25 aprel 2018, Çərşənbə axşamı
Ana Səhifə - DÜNYA - Qüdsün statusu - ABŞ Yaxın Şərqdə yeni müharibəyə rəvac verir?
Qüdsün statusu - ABŞ Yaxın Şərqdə yeni müharibəyə rəvac verir?
11.12.2017, 13:42

ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı elan etdi və ölkəsinin səfirliyinin Tel-Əvivdən bu müqəddəs şəhərə öçürülməsinə göstəriş verdi. Səfirliyin köçürülməsi prosesi 6 aya yaxın vaxt alacaq, amma bu müddət Yaxın Şərqdə yeni zorakılıq dalğasının başlanmasına kifayət edib.

 

ABŞ Konqresi hələ 1995-ci ildə ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş vermişdi. Lakin hər yeni seçilən prezident bu qərara 6 aydan bir veto qoyurdu. ABŞ prezidentləri bu qərarı ərəb monarxiyalarını qıcıqlandırmamaq üçün atırdılar. Belə ki, Qüdsün qərbi İsrailin nəzarəti altında olsa da, şərq hissəsinə Fələstin iddialıdır.

Bütün bu amillərə baxmayaraq, Tramp öz qərarının mövcud reallığı tanımaq üçün atdığını deyib. Ağ Ev sahibi 1995-ci ildə qəbul edilmiş qərarın münaqişənin sülh yolu ilə həllinə də dəstək olmadığını xatırladıb.

 

Qüdsdə həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs olan dini abidələr var. İki dünya müharibəsi arasındakı dövrdə Qüds Britaniya mandatı altında idi. XX əsrin əvvəllərində Fələstin ərazilərinə Yaxın Şərqdən, Şərqi Avropadan, Şimali Afrikadan və ABŞ-dan 100 min yəhudi köç etmişdi. Britaniya gələcəkdə bu ərazilərdə yəhudilərin milli dövlətinin yaradılmasına ümidli idi. Lakin yerli ərəblər yəhudilərin sayının kəskin artmasına etiraz edərək, üsyanlar təşkil etmişdi. Məhz bu dövrdə ilk yəhudi özünümüdafiə dəstələri yaradılmışdı.

 

Üsyanlar səbəbindən Britaniya hakimiyyəti ilkin vaxtlarda yəhudilərin miqrasiyasını məhdudlaşdırmalı oldu. Yəhudilərin yaşamalı olduğu ərazilərin bir hissəsində isə Transiordaniya (müasir İordaniya) yaradılmışdı. Sonralar miqrasiya yenidən davam etdi. İkinci Dünya Müharibəsinə qədər Qüds əsasən yəhudilərin yaşadığı şəhər idi.

1947-ci ildə regionda gərginlik öz zirvəsinə çatdı və rəsmi London mövcud ərazidə yəhudi və ərəb dövlətlərinin yaradılması iqtidarında olmadığı üçün öz mandatından imtina etdi.

 

1947-ci ilin noyabrında BMT Baş Assambleyası Qüdsün beynəlxalq nəzarətə verilməsi barədə 181 nömrəli qətnamə qəbul etdi. Beləliklə, Qüds heç bir ölkənin paytaxtı elan oluna bilməzdi. Bu səbəbdən dünya ölkələri öz diplomatik missiyalarını Qüdsdə deyil. Ölkənin biznes mərkəzi olan Tel-Əvivdə yerləşdirib.

 

İsrail 1948-ci il mayın 14-də yarandı. Növbəti gün ardıcıl 5 ölkə - Suriya, Misir, Livan, İraq və Transiordaniya öz qonşularına müharibə elan edərə, ilk ərəb-yəhudi savaşına səbəb oldular.

 

Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin əsas mübahisəli məqamlarından sayılır. İlk müharibə zamanı Qüds iki yerə bölünmüşdüsə, 1967-ci ildə baş verən ikinci müharibə zamanı İsrail Şərqi Qüdsü də nəzarətə götürdü.

 

1980-ci ildə İsrailin Qüdsü öz paytaxtı elan etməsinə cavab olaraq, BMT Təhlükəsizlik Şurası 478 nömrəli qətnamə qəbul edərək, bu ölkəni beynəlxalq normaları pozmaqda ittiham etmişdi. Həmin vaxt ABŞ səsvermədə iştirakdan vaz keçmişdi.

 

Tramp öz nitqində planını gerçəkləşdirəcəyi tarixi açıqlamayıb. Bir şey dəqiqdir ki, ABŞ-ın Tel-Əvivdəki səfirliyi yaxın vaxtlarda Qüdsə köçəcək. Bunun üçün ilk növbədə Qüdsdə amerikalı diplomatlar üçün bina inşa olunmalı, torpaq alqı-satqısı ilə bağlı mürəkkəb razılaşmalar imzlanmalıdır.

 

Maraqlıdır ki, hələ 1989-cu ildə ABŞ Qərbi Qüdsdəki “Baraki Allenbi” məhəlləsində səfirlik üçün torpaq sahəsi almışdı. 99 illik icarəyə götürülən əraziyə görə hər il Vaşinqton 1 dollar ödəməli idi. Amma səfirlik bu günə qədər inşa olunmayıb.

 

Merilend Universitetinin sosioloji araşdırmalar mərkəzinin keçirdiyi rəy sorğularına görə, amerikalıların 65%-i paytaxtın köçürülməsinə qarşıdır. Bununla belə, 9% amerikalı səfirliyin Qüdsdə yerləşməsini dəstəkləyir.

 

ABŞ-ın birtərəfli addımına Almaniya, Fransa, Böyük Britaniya və Rusiya qarşı çıxıb. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Ölkələri Liqası buna sərt reaksiya verib.


Vüqar İSMAYILOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
25.04.2018, 18:31

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək

Zakir Həsənov Çinə səfər edəcək
25.04.2018, 18:25

Zakir Həsənov Çinə səfər edəcək

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
25.04.2018, 18:14

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
25.04.2018, 18:05

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”

İlham Əliyevin Türkiyə səfəri başa çatdı
25.04.2018, 17:57

İlham Əliyevin Türkiyə səfəri başa çatdı

Prezident Administrasiyası köçürüləcək - YENİ BİNA TİKİLİR
25.04.2018, 17:55

Prezident Administrasiyası köçürüləcək - YENİ BİNA TİKİLİR

Bu yolda hərəkət məhdudlaşdırılacaq   
25.04.2018, 17:43

Bu yolda hərəkət məhdudlaşdırılacaq  

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
25.04.2018, 17:25

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi

Yerevanın mərkəzinə zirehli texnika yeridildi
25.04.2018, 17:18

Yerevanın mərkəzinə zirehli texnika yeridildi

Manatın sabahkı MƏZƏNNƏSİ 
25.04.2018, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ 

“Onlar Prezidentin etimadını doğruldacaqlar”    
25.04.2018, 16:45

“Onlar Prezidentin etimadını doğruldacaqlar”  

Bakıda daha bir piyada ölümü
25.04.2018, 16:34

Bakıda daha bir piyada ölümü

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 
25.04.2018, 16:28

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi   
25.04.2018, 16:28

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi  

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA   
25.04.2018, 16:15

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA  

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
25.04.2018, 16:13

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 
25.04.2018, 16:12

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 

Türkiyədə qalib olan azərbaycanlı bacılar: “Fuad Muradovun təyinatını alqışlayırıq”
25.04.2018, 16:08

Türkiyədə qalib olan azərbaycanlı bacılar: “Fuad Muradovun təyinatını alqışlayırıq”

Diaspor üçün nə etməliyik?   
25.04.2018, 15:59

Diaspor üçün nə etməliyik?  

Azərbaycan-Türkiyə sənədləri imzalandı
25.04.2018, 15:49

Azərbaycan-Türkiyə sənədləri imzalandı

Bəsdirin dilənçilik etdiniz! - Telekanllara ÇAĞIRIŞ   
25.04.2018, 15:43

Bəsdirin dilənçilik etdiniz! - Telekanllara ÇAĞIRIŞ  

“Artıq gənc kadrlar daha çox irəli çəkilir”
25.04.2018, 15:41

“Artıq gənc kadrlar daha çox irəli çəkilir”

Ramiz Mehdiyevlə Fuad Ələsgərov Soçidə təhlükəsizlik toplantısında
25.04.2018, 15:36

Ramiz Mehdiyevlə Fuad Ələsgərov Soçidə təhlükəsizlik toplantısında

“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm”
25.04.2018, 15:26

“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm”

Formula 2 çempionatının 2-ci turunun gündəliyi AÇIQLANDI
25.04.2018, 15:21

Formula 2 çempionatının 2-ci turunun gündəliyi AÇIQLANDI

Etirazçılar Yerevan aeroportuna gedən yolu bağladılar
25.04.2018, 15:19

Etirazçılar Yerevan aeroportuna gedən yolu bağladılar

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib 
25.04.2018, 15:07

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib 

BDU-da SABAH qrupları Bilik yarışlarının mükafatlandırma mərasimi keçirilib
25.04.2018, 15:05

BDU-da SABAH qrupları Bilik yarışlarının mükafatlandırma mərasimi keçirilib

Deputatlarımız NATO PA-nın iclasında Ermənistana etiraz etdilər
25.04.2018, 14:57

Deputatlarımız NATO PA-nın iclasında Ermənistana etiraz etdilər

İŞİD-in topladığı sərvətin həcmi AÇIQLANDI
25.04.2018, 14:56

İŞİD-in topladığı sərvətin həcmi AÇIQLANDI

2 nəfər Vəkillər Kollegiyasına üzv oldu
25.04.2018, 14:49

2 nəfər Vəkillər Kollegiyasına üzv oldu

Paşinyan Ermənistan baş naziri postuna irəli sürüldü
25.04.2018, 14:47

Paşinyan Ermənistan baş naziri postuna irəli sürüldü

Bakı sakinləri hökumətdəki kadr dəyişiklikləri haqda DANIŞDILAR - VİDEO   
25.04.2018, 14:42

Bakı sakinləri hökumətdəki kadr dəyişiklikləri haqda DANIŞDILAR - VİDEO   

Şəmkirdə maşın ağaca dəydi - ölən var
25.04.2018, 14:40

Şəmkirdə maşın ağaca dəydi - ölən var

Taliban yeni müharibəyə başladı
25.04.2018, 14:26

Taliban yeni müharibəyə başladı

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(5.81%)
İmtahan qiymətləri normalıdr(4.65%)
İmtahan qiymətləri aşağıdır(2.32%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(69.7%)
İmtahan qiymətləri azaldılmalıdır(5.81%)
İmtahan qiymətləri artırılmalıdır(11.6%)