qəza - VİDEO

Dənizdə batan 2 nəfər xilas edilib
17.07.2018, 22:41

Dənizdə batan 2 nəfər xilas edilib

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR
17.07.2018, 22:23

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

Ukrayna dairəsində təmir başa çatır
17.07.2018, 22:11

Ukrayna dairəsində təmir başa çatır

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi
17.07.2018, 21:54

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi

BMT: Bir milyarddan çox insan risk altındadır
17.07.2018, 21:40

BMT: Bir milyarddan çox insan risk altındadır

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018, 21:26

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

ARXİV