Modern.az

ABŞ qoşunlarını Suriyadan çıxarmağı planlaşdırmır

ABŞ qoşunlarını Suriyadan çıxarmağı planlaşdırmır

12 Dekabr 2017, 01:26

"ABŞ İraq və Suriyada terrorçularla mübarizəni davam etdirmək niyyətindədir. Suriyadan qoşunları çıxarmağı planlaşdırmırıq". Modern.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Sara Sanders bildirib.

 

Onun sözlərinə görə, ABŞ qoşunları terrorçular tam zərərsizləşdirilənədək Suriyada qalacaq.

 

Qeyd edək ki, dekabrın 11-də Vladimir Putin Rusiya qoşunlarının Suriyadan çıxarılmasına dair əmr verib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, Rusiya hərbçiləri artıq Suriyadan vətənə qayıtmağa başlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər