Modern.az

Deputatlardan xaricilərin Azərbaycanda keçirdiyi sorğuya reaksiya: “Uzun illər Azərbaycana İlham Əliyev rəhbərlik edəcək”

Deputatlardan xaricilərin Azərbaycanda keçirdiyi sorğuya reaksiya: “Uzun illər Azərbaycana İlham Əliyev rəhbərlik edəcək”

12 Dekabr 2017, 10:52

Avropa İttifaqının (Aİ)  “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb.

Sorğunun nəticələrinəəsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis (MM) isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinəisə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və məşhur “91-lər”-dən olan olan professor Eldar İbrahimov sorğunu müsbə tvə ədalətli qiymətləndirib. 

Onun sözlərinə görə, heç bir sorğu obyektivliyi tam əks etdirmir. Düşünürəm ki, məsələyə obyektib yanaşılsa, birmənalı olaraq belə bir nəticə əldə etmək olar ki, ölkəəhalisinin ən azı 90-95 faizi Azərbaycan dövlətinə, Azərbaycan hökumətinə, ən əsası ölkə Prezidenti cənab İlham Əliyevə, onun yeritdiyi daxili və xarici siyasət kursuna, müstəqil dövlət və dövlətçilik siyasətinə etibar edir, etimad göstərir.

Bunu indiyə qədər ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri təsdiqləyir. Bütün seçkilərdə YAP, ölkə Prezidenti qələbə qazanıb. Əgər Azərbaycan xalqının inamı və dəstəyi olmsaydı, seçkilərdən bu cür qalibiyyətlə çıxmaq olardı?!

İndi insanların siyasi baxışları tan yetkindir və hansı partiyaya, kimə səs verdiyinin fərqindədir. 1993-cü ilin məlum hadisələrindən sonra Azərbaycan xalqı birmənalı olaraq Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı olan cənab İlham Əliyevə və onun komandasına etimad göstərib, etibar edib, taleyini onunla bağlayıb və bu etimad hər zaman davam edəcək. Hələ çox uzun illər İlham Əliyev Azərbaycana rəhbərlik edəcək.

Kimsənin buna şübhəsi olmasın. Çünki Heydər Əliyev və İlham Əliyev siyasətinin, idarəçiliyinin ruhunda Azərbaycan insanı, Azərbaycan vətəndaşı, onun rifahı, təhlükəsizliyi dayanır. Həm Ulu öndərimiz Heydər Əliyev, həm də cənap Prezidnet İlham Əliyev hər zaman Azərbaycan, Azərbaycan insanı naminə fəaliyyət göstəriblər.

Ona görə  ruhunda, mahiyyətində Azərbaycan insanı, onun rifahı dayanan siyasətə və həmin siyasətin daşıyıcılarına etibar, etimad, inam bundan sonra da olacaq. Bunu tam əminliklə deyirəm”. 

MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin dediyinə görə, neçə illərdir ki, xalq Prezident İlham Əliyevə dəstəyini bildirir və həmişədövlət başçısının ətrafında sıx birləşib. 

O,  vurğulayıb ki, xalq görür ki, ölkədə sabitlik, haqq ədalət var, qanunlar işləyir, vətəndaşların rifah halı dövlət tərəfindən yaxşılaşdırılır, sosial müdafiə təmin olunur, Azərbaycan ordusu güclənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır: “İnsanların istəyi də odur ki, evlərində rahat yaşasınlar, hüquqları qorunsun, işi olsun. Bunların hamısı varsa, xalq niyə razı olmalı deyil?”.

Kamil HƏMZƏOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır