25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Ukraynalı deputat Modern.az-a danışdı: “Saakaşvili Rusiyanın agentidir” - MÜSAHİBƏ
Ukraynalı deputat Modern.az-a danışdı: “Saakaşvili Rusiyanın agentidir” - MÜSAHİBƏ
12.12.2017, 13:57

Ukranya Ali Radasının “Milli Cəbhə” partiyasından olan deputatı, Sumı vilayət administrasiyasının sədr müavini olmuş Oleq Vyaçeslavoviç  Medunitsa Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

- Ukraynadakı hazırki siyasi situasiyanı necə qiymətləndirirsiniz?

- Ukrayna parlament-prezident respublikasıdır. Parlamentdə gərgin siyasi ab-hava hiss olunmur. Ötən həftə parlamentdə dövlət büdcəsi ilə bağlı qanun qəbul olundu və hər hansı gərginlik yaşanmadı. Sadəcə, Ali Rada önündə Saakaşvilinin tərəfdarları aksiya keçirirlər. Amma istənilən halda, belə etirazlar dövlət orqanlarının fəaliyyətinə hər hansı mənfi təsir göstərmir.

- Ukrayna prezidenti Pyotr Poroşenkonun fəaliyyətinə necə baxırsınız? Çoxları onu korrupsiyaya qarşı passiv mübarizədə, ölkəni silahlı münaqişədən xilas etməməkdə və əhalinin sosial vəziyyətini yaxşılaşdırmamaqda ittiham edir.

- Bu çox səthi fikirlərdir. Çünki Ukraynada Ali Rada və baş nazir sosial sahədə daha geniş səlahiyyətlərə malikdir və buna cavabdehlik daşıyırlar. Amma nəzərə alsaq ki, prezidentin rəhbərlik etdiyi blok Radada 30%-lik yerə sahibdir, bu sahədə problemlərin olduğunu deyə bilərik.

Yeni hökumət dövründə korrupsiya faktları və sosial rifahın yüksəlişi üçün müəyyən addımlar atılıb. Təkcə mən və ya Radanın digər deputatları deyil, həmçinin, Avropadakı deputatlar da Ukraynada son illər korrupsiyanın əsaslı şəkildə azaldığını qeyd ediblər. Bu gün ukraynalı məmurlar, deputatlar, yerli idarəetmə orqanlarının üzvləri nəinki əmlak və vergi bəyannaməsi verməlidir, həmçinin, onların ailə üzvləri və qohumlarının əmlak və vergi bəyannamələrinə diqqət yetirilir. Ona görə də korrupsiya ilə mübarizədə hər şeyin elə də pis olmadığını demək istərdim. Digər tərəfdən, Rusiya ilə müharibə vəziyyətində olduğumuz üçün hərbi xərclərimiz çox yüksəkdir. Bu isə Ukrayna hökumətinə sosial rifahı yüksəltməyə mane olan amillərdən sayılmalıdır.  Buna rəğmən, ölkənin şərqində hərbi əməliyyatlar başlanandan sonra əmək haqları xeyli artırılıb.

- Ukraynada korrupsiya ilə mübarizə məqsədilə yaradılmış qurumların arasında tez-tez münaqişələr yaşanır. Onlar bir-birini qeyri-şəffaf fəaliyyətdə ittiham edir. Bu fonda Avropa Birliyi də Ukraynaya ayırmaq istədiyi 600 milyon avroluq tranşı korrupsiya ilə passiv mübarizə səbəbindən dayandırıb.

- Mən deməzdim ki, bu makroiqtisadi yardım tranşı tam ləğv edilib, sadəcə dondurulub. Avropa Birliyindən 1,8 milyard avro yardımın alınması ilə bağlı sazişi imzalayan zaman Ukrayna Avropa Birliyi qarşısında bir sıra öhdəliklər götürmüşdü. Bu öhdəliklərdən biri korrupsiya işlərinə baxacaq xüsusi Antikorrupsiya Məhkəməsinin yaradılması idi. Ölkənin Baş prokuroru, Antikorrupsiya Bürosunun rəhbəri və s. şəxslər yaxın zamanlarda Ali Rada qarşısında çıxış edərək, həyata keçirilən işlər barədə geniş məlumat verəcəklər.

