Modern.az

Vahid Mustafayevlə Mirşahinin yolları ayrılır?..  

Vahid Mustafayevlə Mirşahinin yolları ayrılır?..   

11 Dekabr 2017, 16:14

Fəaliyyəti dayandırılmış ANS telekanalının rəhbərləri barədə yeni xəbər yayılıb. İddia olunur ki, ANS Şirkətlər Qqupunun prezidenti Vahid Mustafayevlə vitse-prezident Mirşahin Ağayevin yolları ayrılmaq üzrədir.

Qeyd edək ki, onlar 1989-cu ildən birgə yol gəlirlər. Həmin il yaranan Qarabağa Xalq Yardımı Komitəsinin mətbu orqanı "Azərbaycan" qəzetində Vahid Mustafayev Mirşahin Ağayev birlikdə işləməyə başladılar və möhkəm dost oldular.  İki il sonra - 26 noyabr 1991-ci ildə 3 nəfər gənc jurnalist  - Vahid və Seyfulla Mustafayev qardaşları, Mirşahin Ağayev ANS-i (Azerbaijan News Service) yaratdılar. 

2016-cı ilin iyulunda ANS telekanalı fəaliyyətini dayandırdı. Telekanalın qapadılmasına səbəb Türkiyədə baş verən  hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.

Müsahibədən sonra “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, televiziya vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verildiyi üçün ANS-in fəaliyyəti  dayandırıldı. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

ANS telekanalının bağlanmasından uzun müddət keçib. Artıq onun bərpa olunacağına inam da azalıb. Elə indiyədək səbrlə gözləyən ANS-çilər də daha heç nəyə ümid etmədiklərini vurğulayırlar. Və hərə öz başının çarəsinə baxır... Kimi saytlarda iş tapır, kimi digər televiziyalara üz tutur, kimi də ölkəni tərk edir.

Bu arada Vahid Mustafayevlə Mirşahin Ağayevin də yollarının ayrıldığını iddia edənlər var.

Hər iki tanınmış jurnalist yollarını ayırıbmı? İddialar nə dərəcədə doğrudur?

Modern.az saytı bu suallara adları çəkilən şəxslərdən münasibət öyrənməyə çalışsa da, nəticəsiz qalıb. Əməkdaşımızın onlarla danışmaq cəhdləri uğursuz alınıb.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov isə suala cavab verməkdə çətinlik çəkib:

“Bilmirəm. Bunu onların özlərindən soruşun. Bu barədə ümumiyyətlə məlumatım yoxdur. Bilirsiniz, mən nə Vahid Mustafayevi, nə də Mirşahin Ağayevi görürəm. Bu baxımdan heç bir şey deyə bilmərəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir