Modern.az

“Azərişıq” Qaradağdakı daş karxanaları ilə bağlı qərar verdi

“Azərişıq” Qaradağdakı daş karxanaları ilə bağlı qərar verdi

13 Dekabr 2017, 10:56

Qaradağ rayonu ərazisində fəaliyyət göstərən yüzlərlə daş karxanalarının elektrik təchizatı müxtəlif dövrlərdə «Elektrik Qurğularının Quraşdırılması Qaydaları»nın tələblərinə riayət edilmədən quraşdırılmış və “Elektrik Qurğularının İstismar Qaydaları”nın “Texniki Təhlükəsizlik Qaydaları”nın tələbləri gözlənilmədən istismar edilməkdədir. Bununla yanaşı, həmin daş karxananın qidalandırıldığı enerji mənbələrindən 6 kV-luq gərginliyə görə normativlə buraxıla bilən məsafədən uzaq olduğu üçün xəttin sonunda gərginlik düşküsü yaranır, bununla da enerji təchizatı müəssisəsinin («Azərişıq» ASC) qidalandırıcı şəbəkəsində qəza açılmalarının baş verməsi və itkilərin səviyyəsinin artması kimi problemlərin yaranmasına səbəb olur. Bu daş karxanalarının sahiblərinə zaman-zaman xəbərdarlıqlar edilməsinə baxmayaraq şəbəkələrinin normal vəziyyətə gətirilməsi üçün heç bir texniki tədbirlər görülməyib.

 

«Azərişıq» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a bildirib ki, bu problemlərin aradan qaldırılması məqsədi ilə və həmçinin enerji istehlakçılarının keyfiyyətli, fasiləsiz elektrik təchizatının təmin edilməsini ön planda saxlanması əsas götürülərək, digər istehlakçılarda olduğu kimi, daş karxanalarının da elektrik təchizatının yaxşılaşdırılması qərarı verilib:


“Bu zərurətdən, Qaradağ rayonu ərazisində yerləşən yüzlərlə daş karxanalarının 51 ədədinin elektrik təchizatında yaranan gərginlik düşküsünün qarşısının alınması, həmçinin fasiləsiz elektrik təchizatının təmin edilməsi məqsədi ilə «Azərişıq» ASC daş karxanalarından normativ məsafədə yeni 35 kV-luq yarımstansiyanın tikilib quraşdırılmasını həyata keçirir. Hal hazırda işlər başa çatdırılmış, yarımstansiyanın qidalandırılması üçün «Azərişıq» ASC-nə məxsus 35/6 kV-luq 504 saylı yarımstansiyadan 16 km uzunluqda 35 kV-luq elektrik hava xətti çəkilib quraşdırılıb.

Yeni yarımstansiyaya qoşulacaq daş karxanaların daxili elektrik təchizatının mövcud texniki qaydaların tələblərinə uyğun vəziyyətə gətirilməsi məqsədi ilə mütəxəssislərimiz tərəfindən yoxlamalar aparılıb, aşkar edilmiş qüsurları əks etdirən, xəbərdarlıqlar və daş karxanalarının elektrik şəbəkələrinin fotoşəkilləri tərtib edilərək daş karxanaların sahiblərinə məktubla birlikdə təqdim edilib. Məktubda karyerlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə «Azərişıq» ASC tərəfindən görülmüş işlər və daxili şəbəkələrin texniki vəziyyətinin texniki normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi üçün təkliflər və yeni tikiləcək 35 kV-luq yarımstansiyaya qoşulmaları üçün texniki şərt alınması məqsədi ilə Asan Kommunal Xidmətinə müraciət edilməsinin vacibliyi göstərilib.

Abşeron rayonu ərazisində yerləşən və elektrik şəbəkələrində ciddi problemlər olan 9 ədəd daş karxanalarının elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni tikilib quraşdırılmış 110/35/10 kV-luq «Qobu» yarımstansiyasından daş karxanaların yerləşdiyi «Yuxarı Güzdək» qəsəbəsinə yeni elektrik hava xətti çəkilmiş və xətdən qoşulmaqla yeni 10 kV-luq müasir avadanlıqlarla təchiz edilmiş paylayıcı qurğu tikilib quraşdırılıb. Ərazidə yerləşən 9 ədəd daş karxanasının elektrik təchizatında yoxlamalar aparılmış, qüsurlarla bağlı xəbərdarlıqlar və fotoşəkillər daş karxanaların sahiblərinə təqdim edilmiş və onların da yeni paylayıcı qurğuya qoşulmaları üçün texniki şərtə görə Asan Kommunal Xidmətinə müraciət etmələri tövsüyyə edilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!