 

- Növbəti sualım Mixail Saakaşvili ilə bağlıdır. Son vaxtlar o, Ukrayna gündəminin əsas simasına çevrilib. Vətəndaşlıqdan məhrum olunması, barəsində cinayət işinin açılması ona bütün dünyada böyük diqqət çəkib. Siz Ukrayna siyasi səhnəsində Mixail Saakaşvilinin gələcəyini necə görürsünüz?

- İlk olaraq, qeyd etməliyəm ki, Pyotr Poroşenko Mixail Saakaşvilini Ukraynaya dəvət etməklə böyük səhv edib. O, hazırda etirazçı elektorata başçılıq edir və bu yolda bütün vasitələrə əl atıb. Onun iqtisadi cinayətlər törədən qruplarla əlaqəsi və hazırda Rusiyada yaşayan iş adamlarından maliyyə alması faktı mənim üçün açıq-aydın ortadadır. Onun əsas tapşırığı Rusiya Federasiyasının maraqları daxilində Ukraynada siyasi stabilliyi pozmaqdır. Ona görə də yerli hüquq-mühafizə orqanlarının onun barəsində açdığı cinayət işini dəstəkləyirəm. O, Rusiya xüsusi xidmət orqanlarının agentidir.

-Mixail Saakaşvilinin aksiyalarına minlərlə insan çıxır. O, ölkənin işıqlı gələcəyi üçün çalışdığını deyir. Siz onun vədlərinə inanırsınızmı?

- Əsla yox. Məncə o, emosional baxımdan tarazlığı pozulmuş bir insandır. O, Ukrayna xalqının maraqlarını deyil, öz siyasi məqsədlərini güdür. Gürcüstandan olan həmkarlarımla söhbətim zamanı onlar da Saakaşvili dövründəki müəyyən müsbət dəyişikliklərlə yanaşı, çoxsaylı neqativ halları sadalayırlar. Bu səbəbdən onun Gürcüstandakı siyasi gücü də artıq parçalanıb.

 

-Siz Ukrayna ilə Rusiya arasındakı Krım və Donbas münaqişələrinin həllini necə görürsünüz? Artıq 4-cü ildir ki, bu bölgədə döyüşlər gedir və tərəflər sülhə yaxınlaşmaqda çətinlik çəkir. Ukrayna ərazi bütövlüyün hansı yolla bərpa edə bilər?

 

-Rusiya ilə Ukrayna arasındakı münasibətlərə gəlincə, yaxın perspektivdə münaqişənin həllinə inamım yoxdur. Aydın məsələdir ki, Moskva münaqişənin konservasiyasına çalışır. Bu,  Rusiyanın digər postsovet ölkələrində yaratdığı problemlərə oxşarlıq təşkil edir. Krım və Donbas münaqişələrində irəliləyiş olmadan onları həll etmək mümkün deyil.

 

- Münaqişə səbəbindən rus və Ukrayna xalqları arasındakı dost münasibətlərə də xələl gəlib. Azərbaycanda Ermənistan cəmiyyəti ilə münasibətləri nizamlamaq üçün əsası Tbilisidə qoyulan Sülh Platforması yaradılıb. Platformaya münaqişə tərəfləri ilə yanaşı, bir sıra ölkələrin, o cümlədən Radanın deputatları da dəstək verib. Sizcə, Rusiya ilə Ukrayna xalqları arasında münasibətlər belə bir platforma çərçivəsində həll oluna bilər?

- Azərbaycanda yaşayan ermənilərin sayı ilə Ukraynada yaşayan rusların sayı arasında böyük fərq var. Bizdə 8 milyona qədər etnik rus yaşayır və onlar bütün dövlət strukturlarında təmsil olunurlar. Ukraynada xarici işlər naziri, Radanın 40-dan artıq deputatı, bir sıra şəhər merləri, ordu zabitləri etnik rusdurlar. Ukraynada rus icması ilə bağlı heç bir problem yoxdur. Əsas problem ölkəmizə döyüşməyə gələn Rusiya vətəndaşları, hərbçiləri ilə bağlıdır. Bildiyiniz kimi, Rusiyada federal telekanallar dövlət şirkətlərinə məxsusdur. Bu səbəbdən onların efirində hakimiyyətin maraqlarına xidmət edən, vətəndaşlarda yanlış təsəvvürlər yaradan verilişlər gedir. Rusiyanın təbliğat maşını çox böyük təhlükə törədir və rusların beynini yumaqla məşğul olur.

 

- Oleq Vyaçeslavoviç, siz və partiyanız Dağlıq Qarabağ münaqişəsinin həllini necə görürsünüz?

- Bizim mövqeyimiz bundan ibarətdir ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İnanıram ki, Azərbaycan prezidenti və hökuməti Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra Qarabağda yaşayan ermənilərin bu bölgədə yaşamasını üçün təminatlar və hüquqlar verəcək. İstənilən halda, Qarabağ Azərbaycanın torpağıdır və Ukrayna Azərbaycanı dəstəkləyir.

- Ukrayna, bütövlükdə postsovet ölkələrinin gələcəyini 20-30 il sonra necə görürsünüz?

- Düşünürəm ki, region Rusiyanın simasında “böyük qardaş”dan azad olsa, həm Azərbaycan, həm Ukrayna, həm də digər ölkələr sülh və rifah içində yaşayacaq. Əgər bu baş verməsə, Rusiya regionda mövcudluğunu saxlasa, qorxuram ki, münaqişə hələ çox davam edəcək. İstənilən halda, gələcəklə bağlı nikbinəm. Ümid edirəm ki, postsovet ölkələri bu çətin sınaqdan üzüağ çıxacaqlar və demokratik, sülh və firavanlıq içində mövcud olacaqlar.


Vüqar İSMAYILOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əfqanıstan hökuməti Talibanla Bakıda danışıqlar aparacaq? – XİN-dən AÇIQLAMA
25.06.2018, 15:16

Əfqanıstan hökuməti Talibanla Bakıda danışıqlar aparacaq? – XİN-dən AÇIQLAMA

Azərbaycan 70-dən çox yeni gəmi alacaq
25.06.2018, 15:12

Azərbaycan 70-dən çox yeni gəmi alacaq

Yasamalda qadına zor tətbiq edib çantasını alan şəxs tutuldu
25.06.2018, 15:05

Yasamalda qadına zor tətbiq edib çantasını alan şəxs tutuldu

Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ  
25.06.2018, 15:05

Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ  

Bakıda Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları keçiriləcək
25.06.2018, 15:03

Bakıda Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları keçiriləcək

“Keçmiş müdafiə naziri kimi bir arzum var” - Tahir Əliyev
25.06.2018, 14:57

“Keçmiş müdafiə naziri kimi bir arzum var” - Tahir Əliyev

Azərbaycanlı BP-yə vitse-prezident təyin olundu
25.06.2018, 14:55

Azərbaycanlı BP-yə vitse-prezident təyin olundu

İlham Əliyevdən Zakir Həsənov və Nəcməddin Sadıkovla bağlı SƏRƏNCAM
25.06.2018, 14:48

İlham Əliyevdən Zakir Həsənov və Nəcməddin Sadıkovla bağlı SƏRƏNCAM

Prezident onlara general rütbəsi verdi - SİYAHI 
25.06.2018, 14:40

Prezident onlara general rütbəsi verdi - SİYAHI 

Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 4 milyard dolları ötüb
25.06.2018, 14:20

Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 4 milyard dolları ötüb

AŞPA-nın yeni prezidenti seçildi
25.06.2018, 14:12

AŞPA-nın yeni prezidenti seçildi

“Qırmızı körpü”nün sındırıldığı yerdən REPORTAJ
25.06.2018, 14:07

“Qırmızı körpü”nün sındırıldığı yerdən REPORTAJ

İnce Ərdoğanı təbrik edəcək: “Məğlub olmuşuqsa, bunu qəbul etməliyik”
25.06.2018, 13:49

İnce Ərdoğanı təbrik edəcək: Məğlub olmuşuqsa, bunu qəbul etməliyik

Türkiyə ordusu 24 terrorçunu məhv etdi
25.06.2018, 13:45

Türkiyə ordusu 24 terrorçunu məhv etdi

BMqT-nin nümayəndəsi qaçqın problemi haqda məlumatlandırıldı   
25.06.2018, 13:41

BMqT-nin nümayəndəsi qaçqın problemi haqda məlumatlandırıldı  

“Hərbi paradla çox ciddi siyasi mesajlar veriləcək” - Politoloq gözlənilən hadisəni ŞƏRH ETDİ
25.06.2018, 13:36

“Hərbi paradla çox ciddi siyasi mesajlar veriləcək” - Politoloq gözlənilən hadisəni ŞƏRH ETDİ

Türkiyə parlamentinin Şuşadan olan azərbaycanlı millət vəkili Modern.az-a DANIŞDI
25.06.2018, 13:18

Türkiyə parlamentinin Şuşadan olan azərbaycanlı millət vəkili Modern.az-a DANIŞDI

Xızıda maşın aşdı - sürücü öldü
25.06.2018, 13:12

Xızıda maşın aşdı - sürücü öldü

Sabahkı istilərlə bağlı rəsmi XƏBƏRDARLIQ
25.06.2018, 13:10

Sabahkı istilərlə bağlı rəsmi XƏBƏRDARLIQ

“Türkiyə mühüm bir mərhələyə qədəm qoydu” - Depuat seçkiləri QİYMƏTLƏNDİRDİ
25.06.2018, 12:44

“Türkiyə mühüm bir mərhələyə qədəm qoydu” - Depuat seçkiləri QİYMƏTLƏNDİRDİ

İran prezidenti də Ərdoğanı təbrik etdi
25.06.2018, 12:44

İran prezidenti də Ərdoğanı təbrik etdi

Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI   
25.06.2018, 12:38

Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI  

Tərcümə Mərkəzinin nəşrləri xarici mətbuatda
25.06.2018, 12:30

Tərcümə Mərkəzinin nəşrləri xarici mətbuatda

Saxta manatı dollara satmaq istəyən Gəncə sakini saxlanıldı
25.06.2018, 12:28

Saxta manatı dollara satmaq istəyən Gəncə sakini saxlanıldı

Xanım jurnalistə ağır itki üz verdi   
25.06.2018, 12:28

Xanım jurnalistə ağır itki üz verdi  

Nərimanovda piyadanı vurub öldürən sürücü tutuldu
25.06.2018, 12:27

Nərimanovda piyadanı vurub öldürən sürücü tutuldu

Yerevan meriyası önündə aksiyalar BAŞLAYIB
25.06.2018, 12:23

Yerevan meriyası önündə aksiyalar BAŞLAYIB

Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi   
25.06.2018, 12:18

Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi  

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”
25.06.2018, 12:15

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”

Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki… - Deputat istiqamətləri sadaladı   
25.06.2018, 12:12

Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki… - Deputat istiqamətləri sadaladı  

1 ton 400 kq narkotik dövriyyədən çıxarılıb - Əli Həsənov
25.06.2018, 12:05

1 ton 400 kq narkotik dövriyyədən çıxarılıb - Əli Həsənov

Dəmirəlin doktoru, Bülent Arınçın oğlu, “Fənərbaxça”nın keçmiş futbolçusu deputat seçildi
25.06.2018, 11:58

Dəmirəlin doktoru, Bülent Arınçın oğlu, “Fənərbaxça”nın keçmiş futbolçusu deputat seçildi

Azərbaycanın ÜDM-i artıb: Nazir tapşırıq verdi
25.06.2018, 11:54

Azərbaycanın ÜDM-i artıb: Nazir tapşırıq verdi

Baytarlıq Xidmətinin rəhbərliyi yoxlama apardı
25.06.2018, 11:51

Baytarlıq Xidmətinin rəhbərliyi yoxlama apardı

Leysan yağışları Daşkəsəndə problem yaratdı
25.06.2018, 11:25

Leysan yağışları Daşkəsəndə problem yaratdı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(11.3%)
Braziliya(25.2%)
Almaniya(10.4%)
İngiltərə(2.17%)
Portuqaliya(11.7%)
İspaniya(5.65%)
Fransa(4.34%)
Belçika(2.60%)
Seneqal(3.47%)
Rusiya(23.0%)