20 aprel 2018, Cümə
Ana Səhifə - REPORTAJ - “Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR
“Dərdimiz heç vaxt sağalmayacaq” - “Aprel şəhidi”, kapitan İnqilab Quliyevin həyat yoldaşı - FOTOLAR +
13.12.2017, 08:35

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Azərbaycan Silahlı Qüvvələrinin şəhid kapitanı, “Aprel döyüşləri”ndə qəhrəmancasına həlak olmuş İnqilab Quliyevin həyat yoldaşı Lalə Quliyevadır.


Qısa arayış: Əslən Kəlbəcər rayonundan olan İnqilab Quliyev 1983-cü ildə anadan olub. Ailəli idi; iki oğlu yadigar qalıb. Kapitan İnqilab Quliyev 2016-cı ilin aprel ayında cəbhədə baş verən şiddətli döyüşlərdə şəhid olub.

Aprelin 5-i İnqilab Quliyev Gəncə şəhərinin Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.
İnqilab Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.


Şəhidin həyat yoldaşı Lalə Quliyeva İnqilab Quliyevlə münasibətlərinin tanışlıq üzərində  qurulduğunu deyir.

Ailənin bəyəndiyi qızı sevib evlənən hərbçi

“İnqilabın bacısı ilə bir sinifdə oxumuşduq. Elə İnqilabın anası da məni o cür tanışlıqla bəyənib. Sonra İnqilabı evləndirmək istəyəndə məni göstəriblər. O da bəyənib və biz ailə həyatı qurmuşuq. Belə tanış olmuşuq. Tanış olandan sonra aramızda sevgi yaranıb. İkimiz də Gəncədə yaşamışıq. Ali təhsilim yoxdur. Tanış olan vaxtlarda İnqilab hərbçi idi. Naxçıvanski adına Hərbi Liseyi bitirmişdi. Peşəsini elə sevirdi ki, bu sevginin qarşısında onu işindən geri çəkindirmək haqqında düşünməmişəm. Bir insan sevə-sevə hərb sahəsini seçmişdisə, onu işdən necə ayırmaq olar?!”.


““Ata” yox, “dədə” deyirdilər”

Lalə Quliyeva övladlarının ata sevgisindən də söz açıb: “2 oğlumuz var. Birinin 5, digərinin 4 yaşı var. İnqilabın arzuları yarımçıq qaldı. Övladları ilə bağlı o qədər arzuları vardı ki! Həmişə onların yaxşı təhsil alması barədə düşünürdü. Hər bir ata kimi onun da arzuları vardı. Amma müharibə onun arzularını ürəyində qoydu. Uşaqlar balaca olanda İnqilaba “ata” yox, “dədə” deyirdilər. Ona görə də İnqilab şəhid olandan sonra “mən dədəm kimi böyüyəcəm” söyləyirlər. İnqilab uşaqlarla elə səmimi vaxt keçirirdi ki! Onlarla uşaq dilində danışır, belində gəzdirir, başlarını qatırdı. İnqilab evdə olanda uşaqlar onunla heç darıxmırdılar. Heç vaxt uşaqlarının hərbçi olub-olmamaq istəyini dilə gətirmədi.  O qədər gözəl xasiyyəti vardı ki! İnqilab kimi insan dünyaya az gəlir”.

“Narahat olmayın, gələcəm”

Şəhidin həyat yoldaşı İnqilabın sağ-salamat gələcəyini son günə qədər gözləyib:


“İnqilabın  bir dəfə də olsun hərb, müharibə məsələlərindən danışdığını xatırlamıram. İşinin məxfi qalmasına çalışırdı. 2016-cı ilin Novruz bayramında bir yerdə olduq. Bayramın səhəri getdi. Sonra martın 31-də evə gəldi. Amma bu gəliş elə-belə gəliş deyildi. Çünki çantasını toplayıb getdi. Əslində, İnqilab vəziyyətin çətin olduğunu bilirdi. Buna baxmayaraq, bu  dəfə də heç nə demədi. Heç müharibədən, cəbhədəki gərginlikdən danışmadı. “Təlimə gedirik” dedi. Aprelin 1-i zəng etsək də, zəng çatmadı. Aprelin  2-si zəng edəndə “siz zəng etməyin, mənə edəcəm” dedi. Sonra bir neçə dəfə zəng etdi. Axırıncı zəngimiz aprelin 4-ü saat 6-nın yarısı danışdıq. Artıq aprelin 1-də mətbuatdan, televiziyadan dəhşətli xəbərlər almağa başladıq. Çox narahat idim. İnqilab isə vəziyyətin yaxşı olduğunu deyirdi. Mən İnqilabın sağ-salamat geri qayıdacağına inanırdım. Çünki o, elə ümidli danışırdı ki!  Hər dəfə efirdə xəbərləri izləyəndə içimdə bir narahatlığın olduğunu deyirdim. O isə “narahat olmayın, gələcəm” deyirdi. Anası da çox narahat idi. Nəsə bir hadisənin baş verəcəyindən qorxurdu. Sanki ona əyan olmuşdu. Təbii, hamımız narahat idik. İnqilabdan yaxşı xəbərlər gözləyirdik. Allaha dua edirdik ki, hamının əri, oğlu, qardaşı sağ-salamat evinə qayıtsın. Bizimki də onun içində. Amma dualarımız da qəbul olunmadı. İnqilabın cənazəsini aprelin 5-i gecə saat 2-nin yarısı gətirdilər.

İnqilab Tərtərdə olan vaxt anası da Tərtərdə o biri oğlugildə qalırdı. Biz Tərtərə getmək istəsək də, yolların bağlı olduğunu demişdilər. Elə oldu ki, İnqilabın cənazəsi gətirilməzdən qabaq anasını Gəncəyə göndərmişdilər. Qəfil xəbəri vermək istəmirdilər. Anası İnqilabın yaralı olduğunu bilirdi. Şəhid olduğundan xəbərsiz idi”.


“Ay Allah, dədəm evə gəlsin”

Lalə Quliyeva deyir ki, uşaqların hərəkətləri qarşısında ancaq susurlar:


“İndi də hər dəfə qapı döyüləndə uşaqların ikisi də qapıya atalarının gələcəyi ümidi ilə qaçırlar. Böyük oğlum aynanın qarşısına keçib əlini göyə qaldırıb deyir ki, “ay Allah bir istəyim var səndən. Dədəm bir dəfə də olsa, evə gəlsin”.
Uşaqlar İnqilabın şəhid olduğunu bilirdilər. Cənazəsi evə gələndə böyük oğlum dedi ki, “qutunun içindəki dədəmdir. Ona deyin, durub mənimlə yatsın”. Baxmayaraq ki, yaşları azdır, amma atalarının yoxluğunu dərk edirlər. Amma hər dəfə atalarının evə gəlməsini istəyirlər. İnqilab şəhid olandan sonra uşaqlar gecələri ixtiyarsız olaraq ağlayırdılar. Məndən bir cavab ala bilməyəndə nənələrindən soruşurdular ki, “dədəm hardadır?”.  “Dədəniz göylərdədir” cavabını  verəndə böyük adam kimi nənələrini qucaqlayıb ağlayırdılar.


Mənə indi fərqli suallar verirlər: “Niyə dədəmiz evə gəlmir? Niyə işdə qalır?”. Bir dəfə Tərtərə getmişdik. Orada da “dədəm bura gələcək. İndi işdədir” demişdilər. Böyük oğlum hazırlığa gedir. Hələ məktəbə getmir. Kağıza öz bildiyi şəkli çəkib deyir ki, “bu atam, bu anam, bu qardaşım, bu da  mənəm”. Övladlarımın hərbçi olmaq qərarlarına ana olaraq qarşı çıxmaram. Vətənə layiqli xidmət etsinlər. Amma şəhid xəbərlərini almaq istəmirəm”.


Təsəlli - “İnqilab aramıza yenə qayıdacaq”

Şəhidin xanımı indi İnqilabla bağlı təsəllini öladlarından aldığını deyir:

“İnqilabın ətrini övladlarından alıram. Sağlığında bir neçə ətir almışdı mənə. O ətirləri istifadə etmirəm ki, birdən qurtarar. Onlar mənim üçün İnqilabdan xatirədir. Bir insanı itirmək çox ağırdır. Sözlə ifadə edə bilmirəm. Hətta uşaqlarım olmasaydı belə, İnqilabın atasıgili tərk edib getməzdim. Yenə də burada qalardım. Onun ata-anası mənim də ata-anamdır. Heç bir fərqi yoxdur. Müharibənin adından belə qorxuram. Sevdiyimi, uşaqlarımın atasını bizdən aldı. Dərdimiz heç vaxt sağalmayacaq. Gözümüzün suyu dayanmır. Yaşadığımız günlər yadına düşəndə özümə yer tapa bilmirəm. Siması hər gün gözümün önündə canlanır. İçimdə bir təsəllim var. İnqilab ölməyib. Bəlkə geri qayıtdı. Bu, hərb işidir. Heç nəyi dəqiqliklə demək olmaz. Bəlkə İnqilab aramıza yenə qayıdacaq. Həyatdı. İnqilab şəhid olandan sonra toy kasetimizi və şəkillərimizi telefona yükləmişəm. Tez-tez  xoşbəxt günlərimizə həsrətlə baxıram. Nişan üzüyümüzü isə ən müqəddəs əşya kimi qoruyub saxlayıram”.  


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ Senatı NASA-nın yeni direktorunu təsdiqlədi
20.04.2018, 08:55

ABŞ Senatı NASA-nın yeni direktorunu təsdiqlədi

Həkim səhvinin qurbanı olan məşhur aktrisa - Münəvvər Kələntərli deputat olmaq istəyirmiş - FOTOLAR
20.04.2018, 08:35

Həkim səhvinin qurbanı olan məşhur aktrisa - Münəvvər Kələntərli deputat olmaq istəyirmiş - FOTOLAR

Manatın bugünkü MƏZƏNNƏSİ
20.04.2018, 08:28

Manatın bugünkü MƏZƏNNƏSİ

Azarkeşlər futbolçunun boğazını kəsdilər
20.04.2018, 00:16

Azarkeşlər futbolçunun boğazını kəsdilər

Lənkəranda evdə partlayış: ağır yaralı var
20.04.2018, 00:03

Lənkəranda evdə partlayış: ağır yaralı var

Məşhur aktyor Ermənistana səfər edəcəyi ilə bağlı xəbərləri inkar etdi
19.04.2018, 23:58

Məşhur aktyor Ermənistana səfər edəcəyi ilə bağlı xəbərləri inkar etdi

Azərbaycanın bu bölgəsi silkələndi: Əhali təşviş içində   
19.04.2018, 23:37

Azərbaycanın bu bölgəsi silkələndi: Əhali təşviş içində  

Neftin qiyməti 100 dolları ötəcəkmi? - PROQNOZ
19.04.2018, 23:26

Neftin qiyməti 100 dolları ötəcəkmi? - PROQNOZ

İlon Mask planetləri axtarmaq üçün kosmosa peyk göndərdi
19.04.2018, 23:15

İlon Mask planetləri axtarmaq üçün kosmosa peyk göndərdi

Şenol Günəşin başı yarıldı - Derbi yarımçıq qaldı 
19.04.2018, 23:13

Şenol Günəşin başı yarıldı - Derbi yarımçıq qaldı 

Türkiyə parlamenti erkən seçkilərin keçirilməsi haqqında qərarı təsdiqlədi
19.04.2018, 22:57

Türkiyə parlamenti erkən seçkilərin keçirilməsi haqqında qərarı təsdiqlədi

İraq Suriyanı bombaladı
19.04.2018, 22:45

İraq Suriyanı bombaladı

Erməni əsgərləri maykasız və tumansızdır - Paşinyan ordunu ifşa etdi
19.04.2018, 22:34

Erməni əsgərləri maykasız və tumansızdır - Paşinyan ordunu ifşa etdi

Almaniyada azərbaycanlı iş adamının bank hesabına səhvən 128 milyon avro köçürdülər - Amma görün, o nə etdi...
19.04.2018, 22:20

Almaniyada azərbaycanlı iş adamının bank hesabına səhvən 128 milyon avro köçürdülər - Amma görün, o nə etdi...

Nüfuzlu elmi mükafatın builki laureatlarının adları açıqlanıb
19.04.2018, 21:58

Nüfuzlu elmi mükafatın builki laureatlarının adları açıqlanıb

Bakıda ən yaxşı tələbələrə Moskva merinin təqaüdü təyin edilib
19.04.2018, 21:51

Bakıda ən yaxşı tələbələrə Moskva merinin təqaüdü təyin edilib

Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzi yaradıla bilər
19.04.2018, 21:42

Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzi yaradıla bilər

Azərbaycanlı məşqçilər dünya reytinqində irəlilədi
19.04.2018, 21:26

Azərbaycanlı məşqçilər dünya reytinqində irəlilədi

"Vüqar Həşimov mənə heç-heçə təklif etmişdi" - Şəhriyar Məmmədyarov
19.04.2018, 21:20

"Vüqar Həşimov mənə heç-heçə təklif etmişdi" - Şəhriyar Məmmədyarov

Bakıda tozun miqdarı normadan 26 faiz yuxarıdır- NAZİRLİK
19.04.2018, 20:50

Bakıda tozun miqdarı normadan 26 faiz yuxarıdır- NAZİRLİK

Avropa Komissiyasının rəhbəri Azərbaycan prezidentini təbrik etdi
19.04.2018, 20:25

Avropa Komissiyasının rəhbəri Azərbaycan prezidentini təbrik etdi

Yaponiya Rusiyadan 4 adanı tələb edir 
19.04.2018, 20:18

Yaponiya Rusiyadan 4 adanı tələb edir 

Keçmiş MTN generalının apellyasiya şikayəti təmin edilməyib
19.04.2018, 20:07

Keçmiş MTN generalının apellyasiya şikayəti təmin edilməyib

Beynəlxalq Sərgilər Bürosunun missiyasının Bakıya səfəri YEKUNLAŞDI
19.04.2018, 20:07

Beynəlxalq Sərgilər Bürosunun missiyasının Bakıya səfəri YEKUNLAŞDI

““Expo 2025”-ə ev sahibliyi etmək Azərbaycana 765 min avroya başa gələcək”
19.04.2018, 19:49

““Expo 2025”-ə ev sahibliyi etmək Azərbaycana 765 min avroya başa gələcək”

Ermənistanda polis xalq tərəfə keçir
19.04.2018, 18:57

Ermənistanda polis xalq tərəfə keçir

19.04.2018, 18:47

"Xalqımız son 15  ildə görülən işlərə öz yüksək qiymətini verdi"

Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib
19.04.2018, 18:44

Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır
19.04.2018, 18:39

XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTO
19.04.2018, 18:32

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTO

Sumqayıtda mənzildən qadın meyiti tapılıb
19.04.2018, 18:18

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Kubada Kastro erası başa çatdı
19.04.2018, 18:07

Kubada Kastro erası başa çatdı

Ermənistanda polis xalq tərəfə keçir
19.04.2018, 18:00

Ermənistanda polis xalq tərəfə keçir

Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı
19.04.2018, 17:53

Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü
19.04.2018, 17:49

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(11.1%)
İmtahan qiymətləri normalıdr(5.55%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(72.2%)
İmtahan qiymətləri azaldılmalıdır(2.77%)
İmtahan qiymətləri artırılmalıdır(8.33%)