24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - “Stolun üstündə pul saxlamayın” - Ən yoxsul insan puldan başqa heç nəyi olmayandır
“Stolun üstündə pul saxlamayın” - Ən yoxsul insan puldan başqa heç nəyi olmayandır
11.12.2017, 21:25

Yaşamaq üçün pul zəruridir, amma daha çox pula, var-dövlətə sahib olmaq heç də vacib deyil. Odur ki, pulunuzun azlığından, qədərindən çox olmadığından heç vaxt şikayətlənməyin. Əgər ehtiyaclarınızı ödəyəcək qədər pul qazanırsınızsa, deməli rahat ömür yaşayacaqsınız. Əgər dünyanın ən varlı adamı olmaq istəyirsinizsə, bu sizə heç də yaxşı şeylər vəd etməyəcək. Çünki statistik göstəricilərə görə, dünyanın ən varlı insanlarının ömrü orta hesabla 60 ildən yuxarı olmayıb.

 

Bəs dünyanı çalxalayan, bəzi insanları hədəqədən çıxardıb iddialı edən pul haqqında nə bilirik?

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

Kağızdan düzəldilmiş pul əskinazı ilk dəfə Çində meydana gəlib.

 

Dünyanın ən qədim bankı olan “Banca Montedei Paschidi Siena” 1472-ci ildən İtaliyada fəaliyyət göstərir.

 

Hazırda dövriyyədə 829 milyard ABŞ dolları var.

 

1934-cü ildə Amerika Birləşmiş Ştatlarında 100 min dollarlıq əskinaz buraxılıb. Bu əskinaz banklararsı əməliyyatların aparılması üçün istifadə olunub. Həmin pulun üzərində ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun əksi olub.

 

100 dollardan ibarət 1 milyon dollar pulun kütləsi 10 kiloqramdır.

 

20-ci əsrin ortalarına qədər Afrikanın bəzi yerlərində pul əvəzinə ev heyvanlarından istifadə olunub.

 

20-ci əsrin sonlarında isə Belçikada buraxılan pulların üzərində reklam mətnləri yerləşdirilib.

 

Puldan istifadə etməklə qeyri-adi reklamlardan biri isə Amerikada baş tutub. Yeni supermarketin sahibi öz obyektindən xeyli kənarda topun içərisinə 8 min dollar pul yerləşdirib. Topdan atəş açıldıqda həmin pullar supermarketin qarşısına səpələnib. Pul əldə etmək istəyən minlərlə insan yeni supermarketin açıldığını görüblər.

 

Dünyanin ən böyük qızıl külcəsini isə yaponlar hazırlayıblar. Külçənin çəkisi 250 kiloqram, dəyəri isə 3.7 million dollardır.

 

Hazırda insanları əvvəlcə sevindirib sonra isə bəlaya salan kredit dünyada ilk dəfə, 1951-ci ildə “Amerikan-ekspress” şirkəti tərəfindən verilib.

 

Avropada istifadə olunan əksər pul vahidlərinin adları çəki vahidlərinin adlarından götürülüb. Məsələn, funt, marka, krona, lira və c.

 

İnsanların pula münasibəti də müxtəlifdir. Tədqiqatçıların qənaətinə görə, dünya əhalisinin 92 faizi öz sevgisini tapmaqdan çox, varlı olmağı arzulayırlar. Daha bir maraqlı fakt isə odur ki, planetdə yaşayan insanların dörddə biri elə düşünür ki, yalnız lotereya uduşları ilə varlanmaq olar. Digər bir fakt isə daha acınacaqlıdır. Böyük məbləğdə uduş sahiblərinə olacaq qəsdin ehtimalı digər insanlardan üç dəfə artıqdır.

 

Bencamin Franklinin pul qazanmaqla bağlı belə bir fikri var: “Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək”. Ancaq bu deyimdə qənaətlə xəsislik anlayışlarını səhv salmaq olmaz.

 

Bəs qazanılan pulun boş-boşuna əldən getməməsi üçün nə etmək lazımdır? Bununla bağlı el arasında tez-tez söylənilən tövsiyələr var. İnandırıcı olmasa da, hər halda riayət etməyinə dəyər.

 

“Evdə fit çalmayın”

 

“Pul qabınızdakı xırdaları saymayın”

 

“Gün batandan sonra evdən zibil çıxarmayın”

 

“Axşam vaxtı heç kimə borc verməyin”

 

“Stolun üstündə pul saxlamayın”

 

“Evi ayrı-ayrı süpürgələrlə süpürməyin”

 

“Süfrəni əlinizlə təmizləməyin”

 

“Axşam vaxtı pul saymayın”

 

Əgər yuxuda siçan və tarakan görsəniz, bu büdcənizin zənginləşməsindən xəbər verir.

 

Pul haqqında müdriklərin bir çox dəyərli kəlamları var. Onlardan yalnız birini xatırlatmaq yerinə düşərdi: “Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə pulu hər şeydən üstün tutan insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar”.

 

Ancaq təbii ki, bu deyimlərin, bu yozumların sonluğunda mütləq bir həqiqəti dərk etmək lazımdır ki, insanın ruzusunu yetirən Allahdır. Amma deyildiyi kimi bir şərtlə: Səndən hərəkət, məndən bərəkət.

 

Daha bir həqiqət isə ondan ibarətdir ki, pulsuzluq heç də yoxsulluq demək deyil. Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır...


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olundu
24.09.2018, 19:06

Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olundu

Milli Məclis Ermənistan parlamenti ilə əməkdaşlığı nəzərdə tutan memorandumu imzalamaqdan imtina etdi
24.09.2018, 18:50

Milli Məclis Ermənistan parlamenti ilə əməkdaşlığı nəzərdə tutan memorandumu imzalamaqdan imtina etdi

XİN həkimlərin Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmaya başladı
24.09.2018, 18:47

XİN həkimlərin Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmaya başladı

ADU-da Aleksandr Soljenitsına həsr olunan dəyirmi masa...
24.09.2018, 18:15

ADU-da Aleksandr Soljenitsına həsr olunan dəyirmi masa...

Bakıda daha bir piyada ÖLÜMÜ
24.09.2018, 18:07

Bakıda daha bir piyada ÖLÜMÜ

AzerTelecom “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018, 18:00

AzerTelecom “Türkmentel 2018” sərgisində iştirak edəcək

Marşrutda itən uşaq valideynlərini tapdı - VİDEO
24.09.2018, 17:57

Marşrutda itən uşaq valideynlərini tapdı - VİDEO

Gəncədə həyətyanı sahədə 135 partlamamış sursat tapıldı 
24.09.2018, 17:54

Gəncədə həyətyanı sahədə 135 partlamamış sursat tapıldı 

“Ginnesin Rekordlar Kitabı”na namizəd olan azərbaycanlılar Rusiya televiziyasında
24.09.2018, 17:48

“Ginnesin Rekordlar Kitabı”na namizəd olan azərbaycanlılar Rusiya televiziyasında

Tramp Şimali Koreya lideri ilə yenidən görüşəcək
24.09.2018, 17:42

Tramp Şimali Koreya lideri ilə yenidən görüşəcək

Sərhəddə 18 milyon dollarlıq kokain AŞKARLANDI
24.09.2018, 17:36

Sərhəddə 18 milyon dollarlıq kokain AŞKARLANDI

İlham Əliyev monqolustanlı həmkarı ilə görüşdü - FOTOLAR
24.09.2018, 17:33

İlham Əliyev monqolustanlı həmkarı ilə görüşdü - FOTOLAR

Bağlanan universitetin tələbələri bu ali məktəbə köçürüldü - RƏSMİ AÇIQLAMA
24.09.2018, 17:27

Bağlanan universitetin tələbələri bu ali məktəbə köçürüldü - RƏSMİ AÇIQLAMA

Bakı-Yessentuki-Kislovodsk reysinin QİYMƏTİ
24.09.2018, 17:23

Bakı-Yessentuki-Kislovodsk reysinin QİYMƏTİ

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
24.09.2018, 17:17

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-da
24.09.2018, 17:17

Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-da

Zakir Həsənov bu ölkə ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə etdi
24.09.2018, 17:15

Zakir Həsənov bu ölkə ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə etdi

Azercell  jurnalistlər üçün seminar təşkil etdi
24.09.2018, 17:13

Azercell  jurnalistlər üçün seminar təşkil etdi

Novruz Məmmədov gələn ilin büdcə layihəsini nazirlərin müzakirəsinə çıxardı - FOTOLAR
24.09.2018, 17:11

Novruz Məmmədov gələn ilin büdcə layihəsini nazirlərin müzakirəsinə çıxardı - FOTOLAR

İran paradda törədilən terror aktının baiskarlarını tapdı
24.09.2018, 17:10

İran paradda törədilən terror aktının baiskarlarını tapdı

“Nar” korporativ müştərilərlə növbəti görüş keçirib - FOTO
24.09.2018, 17:09

“Nar” korporativ müştərilərlə növbəti görüş keçirib - FOTO

Ərdoğan sabah dünyaya hansı mesajlar verəcək? – Baş katibdən Modern.az-a AÇIQLAMA
24.09.2018, 17:08

Ərdoğan sabah dünyaya hansı mesajlar verəcək? – Baş katibdən Modern.az-a AÇIQLAMA

“Bakcell”in baş icraçı direktoru rəqəmsallaşmadan danışdı
24.09.2018, 17:08

“Bakcell”in baş icraçı direktoru rəqəmsallaşmadan danışdı

Piratlar 12 dənizçini girov götürdü
24.09.2018, 17:01

Piratlar 12 dənizçini girov götürdü

İcra başçısı 300-ə yaxın it saxlayan vətəndaşı məhkəməyə verdi
24.09.2018, 16:43

İcra başçısı 300-ə yaxın it saxlayan vətəndaşı məhkəməyə verdi

UNEC-in dəyərləri 
24.09.2018, 16:39

UNEC-in dəyərləri 

İtaliya miqrasiya qanunlarını sərtləşdirdi
24.09.2018, 16:37

İtaliya miqrasiya qanunlarını sərtləşdirdi

İŞİD yeni təhlükə yaradır...
24.09.2018, 16:35

İŞİD yeni təhlükə yaradır...

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir - FOTO+VİDEO
24.09.2018, 16:34

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir - FOTO+VİDEO

Maşın sürərkən siqaret çəkmək qadağan edilsin! - Deputatdan maraqlı TƏKLİF   
24.09.2018, 16:31

Maşın sürərkən siqaret çəkmək qadağan edilsin! - Deputatdan maraqlı TƏKLİF  

Konstitusiya Məhkəməsində dollar kreditlərilə bağlı qərara yalnız bu hakim ETİRAZ EDİB
24.09.2018, 16:22

Konstitusiya Məhkəməsində dollar kreditlərilə bağlı qərara yalnız bu hakim ETİRAZ EDİB

İlahiyyat İnstitutunda bütün tələbələrə pulsuz dərsliklər verilib - FOTO
24.09.2018, 16:20

İlahiyyat İnstitutunda bütün tələbələrə pulsuz dərsliklər verilib - FOTO

“Prezidentin yürütdüyü siyasət torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır” - MÜSAHİBƏ
24.09.2018, 16:18

“Prezidentin yürütdüyü siyasət torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır” - MÜSAHİBƏ

“Bu, yaradıcılıq azadlığına məhdudiyyətdir” – Deputatdan ETİRAZ
24.09.2018, 16:11

“Bu, yaradıcılıq azadlığına məhdudiyyətdir” – Deputatdan ETİRAZ

Musa Quliyev: “Hökuməti arxayın oturmağa qoymamalıyıq”  
24.09.2018, 15:58

Musa Quliyev: “Hökuməti arxayın oturmağa qoymamalıyıq”  

ARXİV