Modern.az

Bakıda Donor Əlaqələndirmə Görüşü keçirildi

Bakıda Donor Əlaqələndirmə Görüşü keçirildi

11 Dekabr 2017, 18:21

Hazırda Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq donorlarla icra etdiyi elə bir layihə yoxdur ki, orada Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflər nəzərə alınmasın.

 

Bu sözləri dekabrın 11-də kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Kənd Təsərrüfatı Nazirliyinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkil etdiyi V Donor Əlaqələndirmə Görüşündə bildirib.

 

Nazir müavini vurğulayıb ki, donorlarla icra edilən layihələr çərçivəsində fermerlərin maliyyə çıxışının asanlaşdırılması ilə bağlı araşdırmalar aparılıb, geniş tədbirlər planı hazırlanıb, toxum sahəsinin inkişafı, bitki sağlamlığı, kadr hazırlığı və digər sahələrdə əhəmiyyətli tədbirlər görülüb.

 

Görüşdə ötən müddətdə beynəlxalq təşkilatlarla birgə reallaşdırılmış və hazırda davam edən layihələr çərçivəsində sözügedən tədbirlərin icrasına dəstək məsələləri, növbəti əməkdaşlıq imkanları və istiqamətləri müzakirə edilib. Həmçinin Strateji Yol Xəritəsinin “Maliyyəyə çıxışın asanlaşdırılması” strateji hədəfi üzrə məqsədlərə nail olunması üçün birgə atılacaq addımlar barədə təkliflər irəli sürülüb.

 

Qeyd edək ki, görüşdə 20-dək beynəlxalq təşkilat və inkişaf agentliyinin, o cümlədən Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), BMT-nin İnkişaf Proqramının, Avropa İttifaqının, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri iştirak edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir