Modern.az

Qərbi Kaspi Universitetinin təbələləri Çexiya səfirliyində

Qərbi Kaspi Universitetinin təbələləri Çexiya səfirliyində

11 Dekabr 2017, 18:12

Qərbi Kaspi Universitetinin (Western Caspian University) Tətbiqi Politologiya Mərkəzinin təşkilatçılığı ilə bir qrup tələbə ilə Çexiya səfirliyində səfirin müşaviri Petr Vaqnerlə görüş keçirilib.

 

P.Vaqner Qərbi Kaspi Universitetinin tələbələri ilə görüşdə iki ölkə arasındakı münasibətlərin tarixi ilə bağlı Praqa, Bakı, Moskva və Tbilisi arxivlərindən əldə etdiyi nadir sənədlər barədə məlumat verib, unikal hadisələr barədə danışıb. Qeyd edək ki, ixtisasca tarixçi olan Petr Vaqner Azərbaycanda çalışdığı son illərdə Çexiya-Azərbaycan münasibətlərinin tarixinə dair kitab üzərində işləyir və çalışmalarını yekunlaşdırmaq üzrədir.

 

P.Vaqner Çexiya-Azərbaycan siyasi, iqtisadi və humanitar sahədəki münasibətləri barədə də tələbələrə məlumat verərək, əlaqələrin strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Çexiyalı diplomat daha sonra tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir