23 sentyabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - FED bu gün uçot dərəcəsini qaldırır - Bu, manata necə təsir edəcək?
FED bu gün uçot dərəcəsini qaldırır - Bu, manata necə təsir edəcək?
13.12.2017, 10:53

FED bu gün uçot dərəcəsini qaldırır. Bu qərar Azərbaycan manatına necə təsir edəcək?

Dekabrın 13-də yerli vaxtla 14.30-da (Bakı vaxtı ilə saat 23.30-da) iki günlük müzakirədən sonra FED-in direktorlar şurasının sədri Janet Yellen mətbuat üçün açıqlamasında ABŞ iqtisadiyyatının hazırkı durumunu dəyərləndirib, gələcək gözləntilərini açıqlayacaq. Bazar müşahidəçilərinin proqnozlarına görə, FED-in uçot dərəcəsini dördə bir səviyyəyədək qaldıracaq. Hazırda investorları maraqlandıran əsas məsələlərdə biri də FED-in və digər Mərkəzi Bankların ABŞ vergi sistemində mümkün dəyişikliklərə reaksiyasıdır. Avropa və İngiltərə Mərkəzi Bankları da bununla bağlı həftə ərzində açıqlama verəcək.

Modern.az xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu bu barədə danışarkən deyib ki, bir qrup respublikaçı tərəfində hazırlanan və prezident Tramp administrasiyasının müdafiə etdiyi vergi islahatları planının yaxın günlərdə qəbul edilib, qüvvəyə minməsi gözlənilir:

“Vergi islahatı planına görə, 7 şkalalı (10%, 15%, 25%, 28%, 33%, 35% və ya 39.6%) fərdi gəlir vergisinin 3 şkalaya (12%, 25% və 37%) endirilməsi və onun sonuncu şkalasının 39,6 faizdən 37 faizədək aşağı salınması gözlənilir. Bununla yanaşı, həmin plana görə, şirkətlər üçün korporativ vergi dərəcəsi 35-dən 21 faizə qədər endiriləcək. Hesablamalara görə, bu dəyişiklik büdcəyə əlavə 100 milyard dollar qazandıracaq. İctimaiyyəti narahat edən əsas məqamlardan biri prosesdən zənginlərin bəhrələnmə ehtimalının olmasıdır. 

Hazırda ABŞ iqtisadiyyatında inflyasiya yaradıcı amillər fəaldır, illik inflyasiya 2 faiz ətrafında olsa da, noyabr ayında aylıq göstəricinin 0,4 faiz təşkil etməsi qiymətlərin artımının sürətləndirdiyini deməyə əsas verir. Bununla yanaşı, ABŞ-da işsizlik səviyyəsi son 17 ildə ən aşağı səviyyədə qeydə alınıb, istehlakçıların gözləntiləri də artıb. Eyni zamanda, dollar indeksi əvvəlki aylarla müqayisədə cüzi də olsa qalxıb. Hazırda 94.041 təşkil edir”.


ABŞ-ın neft siyasətinə gəlincə, ekspert bildirib ki, ehtiyatlar gözlənildiyindən aşağı düşsə də, növbəti il üçün hasilatın artımı proqnozlaşdırılır:

“Dünya bazarında neftin qiymətinin cüzi bahalaşmasının son səbəbi isə Britaniyanın 40-cı kəmərinin təmirə bağlanması ilə əlaqədardır. FED-in bu gün gözlənilən bəyanatının təsirləri artıq Asiya maliyyə və valyuta bazarlarında hiss olunmaqdadır. Reaksiyalar müxtəlifir. Belə ki, ABŞ dolları yapon iyenasına nisbətdə dəyər qazansa da Avstraliya dollarına nisbətdə ucuzlaşıb”.

 

İqtisadçı qeyd edib ki, bu qərarın Azərbaycan manatınının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər:

“Çünki, Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir. Dolayı və psixoloji təsirlərə gəlincə, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır. Nəzərə alsaq ki, FED-in bu günə gözlənilən qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək”.

 

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
UEFA Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

UEFA Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”
23.09.2018, 17:45

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

İqtisadçı: “Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”
23.09.2018, 17:16

İqtisadçı: “Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO
23.09.2018, 16:10

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
23.09.2018, 16:02

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018, 14:58

Bakıda daha bir yol çökdü - FOTO

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək
23.09.2018, 14:37

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi
23.09.2018, 14:17

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi

“Azərsu”nun əməkdaşları subasma ərazilərinə səfərbər edilib
23.09.2018, 13:59

“Azərsu”nun əməkdaşları subasma ərazilərinə səfərbər edilib

Yağış suyu avtobuslara doldu-“7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO
23.09.2018, 13:19

Yağış suyu avtobuslara doldu-“7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ
23.09.2018, 13:04

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ

Yağan yağış normadan artıqdır - RƏSMİ
23.09.2018, 12:51

Yağan yağış normadan artıqdır - RƏSMİ

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO
23.09.2018, 12:41

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO

Bakını su basdı, rəsmilər  “Bunu normal qarşılayın” deyir...
23.09.2018, 12:28

Bakını su basdı, rəsmilər  “Bunu normal qarşılayın” deyir...

Güclü yağış işıqları da söndürdü
23.09.2018, 12:18

Güclü yağış işıqları da söndürdü

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi
23.09.2018, 11:35

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi

Bulvarda kişi meyiti tapıldı
23.09.2018, 11:08

Bulvarda kişi meyiti tapıldı

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI
23.09.2018, 11:03

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?
23.09.2018, 10:58

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?

Düşmən atəşkəsi 96 dəfə pozdu
23.09.2018, 10:02

Düşmən atəşkəsi 96 dəfə pozdu

Balakəndə ev yandı
23.09.2018, 09:34

Balakəndə ev yandı

Azərbaycana payız gəldi
23.09.2018, 09:28

Azərbaycana payız gəldi

Atdan yıxılan çoban ağır xəsarət aldı
23.09.2018, 00:39

Atdan yıxılan çoban ağır xəsarət aldı

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər
23.09.2018, 00:26

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi
23.09.2018, 00:03

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

ARXİV