19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Aslan İsmayılovun paranoyak bəyanatları  - Taleh Şahsuvarlının YAZISI  
Aslan İsmayılovun paranoyak bəyanatları  - Taleh Şahsuvarlının YAZISI  
11.12.2017, 12:00

(Əvvəli burada)

Aslan İsmayılovun destruktiv fəaliyyətini izləyənlərin hər biri təsdiq edər ki, onun mütamadi istifadə etdiyi metodlardan biri də müxtəlif məzmunlu video-müraciətlər hazırlayaraq Azərbaycan hakimiyyətinin yüksək ranqlarına xitab etməkdir. “Google” axtarış proqramı vasitəsi ilə araşdıranda internet resurslarında yer almış bu cür müraciətlər arasında onun dövlət başçısı İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə səslənişlərinə rast gəlmək olar. Bir qayda olaraq bu cür müraciətlərdə Aslan İsmayılov öz bioqrafik məlumatlarını sadalayır və sonra həmin parametrlərə uyğun olan digər insanların adından danışdığını bəyan edir. Məsələn, o, atasını erkən itirdiyini söyləyərək məzlumluq effekti yaradır, ardınca onun müraciətinin atasını erkən itirmiş adamların səsi kimi qarşılanmasını təvəqqe edir. Əlbəttə, sıradan bir izləyici üçün burada qeyri-adi heç nə yoxdur, amma siyasi texnologiyalardan az-çox baş çıxaran adamlara bəllidir ki, başqalarının adından danışmaq populistlərin ən sevimli fəndidir.

Siyasi populizmin mahiyyət və xüsusiyyətləri üzrə məşhur rus politoloqu, professor Nikolay Baranovun “Популизм как политическая деятельность” adlı hələ 2002-ci ildə çapdan çıxmış dəyərli bir monoqrafiyası var, Aslan İsmayılovun aktivliyinin populist xarakterini anlamaq üçün həmin kitaba ötəri göz gəzdirmək kifayətdir. Maraqlı həm də burasıdır ki, Aslan İsmayılovun Prezident, Prezident Administrasiyası rəhbəri, daxili işlər, ədliyyə nazirləri, Baş prokuror kimi mühüm postlar tutan dövlət xadimlərinə etdiyi istər video-müraciətlərdə, istərsə də qələmə aldığı açıq məktubların hər birində hər hansı konkret problemin həllinə diqqət cəlb etmək cəhdindən çox, açıq şantaj elementləri nəzərə çarpır.

Bu cür müraciətlərdən birini 2016-cı ilin dekabrında Aslan İsmayılov Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova ünvanlamışdı. Şantaj məqsədi daşıdığı açıqdan-açığa ortada olan, müəllifinin KİV azadlığı haqqında düşüncələrinin demokratik prinsiplərlə sadəcə olaraq uyuşmadığını təsdiqələyən həmin müracətlə Aslan İsmayılov ona nail olmaq istəyirdi ki, cənab Həsənov öz mövqeyindən, nüfuzundan və təsir imkanlarından istifadə edərək mass-mediyada Aslan İsmayılovun “toxunulmazlığı”nı təmin etsin. O zaman yazmışdım: “Dövlət dediyimiz mücərrəd təşkilat Əli Həsənov kimi peşəkar və xalqa yaxın məmurların sayəsində millətə xidmətçi olur, cəmiyyətin fəal kəsimləri ilə ünsiyyət qura, identikləşə bilir. Siz heç Azərbaycanda milli təəssübkeşliyini itirməmiş fəal adamların bircəciyinin dilindən Əli Həsənov haqqında neqativ fikir eşitmisinizmi? Əminəm ki, eşitməməsiniz! Əlbəttə, əgər o adam sizin kimi milli təəssübkeşliyini itirməyibsə, orada-burada çalınan havalara oynamırsa, təbii. Odur ki, Əli Həsənovun timsalında ədalətli və cəmiyyətin kasıb təbəqələrindən çıxaraq ictimai rəydə az-çox çəki qazanmış adamlara qarşı hər zaman həssaslıq nümayiş etdirmiş bir ziyalını sizin kimi milli heysiyyatını itirmiş kəslərdən qorumaqdan kimsə çəkinmir və çəkinməz. Əlbəttə, Əli Həsənov bu ölkənin həm böyük təcrübəyə, həm də yetərincə dərin mütaliəyə malik olan ictimai-siyasi xadimlərdən biridir. İstəsə sizin kimilərin cavabını təmkinli və sərrast bir şəkildə özü verər. Amma ranqınız, çəkiniz, səviyyəniz yaxın deyil, çox aşağıdasınız. Odur ki, nəinki Əli Həsənov sizə baş qoşmaq istəyər, hətta sizə cavab verilməsini də ummaz, arzulamaz”.

Onun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə etdiyi müraciətlər də Aslan İsmayılovun maddi maraqlarını əhatə edir, bir çox hallarda məhkəmə proseslərində müdafiə etdiyi tərəflərə hüquq deyil, PR xidməti göstərmək səciyyəsi daşıyırdı: “Zülfüqarlı qardaşları və bir çox sahibkarların zavodlarının əllərindən alınıb bu sahədən anlayışı olmayan, Sizin himayənizdə olan Rasim Məmmədov kimisinə verilməsi metallurgiya sənayesinin yaradılması demək deyil. Ancaq ölkədə köklü dəyişiklik olmasa geci-tezi ya rəngli, ya da dini inqilabların şahidi olacağıq”.

2015-ci ilin mayında “Baku Steel Company” ASC-nin rəhbəri Rasim Məmmədov Virtualaz.org saytında məşhur jurnalist Eynulla Fətullayevə geniş müsahibə vermiş, Aslan İsmayılovun faktlardan çıxış etmədiyini ortaya qoymuş, hətta Zülfüqarlı qardaşlarının sözügedən şirkətdə səhmləri olduğunu açıqlamış, bu səhmlər müqabilində onlara 12,5 milyon manat ödənildiyini ifadə etmişdi.
Həmin müsahibədən:
- Yəni əməkdaşlığınız bu günə qədər də davam edir?
- Tamamilə doğrudur. Qardaşların balacası bu kabinetdə tez-tez olur. Adətən də bax burada - indi siz əyləşən yerdə oturur. Əgər böyük qardaşda- Nurəddin Zülfüqarlıda yaddaş problemi varsa, yaxud ola bilsin, onda qarabasmalar olursa, qoy həkimə getsin. Mən ona heç cür kömək edə bilmərəm.
- Loğman Zülfüqarlı ilə şəxsi söhbətlərinizdə ondan soruşursunuzmu ki, bu kabinetdə niyə bir, qəzet səhifələrində isə başqa cür danışırsınız?
- Əlbəttə, soruşuram. Lakin o, hər dəfə deyir ki, qardaşının hərəkətlərinə cavabdeh deyil. Digər tərəfdən, onların vəkili Aslan İsmayılov müntəzəm olaraq çirkin məqalələrlə çıxış edir. Biz də bunun səbəbini Loğmandan hər dəfə soruşuruq. Loğman özü də Nurəddin Zülfüqarlı ilə Aslan İsmayılovu çirkin oyunlar oynamaqda ittiham edir. Bildiyim qədər onlar həddən artıq iddialı adamlardır. Bu adamlar çoxdan yıxıldıqları yerdən hansı yolla olursa-olsun qalxmaq istəyirlər.

Elə buradaca bir haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, mən “Baku Steel Company”nin direktoru Rasim Məmmədovu, hətta onunla ünsiyyətdə olan adamları şəxsən tanımıram. Ancaq qəribə burasıdır ki, məni olduqca primitiv hazırlanmış bir iddianamə ilə məhkəməyə vermiş, onunla müqayisədə hətta Aslan İsmayılovu belə bir pillə üstün adam sandığım Nazim Bəydəmirli də Rasim Məmmədovu uzun illərdir hədəfə alıb. Üstəlik, hər iki girəvəçi Rasim Məmmədova qarşı aqressiyalarını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yönəltməkdən çəkinmirlər. Onların hər ikisinin ortaq cəhəti təkcə Rusiyanın aqronomiya üzrə ixtisaslaşmış institutlarının məzunu olmaqları deyil, həm də cənab Ramiz Mehdiyevə qarşı intensiv hücumlarının eyni motivlərə söykənməsidir. Potensiallarına adekvat olmayan siyasi iddialarının hakimiyyət tərəfindən təmin olunmamasının, mütəxəssis kimi səriştəsizliklərinin, iş uğursuzluqlarının “günah”ını Azərbaycanın yetişdirmiş olduğu ən böyük dövlət adamlarından olan Ramiz Mehdiyevdə axtarmaq üçün onlara kənardan təlimat verilməsi də xeyli inandırıcı ehtimaldır. Görünür, cənab Mehdiyevi istefaya dəvət etmək kimi əndazəni aşan çağırışlarda bulunmaq və respublikamızın digər rəhbər şəxslərinə qarşı “qara PR” kampaniyası aparmaq Aslan İsmayılova “daha möhkəm” tapşırıldığından o, 2011-ci ilin sentyabrında Prezident Administrasiyasının rəhbəri ilə yanaşı, Baş prokuror Zakir Qaralovu və Daxili işlər naziri Ramil Usubovu məhkəməyə verməklə hədələmiş, hətta bu barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi də göndərmişdi.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov mütamadi olaraq Aslan İsmayılovun hədəfə aldığı mənsəb sahiblərindəndir. 2015-ci ilin mayında Aslan İsmayılov öz ənənəvi dəsti-xətti ilə Qaralova açıq məktub ünvanlayır, onu da şantaja məruz qoymaq istəyir. Belə ki, məktubun əvvəlində İsmayılov daha öncəki Baş prokurorlardan fərqli olaraq, Zakir Qaralovdan onu heç zaman qəbul etmədiyi üçün incik düşdüyünü qeyd edir, cəmi bir neçə sətir sonra isə etiraf edir ki, bir dəfə onun qəbulunda olub. Sonucda məlum olur ki, Aslan İsmayılov Zakir Qaralovdan ona görə rəncidədir ki, hörmətli Baş prokuror öz kabinetinin qapılarını keçmiş vəkilin üzünə 24 saat açıq saxlamayıb.

2013-cü ilin may ayının sonlarında Aslan İsmayılovun qulağının dibinə, özünün iddiasına görə, yaxşıca bir yumruq zərbəsi dəyir. Bu zərbənin qulağının dibinə necə və niyə dəyməsinin tarixçəsini Aslan İsmayılov elə həmin gün mətbuata belə nəql edir: "Bu gün saat 17-də Nərimanov Rayon Prokurorluğunda idim. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Canpolad Daanov adlı müstəntiqi mənə zəng vuraraq bildirdi ki, sizinlə təcili işim var. Mən onu tanıyaram, həmişə mənə hörmətlə yanaşıb. Xahiş etdiyinə görə getdim. İçəri daxil olanda bir nəfər yekəpər məni qarşılayıb, otağı göstərib dedi ki, keçin bura. Düşündüm ki, yəqin məni saxlayırlar. Sakitcə keçdim içəri, Canpolad da otaqda idi. Məni görən kimi başladı təhqir etməyə. Dedi, sən kimsən ki, cənab naziri, Ramil Usubovu yalan danışmaqda ittiham edirsən? Ünvanıma min bir təhqir işlətdi və qulağımın dibinə yumruq zərbəsi endirdi. Məni ölümlə təhdid edərək dedi ki, bu hələ sənə xəbərdarlıqdır. Get yaşamaq haqqında fikirləş, ağlını başına yığ. Sonra o birisi də təhqir və təhdid etməyə başladı. Mən sakit dayandım, çünki bilirəm ki, bu nə idarədir və bura nə üçündür".

O, elə həmin açıqlamasında daxili işlər naziri Ramil Usubovun onu “öldürdəcəyini” deyir: "Onlar məni vuranda, təhqir və təhdid edəndə Ramil Usubovun adını çəkirdilər. İndi Ramil Usubov bu məsələyə aydınlıq gətirsin. Məni öldürmək istəyirsə, öldürsün".

Təxminən bir həftə sonra Aslan İsmayılov yeni açıqlama ilə çıxış edir: "Bu gün Daxili İşlər Naziri Ramil Usubov məni qəbul etdi. Bir saatdan artıq sürən görüş zamanı mənə çox hörmətlə yanaşıldı, söylədiklərim təmkinlə dinlənildi”.
Əlbəttə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində baş verənlərlə bağlı Daxili işlər nazirinin adını hallandırmaqla Aslan İsmayılov Ramil Usubov kimi səriştəli dövlət adamına böhtan atırdı. Bunu onun sonrakı açıqlamaları da təsdiq edir:
“Yenə deyirəm, o cür təhqir olunmağımın sifarişçisinin ya Ramil Usubov, ya da digər şəxsin olmasında əmin deyiləm”.
Adamdan soruşarlar: əmin olmadığın halda, cənab nazirin adını hallandırmaqda məqsədin nə idi? Bəli, Aslan İsmayılovun bu cür böhtanlar səsləndirməklə yüksək statuslu dövlət xadimlərinin qəbuluna düşməyə can atdığı açıq görsənir. Ancaq onun bəzən müəyyən gecikmələrlə də olsa, az qala hər ayın başında verdiyi “məni öldürəcəklər” bəyanatı ilə KİV-in diqqətini özünə çəkməyə çalışmasının paranoyak təşviş kimi dəyərləndirilib-dəyərləndirilməməsi üçün xüsusi psixatr rəyinə ehtiyac var.

Budur, 14 fevral 2013-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov vəkil Aslan İsmayılovun qanunsuz hərəkətləri barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məktubla müraciət edir. Hakim Elnur Həsənov həmin müraciətində vəkil Aslan İsmayılovun onu döymək istədiyini bildirir. Müraciət araşdırılması üçün İntizam Komissiyasına göndərilir. İntizam Komissiyasının rəyinə əsasən, Aslan İsmayılov peşə fəaliyyətini həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmuşdu. Sonucda Aslan İsmayılov Vəkillər Kollegiyasından qovulur və Aslan İsmayılov, gülməyin, öldürülmək ehtimalı olduğunu irəli sürür.

2014-cü ildə isə o, “iqtidar da, müxalifət də məni öldürməyə hazırdır” deyir. 2017-ci ilin başlanğıcında- yanvarın 3-də isə “məni öldürəcəklər” deyə manşetlər atdırır. Aslan İsmayılovun bu paranoyak bəyanatları hər zaman həm iqtidar, həm də müxalifət düşərgəsində yumşaq desək, gülüşlə qarşılanıb. Məsələn, onun “hökumət də məni öldürməyə hazırdır, müxalifət də” iddiasına sabiq Baş nazir Pənah Hüseyn belə reaksiya verib: “Ümumiyyətlə, bu fikrə münasibət bildirməyə lüzum görmürəm”.

Aslan İsmayılov Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı verdiyi çoxsaylı açıqlamaların birində peşakarlığına və şəxsiyyətinə hörmət etdiyi adamlar arasında Ənnağı Hacıbəyli və İntiqam Əliyevin adını xüsusi çəkir. İnsafən, həmin hüquqşünaslar o dar günlərində Aslan İsmayılova yetərincə böyük dəstək nümayiş etdiriblər. Bir neçə ay bundan öncə isə Aslan İsmayılov çətin zamanlarında onu müdafiə etmiş Ənnağı Hacibəylini və İntiqam Əliyevə “qrant oğrusu” damğası vurdu: “Bu gün Ənnağının yazısına cavab olaraq bildirirəm ki, bəli sən də, İntiqam da oğrusunuz! Sadəcə hakimiyyətdəkilər kimi imkanınız olmadığına görə ancaq onlardan az həcmdə qrant pulları oğurlayıbsınız”.

Həmin açıqlamasında Aslan İsmayılov Ənnağı Hacibəyli və İntiqam Əliyev haqqında maqazin jurnalları səviyyəsində “şok” ittihamlar irəli sürür, onun bu ittihamları isə Ənnağı Hacıbəyli tərəfindən təbəssümlə qarşılanır: “Bir dəfə Aslan dedi ki, “mən İlyas İsmayılovun qapısında it olmağa da hazıram. Dostlardan biri dedi ki, Aslan, belə deməzlər, de ki, o mənə çox yaxşılıq edib, ona borcluyam. Aslan dedi ki, yox, siz başa düşmürsünüz, o mənim üçün nələr eləyib. Bu hadisədən bir neçə il sonra İlyas müəllim və oğlu Etimadla İlham Rəhimov mübahisə edəndə Aslan ona dəxli olmayan dartışmaya soxulub Rəhimovu müdafiə elədi. Onda Etimad bəy bunu çox dəqiq izah elədi: “Aslan İlyas müəllimi cüzdana dəyişdi”. Amma burada təəccüblü bir şey yox idi. İlyas müəllim daha nazir və deputat deyildi. İndi bizim üstümüzə cummaq da bir növ adətkərdəliyin nəticəsidi”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Bizi bu qədər düşündürən rəqib olmamışdı” - Qurban Qurbanov
19.07.2018, 00:58

“Bizi bu qədər düşündürən rəqib olmamışdı” - Qurban Qurbanov

“İtaliya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək” - Sercio Mattarella
19.07.2018, 00:51

“İtaliya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək” - Sercio Mattarella

Fədayə Laçının səhhəti pisləşdi
19.07.2018, 00:37

Fədayə Laçının səhhəti pisləşdi

İlham Əliyev: “İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”
19.07.2018, 00:25

İlham Əliyev: “İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”

Xalq artisti elmi ad aldı - FOTO
19.07.2018, 00:06

Xalq artisti elmi ad aldı - FOTO

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi
18.07.2018, 23:48

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.07.2018, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Şimali Kipr sahillərində 19 miqrant batdı
18.07.2018, 23:27

Şimali Kipr sahillərində 19 miqrant batdı

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb
18.07.2018, 23:14

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib
18.07.2018, 22:56

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı
18.07.2018, 22:40

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dənizdə 4 nəfər batmaqdan xilas edilib
18.07.2018, 22:27

Dənizdə 4 nəfər batmaqdan xilas edilib

Kılıçdaroğlunun köməkçisi istefaya getdi
18.07.2018, 22:12

Kılıçdaroğlunun köməkçisi istefaya getdi

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub
18.07.2018, 22:01

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı
18.07.2018, 21:36

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi
18.07.2018, 21:19

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq
18.07.2018, 21:07

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib
18.07.2018, 20:50

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub
18.07.2018, 20:39

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
18.07.2018, 19:16

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi
18.07.2018, 19:06

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
18.07.2018, 19:00

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır

Aleksis Sançes ABŞ-a buraxılmadı
18.07.2018, 18:49

Aleksis Sançes ABŞ-a buraxılmadı

Xəzərdə 58 yaşlı kişi boğulub
18.07.2018, 18:42

Xəzərdə 58 yaşlı kişi boğulub

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib
18.07.2018, 18:30

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"
18.07.2018, 18:20

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb          
18.07.2018, 18:10

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb      

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ
18.07.2018, 18:01

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ

ARXİV