Modern.az

Cavanşir Quliyevdən hamını təəccübləndirən İDDİA - Bəstəkarlar ŞƏRH ETDİLƏR  

Cavanşir Quliyevdən hamını təəccübləndirən İDDİA - Bəstəkarlar ŞƏRH ETDİLƏR   

12 Dekabr 2017, 15:54

Musiqi duyğu və düşüncələri ifadə edən səslərin təşkil sənətidir. Not da bu səslərin simvollaşdırma üzrə yazıya tökülmüş halıdır .

Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünəməxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçib. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olub. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilib.

Musiqidə 7 not var. Yəni hər kəsə bu cür məlumdur. Amma Modern.az saytının əməkdaşı tanınmış bəstəkar, hazırda Şimali  Kiprdə yaşayan Cavanşir Quliyevlə həmsöhbət olan zaman musiqiçilərə bəlli, amma əksəriyyətin eşitmədiyi fikirlərin şahidi olub.  Bəstəkar söhbət zamanı  “7 not - əvvəla, 7 deyil, 12-dir.  Bizim musiqidə isə 17-dir”  deyib.

Bu baxımdan Modern.az saytı notlarla bağlı vəziyyətə aydınlıq gətirmək üçün Azərbaycanın məşhur bəstəkarlarına müraciət etdi.


Xalq artisti, bəstəkar  Eldar Mansurov:

“Dünyada 12 not olduğu müəyyən edilib. 17 isə pərdədir, not başqa şeydir”.


Xalq artisti, bəstəkar Faiq Sücəddinov:

“Ümumiyyətlə bu, klassik fikirdirsə, musiqidə 7 not var, 8-ci təkrar olunur. Amma orada qara dillər var və ona görə də 12 not deyirlər.

Cavanşir Quliyev peşəkar bəstəkardır. Onun dedikləri doğrudur. Amma məktəblərdə, elm-təhsil ocaqlarında deyirlər ki, 7 not olmalıdır.  Müasir musiqidə isə 12 not var.

17 not məsələsi Şərq musiqisinə aiddir. Bilirsiniz, indi icadlar edirlər. Məsələn,  alətlərə yeni , bəlli olmayan sim əlavə edirlər, hansı ki, onun ayrı açarı var. Ümumiyyətlə, musiqi bir dəryadır, kosmosdur. Nə qədər dərinliyə getsən, bir o qədər də yeni suallar ortaya çıxır. Bu, böyük elmdir”.


Xalq artisti, bəstəkar
  Arif Məlikov:

“Bu, professional söhbətdir. Bizim keçmişimiz xalqla çox bağlıdır, tarixə baxanda keçmiş müasir səslənir. Ona görə də bununla müasir profesionallar məşğul olurlar.

Bilirsiniz, mən özümü yaxşı hiss etmədiyim üçün sizə cavab verə bilməyəcəm. Digər tərəfdən mən təklif edirəm ki, profesionallar bu işlə ciddi məşğul olsunlar”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir