Modern.az

Hadı Rəcəbli Lənkəranda 11-cilərlə görüş keçirdi

Hadı Rəcəbli Lənkəranda 11-cilərlə görüş keçirdi

13 Dekabr 2017, 10:42

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Lənkəranda mərhum eks-prezident Heydər Əliyevin anım günü münasibətilə rayonun bir qrup orta məktəblərinin 11-ci sinif şagirdləri və müəllim heyəti ilə görüş keçirib.

 

Görüşdə görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli həyat tarixçəsi barədə film izlənilib və bu film ətrafında yuxarı sinif şagirdləri eləcə də müəllimlər arasında diskussiya təşkil olunub.

 

Heydər Əliyevin xalqa, vətənə olan sevgisi, liderlik qabiliyyəti, dövlət idarəçiliyi, eləcə də ailəyə olan məhəbbəti ön plana çəkilib.

Şagirdlərdən Milana Cəfərova, Mirbəşir Ağayev, Səidə Novruzova və başqaları öz fikirlərini bildirmiş, Ulu öndərdən götürdükləri nümunələri gələcək həyat və əmək fəaliyyətlərində istifadə edəcəklərini söyləyiblər.

 

Sonda, görüşdə iştirak edən təhsil nazirliyinin Lənkəran şöbəsinin müdiri Aslan İbrahimov çıxış edərək görüş iştirakçılarına öz tövsiyyələrini vermiş və yeniyetmələr arasında xalqa, dövlətə, Ulu öndərə məhəbbəti aşılandıran belə tədbirləri keçirdiyinə görə Hadı Rəcəbliyə öz təşəkkürünü bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi