Modern.az

Yatağı yatmaq və cinsi əlaqə məqsədi ilə istifadə edin!

Yatağı yatmaq və cinsi əlaqə məqsədi ilə istifadə edin!

12 Dekabr 2017, 09:26

Bəzən insanların əksəriyyəti yuxunun insan həyatındakı rolunu ciddiyə almır və gözardı edir. Psixoloqların fikirlərinə görə, son zamanlarda az qala iki ailədən birində yuxusuzluq probleminin fəsadları özünü göstərir.

Bəs ümumiyyətlə, yuxusuzluq nədir? Niyə yata bilmirik?Yaranma səbəbləri və yaratdığı fəsadlar hansılardır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan psixoloq Ramil Nəcəfli dünyada yuxu probleminin çox aktual olduğunu və bu barədə insanların az məlumatlı olduğunu vurğuladı.

 

“Həyatımızın 3-də bir hissəsini yuxuda keçirdirik. Problemi daha da aktuallaşdıran yuxusuzluğun həyat keyfiyyətinə,  insanın özünə və ətrafdakılara vurduğu ziyandır.

 

Çünki normal yatmayan insanın gündüzlər faydalı  iş əmsalının aşağı düşəcək. Eyni zamanda aqressiv və əsəbi olur. Yuxusuzluq dünyanın bir çox ölkələrində epidemiya olmuş piylənmə, artıq çəki probleminə də səbəb olur. Yuxusuzluğu bir növ həyat tərzi bilmək, bu durumla barışmaq isə daha ciddi problemdir. Belə insanların özləriylə birlikdə başqa insanlara da ziyan vurduğunu görürük”.

Psixoloq deyir ki, yuxusuzluğun yaratdığı 80-a dək psixoloji pozuntu var.

 

“Yuxusuzluqla bağlı 5-6 xəstəlik var.

 

1. Yuxuda nəfəsin kəsilməsi,  

2.İnsomniya-yuxusuzluq,

3.Səyahətlərin əmələ gətirdiyi, ölkənin iqliminə, gecə-gündüz tarazlığının uyumsuzluğundan doğan xəstəlik,

4.Parasomniya-yuxuda ortaya çıxan danışma, gəzmə, sayıqlama hansısa anormal hərəkətlər etmək. Bunlar əsas yuxu xəstəlikləridir.

 

Unutmaq olmaz ki, sağlam yuxu sağlam həyat deməkdir. Gecə normal yatanlar gündüzlər də keyfiyyətli gün yaşaya bilir”.

8 saat yatmaq məcbur deyil, rahat keyfiyyətli və effektiv yuxu yatmaq vacibdir.

 

“Hal-hazırda informasiya yükünün çoxluğu bir növ vaxt çatışmazlığına səbəb olur. İnformasiya bolluğu, müasir texnologiyaların təsiri altında olmaq, adamların çoxunun yaşadığı şəxsi narahatlıqlar, sakit ola bilməmək, qəlb rahatlığının olmaması, oyaq qalmaq insanları  televiziya və ya internet aludəçisinə çevirir.Bir problem də odur ki, son vaxtlarda artıq gecə həyatı sindromu  bir epidemiya halını almaqdadır və  zəmanəmizin kabusuna çevrilib”.

 

Psixiatr Fuad Bəşirov sağlam yuxu yatmaq üçün yuxu gigiyenasına əməl etməyin vacib olduğunu qeyd edib.

 

“Hər gün eyni saatda yatın. Çox yorğun olsanız da normal yuxu saatında yatmağa çalışın.

Hər gün yataqdan eyni saatda qalxın. Gecə necə yatmağınızdan, hansı saatda yatmağınızdan asılı olmayaraq səhər qalxmanız lazım olan saatda qalxın. İstirahət günləri də bu qaydaya əməl edin.

Yatmaq və qalxmaq saatlarına əməl etmək yuxu vaxtının qorunamasında vacibdir.

Yuxudan oyandıqdan sonra yataqda vaxt keçirməyin. İstirahət məqsədi ilə yataqda vaxt keçirmək dincəldici olmamaqda və yuxu ritmini pozmaqdadır.

Özünüzü yatmağa məcbur etməyin, yuxunuz gəlmədən yatağa girməyin. Yatağınızda yarım saat vaxt keçirib hələ də yata bilməmisinizsə, yataqdan qalxın və səssiz bir işlə məşğul olun (misal: kitab oxumaq), və ya ilıq duş, sakitləşdirici musiqi dinləmək kimi rahatladıcı fəaliyətlərlə məşğul olun. Yuxunuzun gəldiyini hiss etdikdə təkrar yatağa uzanın.

 

Məsləhət görülən yuxu dərmanlarınızı yuxu saatınızdan təxminən 1 saat əvvəl alın. Beləcə dərmanın təsiri yuxu saatınızla eyni vaxtda ortaya çıxacaq.

 

Axşam saatlarında siqaret, çay, kofe, kola, enerji içkiləri, spirtli içkilərdən uzaq durun. Bunların yerinə ilıq süd, ada çayı, çobanyastığı çayı kimi içkilərdən istifadə edə bilərsiniz.

 

Ac və ya tox yatmayın (son yemək yuxu saatından təxminən 3 saat əvvəl olmalıdır).

 

Yatağı sadəcə yuxu və cinsi əlaqə məqsədi ilə istifadə edin. Yemək yemək, televiziya izləmək, kompüter, telefonla məşğul olmaq, kitab oxumaq kimi fəaliyyətləri yatağınızda etməyin.

 

Yataq otağının səssiz, qaranlıq və normal temperaturda olmasına dəqqət edin.

 

Axşam saatlarında davamlı olaraq gimnastika və ya yürüyüş edin, ancaq yuxu saatından 3-4 saat əvvəlinə qədər fiziki yorğunluq verən işlərdən uzaq durun.

 

Gündüz saatlarında 1 saatdan artıq yatmayın. Gündüz yuxusu saat 14-15-dən sonraya buraxılmamalıdır.

 

Fərqli yerlərdə yatmamağa diqqət göstərin”.

 

Nəzrin RÜSTƏMOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi