Modern.az

“Xəzər Dəniz Gəmiçiliyi” DSMF-lə bağlı iddialara cavab verdi

“Xəzər Dəniz Gəmiçiliyi” DSMF-lə bağlı iddialara cavab verdi

Aktual

11 Dekabr 2017, 17:43

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məhkəmə iddiası ilə bağlı açıqlama verib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev məsələ ilə bağlı Modern.az-a bildirib ki, Gəmiçilik fəaliyyətə başladığı gündən DSMF-yə yaranan borc cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borc olmayıb:

“Hazırda da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dövlət Sosial Müdafiə Fonduna borcu yoxdur. Təkcə bu il Gəmiçilik tərəfindən DSMF-yə 24,7 milyon AZN ödəniş həyata keçirilib. DSMF-nin bizi məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb”.

M.Mehdiyev bildirib ki, qeyd olunan müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatların  aparılması məqsədilə QSC-nin tabeliyindən çıxarılıb.

 

2017-ci ilin I yarısı ərzində 742 sığortaedən üzrə 22,89 mln. manat və ya ilin əvvəlinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borcun 7,1%-i qədər borcun ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarına iddia ərizələri göndərilib.


İddiaların 4-ü iri sığortaeənlərə qarşı (o cümlədən, 1 iddia "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı, 3 iddia "Azəriqaz" İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara qarşı, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata qarşı, 228-i digər hüquqi şəxslərə qarşı, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu