Modern.az

İranda 6 bal gücündə zəlzələ oldu

İranda 6 bal gücündə zəlzələ oldu

11 Dekabr 2017, 19:51

İranda son bir ayda ikinci dəfə güclü zəlzələ olub. Modern.az İran mediasına istinadən xəbər verir ki, zəlzələnin episentri  Ezgele qəsəbəsində yerləşib. Bu qəsəbə noyabrın 12-də baş verən yeraltı təkanlar zamanı ən çox ziyan çəkən yaşayış məntəqələrindən biridir.

Bu dəfəki zəlzələisə 6 bal gücündə olub.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

 

Qeyd edək ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində qeydə alınan 7,2 bal gücündə zəlzələ nəticəsində 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir