Modern.az

Misir Mərdanov 25 müəllimə şiddətli töhmət verib

Misir Mərdanov 25 müəllimə şiddətli töhmət verib

Ölkə

20 Noyabr 2009, 17:55

ÖTƏN DƏRS İLİNDƏ BURAXILIŞ İMTAHANLARINDA ZƏİF NƏTİCƏ GÖSTƏRƏN MƏKTƏBLƏRİN DİREKTORLARI CƏZALANDIRILACAQ

  

Təhsil Nazirliyi ötən dərs ilində orta məktəblərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş test imtahanlarının nəticələrinə müvafiq olaraq həmin təhsil ocaqlarında araşdırmalara başlayır. Bununla bağlı təhsil naziri Misir Mərdanov müvafiq əmr imzalayıb.

Nazirlikdən Modern.az-a bildirlib ki, imtahanlarda şagirdləri daha aşağı nəticə göstərən məktəblər və peşə liseylərinin rəhbərlərinə ciddi xəbərdarlıq ediləcək, onların vəzifə məsuliyyətinə baxılacaq.

 

Təhsil Nazirliyinin nümayəndələri təhsil şöbələrinin müdirləri ilə birlikdə buraxılış imtahanının nəticələrini və yeni dərs ilində qarşıda duran vəzifələri rayon (şəhər) təhsil şöbələrinin təhsilyanı şura iclaslarında geniş müzakirə edəcəklər. M.Mərdanovun göstərişi ilə nəticələri aşağı olmuş məktəblərdə vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görülməlidir. Buraxılış imtahanında şagirdləri daha aşağı nəticə göstərən ümumtəhsil məktəblərinin və peşə liseylərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilməklə bu vəziyyətin davam edəcəyi təqdirdə onların vəzifə məsuliyyətinə baxılacaq.

 

Nazirlikdən deyiblər ki, çoxsaylı şagirdləri buraxılış imtahanında iştirak etməyən məktəblərdə bunun başvermə səbəbləri araşdırılacaq, nəticəsindən asılı olaraq, məktəb rəhbərləri haqqında müvafiq tədbirlər görüləcək.

Bununla yanaşı, M.Mərdanovun əmri ilə ötən dərs ilində orta təhsil pilləsi üzrə buraxılış imtahanlarında öz vəzifələrinə məsuliyyətlə yanaşmış, imtahanın keçirilməsi üçün nümunəvi şərait yaratmış 29 məktəb direktoruna və 14 müəllimə təşəkkür elan edilib.

 

Eyni zamanda imtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri üçün 25 nəzarətçi müəllimə intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

  

Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi