Modern.az

Ərdoğan üçün sürpriz: Putin Ankaraya Suriyadan gəldi

Ərdoğan üçün sürpriz: Putin Ankaraya Suriyadan gəldi

11 Dekabr 2017, 20:37

Rusiya dövlət başçısı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın aktual məsələlərini, ilk növbədə enerji sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə etməyi planlaşdırır.

 

Bundan başqa, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyət, Suriyada nizamlanma prosesi və Qüds problemi daxil olmaqla,  beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaq.

 

Putinin Rusiyaya səfərini şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, Vladimir Türkiyəyə Suriyadan getməsi Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan üçün sürpriz idi: "Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi. Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. İkincisi, Putin türkiyəli həmkarı və dostu Rəcəb Təyyub Ərdoğana da güclü mesaj göndərdi ki, Türkiyə Cumhurbaşqanının Suriya prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək.

 

Rusiya və Türkiyə Suriyada DAİŞ üzərində qələbə çaldılar. Ancaq bununla məsələ bitmir. Türkiyə PKK-nın Suriyadakı iki qolu – PYD və YPG ilə də mübarizə aparmaq məcburiyyətindədir. Digər tərəfdən Suriyada indi yeni dövr başlayır, Bəşər Əsəd müxalifətlə dialoqa başlamalı hakimiyyətini dünənki rəqibləri ilə bölüşməlidir. Əgər Əsəd tərslik göstərsə, Suriyada yenə vətəndaş müharibəsi təhlükəsi yaranacaq və Rusiya-Türkiyə birliyi çat verəcək. Ona görə də Putinlə Ərdoğan Ankaradakı danışıqlarında Suriyanın gələcəyini müəyyənləşdirməyə cəhd göstərəcəklər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir