Modern.az

Azərbaycan nefti 66 dollar oldu

Azərbaycan nefti 66 dollar oldu

Aktual

11 Dekabr 2017, 23:55

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,79 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,32 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 63,96 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,4 dollar/barel çoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi