Modern.az

Məşhurlarla görüşdən xatirələr: “Heydər Əliyev həbsimə imkan vermədi” - Tahir Kərimli  

Məşhurlarla görüşdən xatirələr: “Heydər Əliyev həbsimə imkan vermədi” - Tahir Kərimli   

12 Dekabr 2017, 15:04

Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər.

Modern.az saytı “Məşhurlarla görüşdən xatirələr” adlı yeni rubrikaya başlayır. Rubrikamızda deputatlar  məşhur simalarla görüşlərdən yadda saxladıqları xatirələri bölüşəcəklər.

İlk müsahibimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimlidir.

Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyevlə görüşlər...

Deputat  bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında maraqlı məqamlar qaldığını bildirib.

“Bir çox ölkələrin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların məşhur nümayəndələri,  eləcə də Azərbaycanın eks-prezidentləri Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyevlə müxtəlif görüşlərim olub. Həmçinin, böyük mədəniyyət xadimləri Tahir Salahov, Zeynəb Xanlarova ilə də dialoqlarımız olub.

“Heydər Əliyev mənə iş təklif etdi”

T.Kərimli deyib ki, məşhurlarla keçirdiyi görüşlərin ən yadda qalanlarından biri görkəmli dövlət xadimi, mərhum Heydər Əliyevlə olub:

“1993-cü ildə Azərbaycanda ən ağır vaxtları idi. Prezident Əbülfəz Elçibəy çıxıb Kələkiyə getmişdi, AXC hökumətinin bəzi məmurları istefaya göndərilmişdi. Mən bir növ tək qalmışdım. Həmin vaxtlarda Ali Sovetin rəhbərliyinə gətirilən mərhum Heydər Əliyev Bakıda məni qəbul etdi. Onunla çox səmimi görüşümüz oldu. Qeyd edim ki, Heydər Əliyev hakimiyyətə gəlməzdən əvvəl onu müdafiə etmişdim. Demişdim ki, ağsaqqaldı, ona qarşı kobudluq etməyin. Ona görə də Heydər Əliyev mənimlə işləmək istəyirdi. Mənə iş təklif etdi. Amma mən imtina etdim, dedim ki, mənim öz prezidentim var. Heydər Əliyev dedi ki, “hamı mənimlə işləmək istəyir, amma sən iş təklifimi qəbul etmirsən. Onda get öz prezidentinin yanına - Kələkiyə”. Sonra mənə dedi ki, Ali Məhkəmədə işləmək istəmirəmsə, Prezident Aparatında vəzifə verə bilər”.


“Rəhmətlik tutulmağıma imkan vermədi”


T.Kərimli bildrib ki, 1990-1995-ci illərdə deputat olduğu müddətdə çox kəskin çıxışlar edib.


“Belə çıxışlar çoxlarını vahimələndirsə də, mən heç kimdən qorxmurdum.  Çünki nə var-dövlət toplamışdım, nə də özüm üçün kimdənsə xahişlər etmişdim. Bunu da Heydər Əliyev bilirdi. Açığı deyim ki, mənə hörməti vardı. Bəlkə də o səbəbdən mənim tutulmağıma imkan vermədi. Görüşümüz zamanı çay gətizdirdi. Onunla mehriban söhbət etdik. Dedi ki, “sağol, 70 illiyimdə məni təbrik etmək üçün  nümayəndə heyəti göndərmisən”.
Yəqin ki, görüşümüzün səs yazısı qalar.  Mən Ali Sovetdə Heydər Əliyevə demişdim ki, o, siyasət aləminin balinasıdır. Rəhmətlik də həmin görüş zamanı gülə-gülə bu sözü xatırlatdı ki, ona belə demişəm”.


“Deputatlar mənə qarşı kəskin çıxışlar edirdilər”

Tahir Kərimlinin sözlərinə görə, o zamanlar Ali Sovetdə ona qarşı kəskin çıxışlar edən deputatlar vardı.

“Heydər Əliyevlə görüşümüzdə o, mənə dedi ki, “sənin özününkülər də sənə qarşı kəskin çıxışlar edirlər”.  Rəhmətlik mənim  Ali Sovetin tribunasından səsləndirdiyim bir lətifəni də xatırlatdı.
Heydər Əliyev dedi ki, “gəl, bir yerdə işləyək, sənə hörmətim var. Həyat yolunun hamısını bilirəm. Sən də mənim ki çox enişli-yoxuşlu yol keçmisən”.
Doğrudan da, Heydər Əliyev çox keşməkeşli həyat yolu keçib. Ona görə mənim ona həmişə böyük hörmətim olub. Onun yüksək natiqlik qabiliyyəti vardı, səliqəsinə çox fikir verərdi, əsl diplomatik adam idi.  Allah rəhmət eləsin”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir