Modern.az

Azərbaycan fındıq ixracına görə dünyada üçüncüdür

Azərbaycan fındıq ixracına görə dünyada üçüncüdür

11 Dekabr 2017, 20:03

"Bu gün Azərbaycan fındıq ixracına görə dünyada üçüncü yeri tutur". Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

 

Onun sözlərinə görə, artıq fındıq ixracından Azərbaycana əhəmiyyətli həcmdə valyuta daxil olub: “Hazırda Azərbaycanda 12 min hektar fındıq bağı salınıb. Gələn il bu göstəricini 40 min hektaradək çatdırmaq planlaşdırılır”.

 

Qeyd edək ki, Beynəlxalq Fındıq və Quru Meyvə Şurasının hesabatına əsasən bu il Azərbaycanda 45 min ton fındıq istehsal olunacaq ki, bu da 17 min ton meşə fındığı ləpəsinə bərabərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir