Modern.az

Erməni zabitlər yol qəzasına düşdülər

Erməni zabitlər yol qəzasına düşdülər

11 Dekabr 2017, 13:02

Ermənistan mətbuatı Vanadzor-Dilican yolunda avtoqəza nəticəsində iki hərbçinin xəsarət aldığı barədə məlumat yayıb.

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avtoqəzada xəsarət alan iki ermənistanlı zabit müalicədədir.

Məlumatda bildirilir ki, müalicədə olan hərbçinin birinin vəziyyəti kafi, digərinin isə ağır qiymətləndirilir. Yaralananların ad və soyadları gizlədilsədə, onlardan birinin mayor rütbəsində alayın mühəndis xidməti rəisi, digərinin isə hərbi hissədə xidmət edən kapitan olduğu məlumdur. Məlumatı Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətnin rəisi Arçurun Hovanesyan da təsdiq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir